Düyünlü ur xəstəliyi üzrə klinik protokol


İLKİN MÜALİCƏDƏN SONRA TƏKRAR



Yüklə 205,93 Kb.
səhifə31/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   24   25   26   27   28   29   30   31   32
İLKİN MÜALİCƏDƏN SONRA TƏKRAR 

DİAQNOSTİK MÜAYİNƏLƏR 

 



Fizikal müayinə  xəstəliyin davam etməsi və ya residiv verməsinin 

təyini üçün həssas deyil. 

 

Boynun USM-i daha çox həssaslığa malikdir, limfa düyünlərinin və 



QV yatağının qiymətləndirilməsi üçün istifadə edilir. 

 



Limfatik düyünlərin diametri 2-3 mm olan hiperplaziyası çox vaxt 

xoşxassəli olur. 

 

Bir neçə ay ərzində diametri 5 mm-dən çox olan limfatik düyün 



müşahidə edildikdə, boyun nahiyəsinin USM-i, US-NİAB aparıl-

malıdır və sonuncunun nəticəsində alınan mayedə Tg ölçülməlidir. 

 

Ölçüsü 5 mm-dən kiçik olan şübhəli limfa düyünü dəqiq təsvir 



edilməlidir və onun davamlı monitorinqi aparılmalıdır. 

 



QV-nin papilyar və follikulyar karsinoması zamanı  Tg  spesifik  və 

geniş istifadə edilən onkomarkerdir.  

 

Anti Tg anticisimlərinin səviyyəsi tam remissiyadan sonra azalır və 



ya yox olur. Lakin antigenlərin və anticisimlərin tam yox olması 2-3 

il ərzində baş verə bilər. 

 

Tg normal və neoplastik tiroid hüceyrələrində TSH-nin kontrolu 



altında sintez olunur. Bunun üçün hər iki göstərici ölçülməlidir. 

 



Aşağı risk qrupuna aid olan və radioaktiv müalicə almamış 

xəstələrdə  xəstəliyin residiv vermə ehtimalı çox aşağıdır və belə 

xəstələrdə TSH-nin stimulyasiyasını aparmaq tövsiyə olunmur. 

 



Cərrahi və radioaktiv müalicədən dərhal sonra qanda Tg müəyyən 

olunmamalıdır. Tg cərrahi müdaxilə və radioaktiv yodla müalicədən 

ən azı 3 ay sonra yoxlanılmalıdır. 

 



Tg-nin stimulyasiya nəticəsində yüksəlməsindən və yüksək 

aktivlikli radioaktiv yod qəbul etdikdən sonra əvvəllər müəyyən 

olunmayan neoplastik ocaqlar təyin oluna bilər. 

 



Tg-nin səviyyəsinin kritik həddən yüksək olması və onun artımının 

davam etməsi təkrar müalicəyə göstərişdir.  

 

Müayinədən sonra bütün bədənin skanerləşdirilməsinin (BBS) 



nəticəsi neqativ olsa, təkrar müalicəyə ehtiyac yoxdur. Bu halda KT, 

NMR kimi müayinələrin aparılması kifayətdir. 

 

Pozitiv AbTg və Tg-nin təyin olunmaması heç də həmişə remissiya 



demək deyil.  

 



Belə  xəstələrdə periodik olaraq BBS və boynun USM-i 

aparılmalıdır. Metastazlara şübhə olduqda xəstəyə KT, NMR 

aparılmalıdır. Sonrakı müayinələr zamanı AbTg-nin yox olması 

remissiyanın baş verməsini göstərə bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 





Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin