Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans


Amerikalı professor akademik Əhliman Əmiraslanovla görüşüb



Yüklə 13,01 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix02.01.2022
ölçüsü13,01 Mb.
#1350
1   2   3   4   5   6   7   8   9   10   ...   31
Amerikalı professor akademik Əhliman Əmiraslanovla görüşüb


http://www.amu.edu.az

16 noyabr 2015-ci il

4

1918-ci  il  28  may  tarixində  Azərbaycan 



Xalq  Cümhuriyyəti  öz  müstəqilliyini  elan 

edərək  Şərqdə  ilk  demokratik  təsisatlara 

söykənən  hüquqi  dövlət  olduğunu  nümayiş 

etdirdi.  Məhəmməd  Əmin  Rəsulzadə  isə 

istiqlalımızı  elan  edən  Milli  Şuranın  sədri  idi.  

Həmin il iyunun 21-də dövlət bayrağının  təsisi 

haqqında  ilk  qərar  qüvvəyə  minir  və  qırmızı 

rəngli  bayrağımızda  üzərində  ağ  rəngli  ayp-

ara  və  ağ  rəngli  səkkizguşəli  ulduz  təsvir  olu-

nurdu. Bugünkü dövlət bayrağımız isə 1918-ci 

ilin  noyabrın  9-da  cümhuriyyət  hökumətinin 

iclasında  qəbul  edilmişdir.  Üçrəngli  milli 

bayrağımız  isə  böyük  milli  ideoloqumuz  Əli 

bəy  Hüseyinzadənin  vaxtilə  irəli  sürdüyü 

“Türkçülük, islamçılıq və müasirlik” ideoloji düs-

turu əsasında hazırlandı. Milli bayrağımız göy, 

qırmızı, yaşıl və üzərində aypara və səkkizguşəli 

ulduz  şəklində  təsdiqləndi.  İstiqlalımızın  elan 

olunmasından,  tanınmasından  tutmuş,  dövlət 

strukturlarının  yaranması,  milli  atributların 

ərsəyə  gəlməsi,  xaric  ölkələrə  gənclərin  təhsil 

almağa göndərilməsi, beynəlxalq konfranslarda 

ölkəmizi təmsil etməsi, sonralar diasporumuzun 

qurulması  da  daxil  olmaqla  bütün  sahələrdə 

Məhəmməd Əmin Rəsulzadənin bir siyasi lider 

kimi fəallığı və həlledici təsiri olmuş və bir sıra 

məsələlərdə  hətta  prinsipiallığı  və  qətiyyəti 

ilə  seçilmişdir.  Onun  fəaliyyət  istiqamətlərinə 

diqqət yetirdikdə  sabit və yüksələn xəttin bütün 

ömrü boyu onu izlədiyi üzə çıxır. Həmişə alov-

lu, arqumentli çıxışları ilə auditoriyanı ələ alan 

M.Ə.Rəsulzadə 1918-ci ilin dekabrın 7-də parla-

mentimizin təntənəli açılışında məşhur çıxışını 

etmiş  və  demişdir:  “...  müstəqil  Azərbaycanı 

təmsil  edən  o  üç  boyalı  bayrağı  Şurayi-Milli 

qaldırmış,  türk  hürriyyəti,  islam  mədəniyyəti 

və  müasir  Avropa  iqtidari-əhrarınəsini  təmsil 

edən  bu  üç  boyalı  bayraq  daima  başlarımızın 

üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış 

bayraq bir daha enməyəcəkdir”. 

70  illik  ədalətsizlikdən  sonra,  müstəqil 

Azərbaycan  dövlətinin  qurucusu,  ulu  öndər 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  hələ  sovet 

əsarətindən  qurtulmağımıza  bir  il  qalmış,  

1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Mux-

tar  Respublikası  Ali  Məclisinin  qərarı  ilə 

Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud 

olan  üçrəngli  bayraq  Muxtar  Respublikanın 

Dövlət  bayrağı  kimi  qəbul  edilib.  1991-ci  il 

oktyabrın  18-də  isə  müstəqillik  haqda  Konsti-

tusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız  

Azərbaycan    Respublikasının  dövlət  bayrağı 

kimi yenidən dalğalanmağa başlayıb. 

Hər  il  noyabrın  9-u  Azərbaycanda  Dövlət 

Bayrağı  günü  kimi  qeyd  edilir.  Bu  gün 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  1918-ci  il  9 

noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət 

Bayrağı  Günü  ilə  bağlı  Əmək  Məcəlləsinin 

105-ci  maddəsinə  edilən  əlavəyə  görə,  bu 

bayram ölkədə qeyri-iş günü olan bayramların 

siyahısına daxil edilib.  

Bakıda 


Dövlət 

Bayrağı 


Meydanının 

yaradılması barədə sərəncam Prezident İlham 

Əliyev  tərəfindən  2007-ci  il  noyabrın  17-də 

imzalanıb. İlk Dövlət Bayrağı Günü isə 2010-cu 

ilin noyabrın 9-da qeyd olunub.

noyabr Azərbaycan Üçrəngli 



Bayrağının yaranması günüdür.  

1918-ci ilin noyabrın 9-da qəbul 

edilmiş bu bayraq bu gün müstəqil 

Azərbaycan Respublikasının rəsmi 

dövlət bayrağıdır.  


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin