E □ k doğum Tarihi : Tarih : Fİberoptik bronxoskopiya üÇÜn məlumatlandirilmiş raziliq formasi bronxoskopiya nəDİR?



Yüklə 37,8 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü37,8 Kb.
#1182
1   2   3   4   5
MÜALİCƏ MƏQSƏDLİ BRONXOSKOPİYA

Yad cisim çıxarma, bronx içi təmizlik, çətin vəziyyətlərdə nəfəs yolunun açılması(intubasiya), kanaxmaların dayandırılması, stend qoyulması, lazer, kriyoterapiya, radioterapiya, kimya terapiya və fotodinamik müalicə tətbiqində, atelektazların açılmasında, abses drenəsində və bronxoalveolyar lavaj müalicəsi tələb edən vəziyyətlərdə tətbiq olunur.



AĞIRLAŞMALARI (ARZUOLUNMAZ TƏSİRLƏRİ)

Bronkoskopiya və bronkoskopik tətbiqlər olduqca etibarlı müayinələr olub aşağı hayat təhlükəsi və ölüm riski vardır. Bu prosedur laborator, rentgen və həyati bərpa etmək üçün lazım olan vasitələrin kifayət qədər olduğu klinika və xəstəxana şərtlərində aparılmalıdır. Bronxoskopik

biyopsiyadan sonra pnevmotoraks meydana gəlmə riski 1%-dən azdır. Süni tənəffüs cihazına bağlı olan xəstələrdə bronxoskopik biyopsiyadan sonra pnevmotoraks inkişaf riski ən çox 14%-dir. Bronxoskopik biyopsiyadan sonra ciddi qanaxma riski 5%-dən azdır və ümumiyyətlə bronxoskopik üsullarla nəzarət altına alına bilər.

Bronkoskopiya ilə əlaqəli infeksiya yoluxması və ya yayılması çok nadir hadisədir. Bunun qarşısını almaq üçün lazım olan dezenfeksiya və sterilizasiya üsullarının tətbiqi məcburidir. Xəstələrin təxminən 1/3-də bronkoskopiyadan sonra əməliyyatla əlaqəli temperatur qalxa bilər və temperatursalıcılarla asan kontrola alına bilir. Tətbiq olunan sedatif və lokal anesteziklərə allergiyası olanlarda allerjik reaksiyalar gözlənə bilər. Əməliyyat əsnasında və sonrasındakı 4 saat içində oksigen səviyyəsinin 20%-ə çatan düşmələri ola bilər və oksigen müalicəsi ilə dəstəklənir. Nadir hallarda arritmiyalar, miokard infaktı və çox nadir olaraq bronx cırılması görülə bilər.




Yüklə 37,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin