Düyünlü ur xəstəliyi üzrə klinik protokol


QV DÜYÜNLƏRİNİN MÜALİCƏSİ



Yüklə 205,93 Kb.
səhifə23/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
QV DÜYÜNLƏRİNİN MÜALİCƏSİ 

CƏRRAHİ MÜALİCƏ 

Düyünlər böyük, bədxassəli olduqda cərrahi  əməliyyat 

göstərişdir. Hipertireoz və ya ətraf strukturların sıxılması müşahidə 

olunmadıqda tək və xoşxassəli düyünlər cərrahi yolla 

kənarlaşdırılmır.  

 

Tiroid düyünü olan xəstələrin cərrahi müdaxiləyə olan 



göstərişləri aşağıdakılardır: 

 

Assosiasiya olunmuş lokal əlamətlər 



 

Böyük toksik düyün nəticəsində yaranan hipertireoidizm və ya 

hipertireoidizmlə müşayiət edilən ÇDU 

 

Düyünün böyüməsi 



 

NİAB zamanı pozitiv (maliqnizasiya əlamətlərinin olması) 

nəticənin alınması cərrahi müdaxiləyə göstərişdir (B) 

 

Cərrah-endokrinoloq xəstə  və onun ailəsi ilə birgə USM və 



sitoloji müayinənin nəticələrini nəzərdən keçirməli, müalicə 

taktikasını izah etməli, bütün suallara cavab verməli, cərrahi 

müdaxilənin potensial fəsadlarını müzakirə etməli, cərrahi məsləhət 

verməlidir (D)

 

Diferensiasiya olunmuş kanser və düyünün ölçüsü >1 sm olan, 



həmçinin ailəsində bu xəstəliyə rast gəlinən və klinik və ya US 

müayinələri zamanı  xəstəliyin multifokal olması, törəmənin kapsul 

və ya düyünlərə invaziya etməsi müşahidə olunan xəstələrdə total və 

ya subtotal tireoidektomiya tövsiyə edilir. Boyun nahiyəsinin 

mərkəzi sahəsində yerləşən limfatik düyünlərin götürülməsi 

mütəxəssis-cərrah tərəfindən həyata keçirilməlidir (C)

 

QV lobektomiyası total və ya subtotal olur, istmektomiya ilə və 



ya onsuz aparıla bilir. İstmusun  əvvəlcədən aparılan rezeksiyası 

tireoidektomiyanı asanlaşdırır. 

 

Xoşxassəli tək düyünlər zamanı lobektomiya və istmusektomiya 



olunur, ikitərəfli düyünlər zamanı isə subtotal tireoidektomiya 

aparılır. 

 

Cərrahi  əməliyyat  əsasən ümumi anesteziya altında yerinə 



yetirilir, bəzi hallarda isə yerli keyləşdirmədən istifadə edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19



 

Retrosternal yerləşən QV düyünü də boyun kəsiyi ilə xaric edilir, 

nadir hallarda isə lobektomiyanı  və ya total tireoidektomiyanı 

tamamlamaq üçün orta sternotomiya aparılır. 

 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin