Əsrlər
boyu
böyük
mərhələlərdən keçib tarixi
müstəqilliyinə
qovuşan
xalq qarşısında ötən əsrin
90–cı
illərində
dövlət
təsisatlarınin yaradılması,
hüquqi
və
demokratik
dövlət quruculuğu bütün
zərurəti
ilə
gündəlikdə
dururdu.
Bunu isə xalqın iradəsini
ifadə edən Konstitusiya
olmadan etmək mümkün
deyildi. Məhz bu amili
nəzərə alan ümummil-
li lider Heydər Əliyevin
müəllifliyi ilə noyabrın 12
də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası
qəbul edildi.
Ötən əsrin 90cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya
aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyi-
nin üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu
kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən başlıca
amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boş-
luqların aradan qaldırılması idi.Demokratik cəmiyyət quruculuğu xətti
tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı
var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi.
Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını
tələb edirdi. 1994cü ilin axırları 1995ci ilin əvvəllərində Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı
məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi
komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin
ilkin mətnini hazırlamağa başladı .Konstitusiya komissiyasının sədri
Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk icla-
sında layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son
illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qo-
yuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin
iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas
prinsiplərinin necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək
olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər
bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu
öndərin müəllifi olduğu bu layihə 1995ci ilin oktyabrın 15 də ümum-
xalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar
ki , bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaq-
la layihənin yekun variantı 1995ci ilin noyabrın 12 də referendum
yolu ilə qəbul edildi.
Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin
bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir
faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57sində
və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki ,
bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət
qurmaq məramında olduğunu təsdiq edirdi. Bu, Heydər Əliyev konsti-
tusiyası idi ki , onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın
uzunmüddətli gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata
keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi.
Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurları-
nın hüquqi başlanğıcında da məhz, ümummilli lider Heydər Əliyevin
həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır . İlk ali qanunu
qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin fira-
vanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı,
keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan
etdi. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli –
mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Za-
man keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi ,onun
müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan
bütün dövlətlər üçün səciyyəvi haldır. 2002ci ildə Azərbaycan Kons-
titusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün
sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk
dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai
–siyasi həyatında fundamental dəyişikliklər– iqtisadi, siyasi, hüquqi is-
lahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və
digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra
əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009cu il martın 18də
Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq
səsverməsi prezident İlham Əliyevin demokratikləşmə və liberallaş-
maya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar
açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir
daha təsdiq etdi.
Dostları ilə paylaş: |