- Bu xəstəlik zamanı hansı növ
əməliyyat aparılır?
- Əməliyyat zamanı həmin dar onurğa
kanalı xüsusi hazırlanmış metal fiksa-
torlar vasitəsilə fiksə olunur, daha sonra
onurğanın həmin hissəsi aradan qal-
dırılaraq onurğa beyninə birləşdirilir.
Əməliyyatın məqsədi bundan ibarətdir.
Bu, texniki olaraq ən çox icra etdiyimiz
cərrahiyyə əməliyyatlarından biridir. Bu
xəstəlik əsasən orta və yaşlı insanlarda
müşahidə olunur.
- Bir çox adamlar onurğada disk
sürüşməsi, yırtıqlardan şikayətlənirlər.
Bu xəstəliyin mahiyyəti nədir?
- İnsanların “bel sürüşməsi” adlan-
dırdığı bu xəstəliyin tibbi adı “spenal
spondilodispezis”dir. Bu xəstəlik trav-
madan sonra, yaxud da müəyyən yaş-
dan sonra əmələ gələ bilər. Bu zaman
fəqərələrin bir-birinin üzərində nor-
mal düzülüş ardıcıllığı pozulur. Belə
xəstələrdə disk sürüşməsi olan nahiyədə
şiddətli ağrılar baş verir. Adətən uzanan-
da bu ağrılar nisbətən azalır. Lakin aya-
ğa qalxıb yeridikdə isə ağrılar olduqca
şiddətlənir. Beləliklə, disk sürüşməsində
də bir çox hallarda xəstəliyin ilkin əlaməti
bel ağrısıdır. Lakin xəstədə ayaq ağrıları,
gücsüzlük də müşahidə oluna bilər. Bu
zaman cərrahiyyə əməliyyatında qey-
ri-stabil, sürüşmüş nahiyə fiksatorlar
vasitəsilə fiksə olunur və sürüşmə ara-
dan qaldırılır. Xəstələr bu əməliyyatdan
sonra ağrılardan xilas olur, öz normal
həyatlarına davam edə bilirlər.
Günel ASLANOVA
Dostları ilə paylaş: |