Düyünlü ur xəstəliyi üzrə klinik protokol


LEVOTİROKSİNLƏ (L-TİROKSİN)



Yüklə 205,93 Kb.
səhifə25/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
LEVOTİROKSİNLƏ (L-TİROKSİN)  

SUPRESSİV MÜALİCƏ 

Bəzi tədqiqatlar supressiv müalicə  nəticəsində düyünlü urun 

həcminin və düyünün ölçüsünün azalmasını göstərmişdir.  

 



Levotiroksin (L-tiroksin) ilə supressiv müalicə aşağıdakı hallarda 

aparılır (C)

 

Yod defisiti olan regionda yaşayan şəxslərdə 



 

Kiçik ölçülü düyünləri olan cavan xəstələrdə 

 

Funksional avtonomiya əlamətləri olmayan düyünlü ur zamanı 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20



 

Bir çox hallarda və xüsusən də aşağıda göstərilən hallar zamanı 

levotiroksinlə terapiyanın aparılması tövsiyə edilmir (C)

 

Böyük ölçülü tiroid düyünləri və düyünlü ur zamanı, xüsusən 



funksional avtonomiya simptomları  və ya əlamətləri müşahidə 

edilirsə 

 

Klinik gedişi  şübhəli olan və ya qeyri-adekvat sitoloji nümunəsi 



olan  törəmələr 

 

Postmenopauzada olan qadınlar və yaşı 60-dan çox olan kişilər 



 

Osteoporozlu və ya sistem xəstəliyi olan şəxslər 

 

Kardiovaskulyar xəstəliyi olan şəxslər 



 

Bu cəhətlərə diqqət yetirmək lazımdır: 



 

Klinikada xəstələrin yalnız kiçik qismində L-tiroksin terapiyası 

nəticəsində tiroid düyünün həcminin azalması müşahidə edilir (B) 

 

TSH-nin uzun müddətli supressiyası yaşlı  xəstələrdə  və 



menopauzada olan qadınlarda sümük zəifliyi və aritmiya ilə 

nəticələnə bilər (B) 

 

L-tiroksinlə terapiya tam supressiv olmalı deyil (TSH <0.1 mikro-



İU/ml) (C) 

 

Düyünün yenidən böyüməsi adətən L-tiroksinlə terapiya 



dayandırıldıqdan sonra baş verir (C) 

 

Əgər müalicə zamanı düyünün ölçüləri kiçilirsə, bu halda L-



tiroksinlə terapiyanı uzun müddət davam etdirmək lazımdır (D) 

 

Əgər L-tiroksin terapiyası zamanı düyünün böyüməsi müşahidə 



olunursa, bu halda təkrar biopsiya və  cərrahi müdaxilə  məsləhət 

görülür (D) 

 

Levotiroksinin (L-tiroksin) əlavə müalicə kimi tətbiq edilməsi 



residivlərin əmələ gəlmə ehtimalını azaldır. 

 



İlkin müalicədən sonra TSH-nin supressiyası ilə aparılan müalicə 

iki məqsəd güdür. Birinci – TSH-nin qanda göstəricisini normal 

səviyyəyə çatdırmaqla hipotireoidizmi aradan qaldırmaq. İkinci – 

qalıq  şiş hüceyrələrinin TSH ilə stimulyasiyasının qarşısının 

alınması. Lakin uzunmüddətli remissiya olduqda, endogen TSH 

sintezinin dəf etməyə ehtiyac yoxdur və  əvəzedici terapiya 

aparıla bilər. 

 



L-tiroksin seçim preparatıdır. T3 uzunmüddətli terapiya zamanı 

istifadə edilmir. Onu yalnız hipotireoidizmin qısamüddətli 

korreksiyası və ya bədənin skanerləşdirməsinin hazırlıq mərhələsi 

zamanı tətbiq etmək olar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

21



 

L-tiroksin dozası TSH-nin qanda səviyyəsini  ≤ 0.1 mU/L 

salmalıdır. TSH-nin səviyyəsi müalicə başlandıqdan sonra hər üç 

aydan bir yoxlanılmalıdır. L-tiroksinin gündəlik dozasını (25 

mq/gün) artırıb və ya azaltmaqla korreksiya etmək olar. TSH-nin 

səviyyəsi 3 aydan sonra yenidən yoxlanılmalıdır. Müəyyən 

olunmuş optimal doza dəyişdirilməməlidir və hər 6-12 aydan bir 

FT3, FT4 və TSH səviyyələrinin monitorinqi aparılmalıdır 

 

TSH-supressiv müalicənin xəstəliyin  əlamətləri olan xəstələrdə 



aparılması mütləqdir (əgər Tg təyin olunursa və başqa əlamətlər 

yoxdursa). Müalicədən sonra tam uzunmüddətli remissiya əldə 

olunan xəstələrdə supressiv müalicəni 3-5 il ərzində aparmaq 

məsləhət görülür. Aparılan müalicənin qiymətləndirilməsi 

nəticəsində  xəstəliyin residiv vermə ehtimalı  aşağı olduqda 

(<1%),  L-tiroksinin dozası TSH-nin  səviyyəsini normanın aşağı 

sərhədində (0.5 və 1.0 mU/L arasında) saxlamaq üçün kifayət 

edən dozaya kimi azaldılır.  

 

L-tiroksin gündə 1 dəfə, səhər yeməyindən 20-30 dəq.  əvvəl 



qəbul edilməlidir. 

 



L-tiroksinin  əlavə  təsiri olan ikincili subklinik tireotoksikoz 

əsasən ürək problemləri və sümük çəkisinin azalması ilə özünü 

büruzə verir. FT4 və FT3 səviyyələrinin artmasının qarşısını 

almaq üçün L-tiroksin dozasının monitorinqi aparılmalıdır. Yaşlı 

və ürək xəstəliyi olan şəxslərdə bu preparatın istifadə edilməsi 

məsləhət görülmür. 

 

Hamiləlik zamanı L-tiroksin dozası korreksiya olunmalıdır. 



Stabil remissiya qeyd olunan hamilələrdə TSH səviyyəsi 

normanın aşağı  sərhədində olmalıdır, xəstə olan və ya residiv 

ehtimalı yüksək olan hamilələrdə TSH 0.1 mU/L səviyyəsində 

saxlanılmalıdır. 

 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin