Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans


MƏNSUR Fotolar Cənnətalı Çingizindir



Yüklə 13,01 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix02.01.2022
ölçüsü13,01 Mb.
#1350
1   2   3   4   5   6   7   8   9   ...   31
MƏNSUR

Fotolar Cənnətalı Çingizindir



Noyabrın 6- da Azərbaycan Tibb Universitetində gənc həkim və tələbələrin 2- ci 



beynəlxalq konqresi keçirilib. Konqresə  ATU-nun müəllim və tələbələri, eləcə də dünyanın 

7- dən artıq ölkəsinin onlarla aparıcı universitetlərinin professor – müəllim heyəti və tələbələri 

qatılıblar. 

Bakıda gənc həkim və tələbələrin II  Beynəlxalq 

konqresi keçirilib


16 noyabr 2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Noyabrın  10-da    Azərbaycan 

Tibb  Universitetinin  (ATU) 

Tədris Terapevtik Klinikasında 

“Təbabətin  aktual  problemləri 

-2015” 

mövzusunda 

elmi-

praktik konfrans keçirildi. 

Tədbirin 

açılışında 

çıxış 


edən 

akademik 

Əhliman 

Əmiraslanov  bu  tip  konfran-

sın artıq ikinci dəfə keçirildiyini 

qeyd etdi. Onun sözlərinə görə, 

Tibb  Universitetində  təbabətin 

aktual problemlərinə həsr olun-

muş  toplantının  ardıcıl  olaraq 

hər  il  keçirilməsi  planlaşdı-

rılıb:  “Konfransda  müzakirə 

olunacaq  mövzuların  hər  biri 

özünəməxsus səviyyədə vacib, 

önəmli  mövzulardır.  İnanıram 

ki,  bu  müzakirələr  informativ 

baxımdan  əhəmiyyətli  olacaq, 

bizə xeyli məlumatlar verəcək”.

Akademik 

Ə.Əmiraslanov 

həm çinin  ölkə­

miz də 

elmin 


inkişafı, 

elmi 


a r a ş d ı r m a l a -

rın 


aparılması 

üçün  hər  cür 

şərait  yaradıldı-

ğını,  bu  sahəyə 

döv lət 

başçısı 


cənab Prezident 

İlham 


Əliyev 

tərəfindən böyük 

diqqət  və  qay-

ğı  göstərildiyini 

qeyd 

etdi. 


Ə.Əmiraslanov 

Azərbaycan 

Milli Elmlər Akademiyasının 70 

illik  yubileyinə  həsr  olunmuş 

tədbirdə  cənab  Prezidentin 

şəxsən  iştirak  etdiyini,  bir  sıra 

məsələlərlə  bağlı  mövqeyini 

açıqladığını xatırlatdı.

Akademik 

çıxışında 

ATU 

əməkdaşlarının  əldə  etdiyi 



elmi  nailiyyətlər,  universite-

tin  malik  olduğu  modern  tib-

bi  avadanlıq  barəsində  də 

məlumat  verdi:  “hazırda  Tibb 

Universitetində  mövcud  olan 

elektron  mikroskopdan  ən  son 

elmi  tədqiqatların  aparılması 

üçün  istifadə  olunur.  ATU­nun 

əczaçılıq  fakültəsi  də  qrant 

layihəsi çərçivəsində müasir tip 

cihazlar əldə edib”.

    Akademik  Ə.Əmiraslanov 

ən  qürurverici  hallardan  biri 

kimi  impakt  faktorlu  elmi  jur-

nallarda  ATU  əməkdaşlarının 

məqalələrinin  dərc  olunmasını 

qeyd  etdi:  “2014­cü  il  ərzində 

tibb  və  biologiya  bölməsindən 

144 məqalə dərc olunub”.

  Daha sonra “Təbabətin aktual 

problemləri ­ 2015” elmi­praktik 

konfransı  işini  məruzələrlə  da-

vam  etdirdi.  Konfrans  iştirak-

çıları  tərəfindən  qaraciyər  ser-

rozu  zamanı  transplantasiya, 

müxtəlif  mənşəli  neoplazmala-

rın erkən diaqnostikası və proq-

nozlaşdırılması  və  digər  möv-

zularda məruzələr dinlənildi. 

Toplantıda  ATU­nun  əmək­

daşları  ilə  yanaşı  Ukrayna­

nın 


V.K.Qusak 

adına 


Təxirəsalınmaz və Bərpa İnsti-

tutundan olan alimlər də iştirak 

edirdilər.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin