Ə. A.ƏLBƏndov


SO 2  + MqO +6H 2 O = MqSO 3 .6H 2 O



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   54   55   56   57   58   59   60   61   62

 

            SO

2

 + MqO +6H



2

O = MqSO


3

.6H


2



 

            SO

2

 + (NH



4

)

2



SO

3

 + H



2

O = 2NH


4

HSO


3

  

 



Azot oksidlərini neytrallaşdırmaq üçün isə əhəngdən, coda-

dan, ammonyak və digər maddələrdən istifadə olunur: 

 

            2NO



2

 + Na


2

CO

3



 = NaNO

3

 + NaNO



2

 + CO


            4NO

2

 + 2NH


4

OH = NH


4

NO

3



 + NH

4

NO



2

 + H


2

            4NO



2

 + 2Ca(OH)

2

 = Ca(NO


3

)



+ Ca(NO

2

)



2

 + 2H


2

 



Azot  oksidlərini  katalitik  reduksiya  etməklə  də  zərərsizləş-

dirirlər: 

             4NO + CH

4

 = 2N



2

 + CO


2

 + 2H


2

             2NO



2

 + CH


4

 = N


2

 + CO


2

 + 2H


2

 



Kükürdün  oksidlərini  və  dəm  qazını  kotalitik  oksidləşdir-

mək olar:  

              SO

2

 + 1/2O



2

 = SO


3

 

              SO



3

 + H


2

O = H


3

SO

4



                        

              CO + 1/2H

2

O = CO


2

 

 



Yanma  məhsullarının  və  metallurji  zavodların  tullantılrının 

zərərsizləşdirilməsı baha başa gələn proseslərdir va hava hövzə-

sinin  qorunması  üçün  yeni  metodların  işlənilməsi  gündəlikdə 

duran  ən mühüm məsələlərdən biridir. 

Hazirda  alimlər  yanacağın  istifadəsinin  enerjikimyəvi 

metodlarının  işlənməsi  üzərində  tədqiqat  işləri  aparırlar.  Bu 

metodların  əsasında  yanacağın  əvvəlcədən  kimyəvi  işlənməsi, 


 

589


tərkibindəki  kükürddən  təmizlənməsi  və  fraksiyalara  ayrılması 

durur.  Bu  fraksiyaların  bəziləri  kimya  sənayesində  qiymətli 

xammal kimi, digərləri isə elektrik stansiyalarında yanacaq kimi 

istifadə  oluna  bilər.  Təmizlənmiş  yanacaq  aydındır  ki,  daha  az 

zərərli tullantılar əmələ gətirəcəkdir. 

Hava hövzəsini əsaslı şəkildə qorumaq üçün elektrik enerji-

sinin  alınmasının  daha  effektiv  üsullarından  istifadə,  ziyansız 

tulantılara malik olacaq enerjinin çevrilməsinin yeni metodları-

nın və qurğularının işlənilməsi, az ziyanlı maddələrin tətbıqi tə-

ləb olunur. Əgər yanacaq kimi hidrogendən istifadə geniş miq-

yasda  tətbiq  edilərsə  hava  hövzəsinin  çirklənməsinin  qarşısı 

kifayət qədər alınmış olar.  



Hidrogen  energetikası

.  Enerjinin  kimyəvi  formada  (qaz 

şəkilində) ötürülməsi elektrik enerjisinin ötürülməsindən kifayət 

qədər ucuz başa gəlir. Hazırda gələcəkdə enerjinin ötürülməsi və 

paylanmasında  hidrogendən  istifadə  etmək  üçün  geniş  tədqiqat 

işləri aparılır. Hidrogenin yanma məhsulu su olduğundan hidro-

gendən  yanacaq  kimi  istifadə  edilməsi  atmosferin  çirklənmə 

dərəcəsini kifayət qədər azaltmış olar.  

Təbiətdə  hidrogen  birləşmələrinin  zəngin  yataqları  vardır. 

Hidrogen  oksigendə  yandıqda  çoxlu  miqdarda  istilik  ayrılır. 

Odur ki, hidrogen sənayedə və məişətdə, müxtəlif birləşmələrin 

sintezində  və  elektrokimyəvi  generatorların  köməyi  ilə  elektrik 

enerjisinin alınmasında geniş istifadə oluna bilər.  

Hidrogen 

energetik 

sistemi 


hidrogenin 

alınması 

qurğusundan,  onun  ötürülməsini,  paylanmasını  və  istifadəsini 

təmin edən yarım sistemlərdən və qurğulardan ibarət olmalıdır.  

Hidrogenin alınmasının çoxlu üsulları vardır. Bunlardan ən 

geniş tətbiq olunan üsullara su-buxar konversiyası və elektroliz 

üsulları  daxildir.  Son  illər  hidrogenin  fotokimyəvi  üsulla 

alınmasına  böyük  diqqət  yetirilir.  Termonüvə  reaktorlarının 

işlənməsi  perspektivində  hidrogenin  suyun  termiki  parça-

lanmasından alınması iqtisadi cəhətdən daha əlverişli ola bilər.  



 

590


Hidrogeni  metanın  və  kömürün  su  buxarı  ilə  konversiya-

sından aşağıdakı tənliklər üzrə almaq olar: 

                 

CH

4



 + H

2

O = CO + 3H



2

 

                  



C + H

2

O = CO + H



                

CO + H

2

O = CO



2

 + H


2

 

 



Bu  zaman  əmələ  gələn  karbon  qazını  və  digər  konversiya 

məhsullarını  hidrogendən  ayırmaq  lazım  gəlir.  Bu  problem 

hələlik tam həll edilməmişdir. Hidrogenin gələcəkdə alınmasının 

nəzərdə tutulan üsullarından biri də atom elektrik stansiyalarında 

suyun  elektrolizindən  alınması  üsuludur.  Bu  zaman  hidrogenlə 

yanaşı  alınan  oksigen  sənayedə  və  məişətdə  tətbiq  oluna  bilər. 

Eyni zamanda hidrogenin fotokimyəvi üsulla alınması üzərində 

də  işlər  aparılır.  Termonüvə  energetikasının  işlənməsində  hid-

rogenin termokimyəvi üsulla alınması daha əlverişli hesab edilir. 

Bu  metodun  tətbiq  edilməsi  üçün  hidrogenlə  oksigenin  bir-

birindən ayırmaq problemini həll etmək lazım gəlir. Bioloji ka-

talizatorların iştirakı ilə hidrogenin fotokimyəvi üsulla alınması 

da böyük maraq kəsb edir.  

Elektrokimyəvi  energetika. 

Energetika  sistemində  yeni 

istiqamət  kimi  elektrokimyəvi  energetika  enerjinin  alınması  və 

toplanması  mərhələlərini  özündə  cəmləşdirir.  Elektrik 

enerjisinin alınması yanacaq elementlərində həyata keçirilir. Bu 

elementlərin işləmə prinsipi §9.7-də verilmişdir. Əksər yanacaq 

elementlərində cərəyan əmələgətirici reaksiya hidrogenin oksid-

ləşmə reaksiyasından ibarətdir: 

                   

                          2H

2

 + O


2

 = 2H


2

 



Hidrogeni  isə  metanın  və  ya  kömürün    su  buxarı  ilə 

konversiyasından  alırlar. 



 

591


Qələvi elektrolitli yanacaq elementlərində yalnız təmiz hid-

rogen və oksigendən istifadə etmək olar. Odur ki, belə element-

lər ancaq kosmosda tətbiq sahəsinə malikdirlər.  Qalan  yanacaq 

elementlərində  həm  təmiz,  həm  də  texniki  hidrogendən  və  ha-

belə H

2

, CO



2

 və H


2

O qarışığından istifadə olunur. Bütün yana-

caq  elementlərində  katalizatorları  zəhərləyən  zərərli  qarışıqlar 

kükürd birləşmələrindən,  aşağı  və  orta  temperaturlu  yanacaq  

elementlərində isə CO-dan ibarətdir. Son illər metanolun oksid-

ləşməsi  əsasında  işləyən  yanacaq  elementlərinin  işlənib  hazır-

lanması sahəsində də tədqiqatlar aparılır.  

Yanacaq elementində oksidləşdirici və  yanacaq fəza cəhət-

dən  bir-birindən  ayrı  olduqlarından,  hətta  yüksək  temperaturda 

belə istilik maşınlarına nisbətən kifyət qədər az CO və azot ok-

sidləri əmələ gəlir. 

Elektrokimyəvi  enerji  qurğularının  zərərli  tullantiları  istilik 

maşınları  ilə  müqayisədə  1,5-2  tərtib  az  olur.  Digər  tərəfdən 

elektrokimyəvi enerji qurğularının faydalı iş əmsalları da istilik 

maşınları ilə müqayisədə 1,5-2 dəfə çoxdur. 

Hal-hazırda  gücü  10  kBt-dan  11kVt-a  ədər  olan  elektro-

kimyəvi enerji qurğuları işlənib hazırlanmışdır. Bunlardan bəzi-

ləri  artiq  bu  və  ya  digər  sahələrdə  müvəffəqiyyətlə  istifadə 

olunur.  Đlkin  mərhələdə  belə  qurğular  uzaq  rayonların,  qəsəbə-

lərin,  ayrı-ayrı  yaşayış  və  sənaye  binalarının,  ticarət  və  idman 

mərkəzlərinin  və  s.  avtonom  enerji  təchizatında  tətbiq 

ediləcəkdir. Daha sonra isə belə qurğuların ucuz başa gəlməsini 

və  xidmət  müddətlərinin  artırılmasını  təmin  etdikcə  onlar 

elektrik  enerjisinin    mərkəzləşmiş  generasiyasında  istifadə 

olunacaqdır.   

Elektromobil  problemi. 

Nəqliyyat  qurğularının  zərərli 

tullantılarının azaldilması probleminin həll edilməsinin ən əsaslı 

yollarından  biri  daxiliyanma  mühərriklərinin  ekoloji  təmiz 

qurğularla və ilk növbədə akkumlyator batareyaları və ya elek-

trokimyəvi  enerji  qurğuları  ilə  əvəz  edilməsidir.  Belə  akkum-

lyatorlar  yüksək  xüsusi  enerji  və  vahid  kütləyə  düşən  güclə, 


 

592


ekoloji təmizliklə, xidmət sadəliyi və ucuz başa gəlməsi ilə xa-

rakterizə  olunmalıdır.  Ənənəvi  akkumlyatorlar  göstərilən  tələ-

batların  heç  də  hamısına  cavab  vermir.  Belə  ki,  qurğuşun  ak-

kumlyatorlar  həddən  artıq  ağır  olur  və  birdəfəlik  yüklənmədə 

elektromobilin 60 km/saat sürətlə 70-90 km məsafəni qət etməyə 

imkan  verir.  Odur  ki,  belə  elektromobillər  şəhər  daxili  sənaye 

yüklərinin, məhsulların və s. daşınmasında istifadə oluna bilər. 

Nikel-kadmium  akkumlyatorları  baha  başa  gəlir  və  zəhərli 

kadmiuma  malikdir.  Kadmiumu  intermetalloidlə    əvəz etməklə 

nikel-metalhidrid  (Ni-MH)  akkumlyatoru  əldə  edirlər.  Belə 

akkumlyator birdəfəlik yüklənmədə elektromobilin 120-140 km 

məsafəni qət etməyə imkan verir. 

Yeni akkumlyatorlar – qələvi elektrolitli hava-sink və qeyri-

su elektrolitli litium akkumlyatorları elektromobilin 150-300km 

məsafə qət etməsini təmin edir.   

Hazırlanan  elektromobillərin  digər  istiqaməti  hidrogen  və 

metanolla işləyən yanacaq elementləri əsasında  elektrokimyəvi 

enerji  qurğularından  istifadə  etməkdir.  Hazırda  bərk  polimer 

elektrolitli  yanacaq  elementlərı  əsasında  hazırlanmış  bir  heçə 

elektrobus və elektromobil sınaqdan keçirilir. 

Beləliklə, istilik elektrostansiyaları, daxiliyanma mühər-rik-

ləri, metallurji və digər zavodlar tərəfindən atmosferə küllü miq-

darda  zərərli  qazlar,  ilk  növbədə  azot  və  kükürd  oksidlərı  və 

dəm  qazı  daxil  olur.  Bu  tullantıların  azaldılması  və  onların 

neytrallaşdırılması  üçün  müxtəlif  tədbirlər  həyata  keçirilir. 

Lakin  bu  tədbirlər  kifayət  qədər  effektli  deyildir.  Yeni  daha 

səmərəli texnologiyaların və qurğuların yaradılmsı, hidrogen və 

elektrokimyəvi  energetikanın  inkişafı  və  elektromobillərin 

yaradılması olduqca böyük əhəmiyyət kəsb edir. 

               

                  

  


 

593


16.3.SU  HÖVZƏSĐNĐN  QORUNMASI

 

 



Çirkab  sularının  xarakteristikası. 

  Đstehsalat və məişətdə 

istifadə  olunmuş  və  bununla  əlaqədar  müxtəlif  çirklənmələrə 

məruz  qalan  sular  çirkab  sular  adlanır.  Đstehsalatın  növündən 

asılı olaraq çirkab suların tərkibi olduqca müxtəlif olur. Çirkab 

sularının  tərkibində  sianidlər,  arsen  birləşmələri,  selen,  civə, 

qurğuşun və s. kimi  müxtəlif zəhərli maddələr ola bilər. 

Ən çox qarışıqlar kimya, dağ-mədən, sellüloza-kağız , neft 

sənayesində  və  kömürün  işlənilmə  sahələrində  tətbiq  olunmuş 

suların  tərkibində  olur.  Belə  suların  tərkibində  turşular  və  ya 

qələvilər,  duzlar,  neftin  və  kömürün  işlənmə  məhsulları  və  s. 

vardır. 


 1  kVt  saat  elektrik  enerjisi  hasil  etmək  üçün  200-400  l  su 

tələb  olunur.  1000  MVt  gücünə  malik  istilik  elektrik 

stansiyasının  ildə    1,2-1,6  m

su,  həmin  gücdə  atom  elektrik 



stansiyasının  işləməsində  isə  ildə  3  m

3

  sudan  istifadə  olunur. 



Böyük gücə malik stansiyalarda sutka ərzində 1000 ton və daha 

çox çirklənmiş su kənara buraxılır.  

Đlkin  suyun  tətbiq  edildiyi  sahələrdən  asılı  olaraq  çirkab 

sular bir neçə növə ayrılır: 

1. Reaksiya nəticəsində alınan sular (reaksiya suları ).  

2Xammalın (məsələn, kömürün) tərkibinə daxil olan  sular 

(ilkin sular 

3. Sulu mühitlərdə gedən reaksiyalar nəticəsində alınan sular 

(ana məhlullar). 

4.  Cihazların  və  məhsulların  soyudulmasında  istifadə 

olunmuş sular (soyuducu sular). 

Göstərilən növ sular çirklənmə dərəcəsinə görə bir-birindən 

əsaslı fərqlənir. Məsələn, coyuducu sular ən az çirklənmə dərə-

cəsinə  malik  olurlar.  Odur  ki,  hər  növ  suyun  özünəməxsus  tə-

mizlənmə metodu  vardır. 

Cirkab  suların  tərkibcə  bir-birindən  əsaslı  fərqlənməsinə 

baxmayaraq onlardakı qarışıqları qruplara ayırmaq olar. Qarışıq 

hissəciklərin  ölçüsünə  görə  çirkab  suları  dispersli,  kolloid  və 



 

594


həqiqi  sistemlərə  təsnif  etmək  olar.  Sonuncunu  isə  ion  və 

molekulyar tərkibli həqiqi məhlullara ayırırlar. 

Mühitin  pH-dan  asılı  olaraq  çirkab  sular  qələvili,  turş  və 

neytral sulara təsnif olunur. 

Çirkab  sular  bir  sıra  texniki  göstəricilərlə  xarakterizə 

olunurlar.  Bunlara  codluq,  pH,  oksidləmə  qabiliyyəti,  oksigenə 

biokimyəvi tələbat (bax 12.3), həll olmayan qarışıqların miqdarı, 

duzların ümumi miqdarı və s. daxildir.  



Çirkab suların təmizlənmə üsulları

. Çirkab sular müxtəlif 

olduqlarından onların təmizlənmə metodları da müxtəlifdir. 

Qarışıqlara təsiri baximdan bütün metodlar iki qrupa ayrılır: 

1. Destruktiv metodlar. Bu metodlarda qarışıqları parçalaya-

raq qaz şəklində ayırırlar və ya onları ziyansız hala salırlar. 

2. Regenerativ metodlar. Bu üsullarla qarşıqları ayiraraq is-

tifadəyə verirlər. Bu və ya digər metodun seçilməsi iqtisadi əlve-

rişlilik baxımından həyata keçirilir. 

Texnoloji  əlamətlərinə  görə  çirkab  sularun  zərərsizləşdiril-

məsi metodlarını üç qrupa ayırırlar: suspenziyalaşmış və emul-

qalanmış  qarışıqlardan  təmizlənmə,  həll  olmuş  qarışıqlardan 

təmizlənmə, çirkab suların aradan çıxarılması və məhv edilməsi. 

Çirkab  suların  suspenziyalaşmış  və  emulqalanmış  qarı-

şıqlardan  təmizlənməsi. 

Çirkab suların kobud dispersli qarşıq-

lardan təmizlənməsi suyun saxlanılması, süzmə və flotasiya yoli 

ilə həyata keçirilir. Çirkab suyun saxlanılması dövri və fasiləsiz  

təsirdə olan iri həcmli sistemlərdə həyata keçirilir. Qarışıqlardan 

təmizlənmə  suyu  asılqan  çöküntü  təbəqəsindən  keçirməklə  sü-

rətləndirilir. Flotasiya yolu ilə qarışıqlardan təmizlənmənin əsa-

sında asılqan hissəciklərin qaz qabarcıqları ilə əmələ gətirdiklərı 

hissəciklər  qruplaşmasının  suyun  səthinə  qalxmasından  sonra 

ayırmaq prosesləri durur. Süzmə adətən digər təmızlənmə üsul-

larını  həyata  keçirdikdən  sonra  yekun  mərhələ  kimi  tətbiq 

olunur. 


Təmizlənən çirkab suyun tərkibindən və  turşuluğundan asılı 

olaraq süzülən materiallar qum, kvars, dolomit, mərmər, maqne-



 

595


zit, polimerlər və s. ola bilər. Kolloid hissəciklərdən təmizlənmə 

koaqulyasiya metodu (bax 8.10) ilə yerinə yetirilir. 



Çirkab  suların  qeyri-üzvi  qarışıqlardan  təmizlənməsi. 

Qarışığın növündən və qatılığından asılı olaraq reagent, ionmü-

badilə, elektrokimyəvi və digər təmizləmə metodlarından istifa-

də olunur. 

Reagent  metodlarına  suyun  neytrallaşdırılması,  çökdürmə, 

oksidləşdirmə  və  reduksiyaetmə  daxildir.  Əgər  çirkab  su  turşu 

xarakterli olarsa onu əsasi reagentlərlə: Ca(OH)

2

, NaOH, CaCO



3

Na



2

CO

3



, MqO və ya MqCO

3

, NH



3

-lə və s. neytrallaşdırırlar.  

Sənayedə turş və əsasi çirkab suların qarşılıqlı neytrallaşma-

sından da istifadə olunur. 

Bəzi  ionları  (Pb

2+

,  Hg



2+

,  Cd


2+

  və  s.)  çətin  həll  olan  duzlar 

şəklində  çökdürüb  ayırmaq  mümkündür.  Məsələn,  qurğuşunu 

PbSO


4

 şəklində çökdürməklə ayırmaq olar.  

Oksidləşmə-reduksiya reaksiyalarının köməyi ilə zərərli qa-

rışıqları zərərsiz və ya məhluldan asan ayrila bilən birləşmələrə 

çevirmək olar. Məsələn, sianidionlarını hipoxloridlə oksidləşdir-

məklə onun zəhərli təsirini aradan qaldırırlar: 

       

2CN


-

 + 5OCl


-

 + 2H


+

 = 2CO


2

 + N


+ 5Cl


-

 +H


2

 



Hidrazini hava oksigeni ilə azota qədər oksidləşdirmək olar: 

               

N

2

H



4

 + O


2

 = N


2

 + 2H


2

 



Çirkab  suların  qarışıqlardan  təmizlənməsində  iondəyişmə 

metodundan  geniş  istifadə  olunur  (bax  8.9).  Bunun  üçün  həm 

kationlaşdırma,  həm  də  anionlaşdırmadan  istifadə  olunur. 

Kationlaşdırma  zamanı  çirkab  suyun  kationları  kationitin 

zərərsiz  kationları  ilə  mübadilə  olunur.  Məsələn,  şirkab  sudan 

Cd

2+



-ionlarını  ayırmaq  üçün  Na-kationlaşdırmadan  istifadə 

edilir: 


 

 

596


2RNa

+

(kationit) + Cd



2+

(məh.) = R

2

Cd

2+



(kationit) + 2Na

+

 (məh.) 



Đondəyişmə qətranlarının köməyi ilə çirkab suları radioaktiv 

kationlardan, məsələn, Sr

2+

-dan təmizləmək mümkündür: 



 

2RH


+

(kationit) + Sr

2+

(məh.) = R



2

Sr

2+



(kationit) + 2H

+

(məh.) 



 

Anionlaşdırma  zamanı  çirkab  suların  zərərli  anionları 

anionitin  zərərsiz  anionları  ilə  mübadilə  olunur.  Məsələn, 

anionlaşdirma  yolu  ilə  çirkab  sulardan  sianid-ionlarını  ayırmaq 

olar:  

 

CN



-

(məh.) + ROH

-

(anionit) = RCN



-

(anionit) + OH

-

(məh.) 


 

Çirkab  suların  təmizlənməsində  həmçinin  elektrokimyəvi: 

elektrodializ, 

elektrooksidləşmə 

və 

elektroreduksiya 



metodlarından da istifadə olunur. Məsələn, xrom, qurğuşun, mis, 

arsen,  civə  və  kadmiumu  katodda  reduksiya  etməklə  ayırmaq 

mümkündür.  

Çirkab  suların  həll  olmuş  üzvi  maddələrdən  təmizlən-

məsi. 

 Tərkibində üzvi birləşmələr olan çirkab suların zərərsiz-

ləşdirilməsində destruktiv və regenerativ üsullardan istifadə olu-

nur.  Destruktiv  metodlara  elektrooksidləşmə  və  termooksidləş-

mə daxildir. Elektrooksidləşmədə çirkab su elektoliz qurğusun-

dan  keçirilir.  Bu  zaman  üzvi  qarışıqların  həll  olmayan  anodda 

oksidləşməsi baş verir. Məsələn, fenol anodda karbon qazına və 

malein turşusuna qədər oksidləşir: 

 

C

6



H

5

OH + 7H



2

O -16e = 2CO

2

 + (CHCOOH)



2

 + 16H


 

Termooksidləşmə çirkab suyun yanacaqla birgə yandırılma-



sına və  ya üzvi qarışıqların hava oksigeni, ozon, xlor və s. ok-

sidləşdiricilərlə oksidləşdirilməsinə əsaslanır. 

Regeneqrativ təmizləmədə həm çirkab suları zərərsizləşdir-

mək, həm də qiymətli qarışıqları ayırmaq mümkündür. Bu məq-



 

597


sədlə ekstraksiya, distillə, adsorbsiya, iondəyişmə, çökdürmə və  

s. üsullardan istifadə olunur.    



  

16.4.

 

BƏRK TULLANTILAR. TULLANTISIZ ĐSTEHSALAT 



 

Đnsan  fəaliyyətinin  nəticəsi  olaraq  əmələ  gələn  tullantıları 

istehsalat və məişət tullantılarına təsnif edirlər. 

Đstehsalat tullantıları və onların işlənməsi. 

Bir adamın tə-

ləbatını  ödəmək  üçün  hər  il  Yerdən  1-3%-dən  artıq  olmayaraq 

son məhsula keçən 20-30 ton mineral xammal çıxarılır. Bununla 

əlaqədar bütövlükdə planetdə ildə 100 milyard tondan çox isteh-

salat  tullantıları  meydana  çıxır.  Buraya  dağ  süxurları,  qara  və 

əlvan  metalların  istehsal  tullantıları,  domna,  istilik  stansiyaları 

və  digər  sobalarda  əmələ  gələn  şlaklar  və  yanma  məhsulları, 

kimya  sənayesinin  və  digər  sənaye  sahələrinin  tullantıları 

daxildir.  Yer  kürəsində  əhalinin  tələbatı  ildən  ilə  artdığı  halda, 

faydalı mineral və filiz ehtiyatları durmadan azalır. Bununla əla-

qədar  faydalı  komponentlərə  görə  kasıb  filiz  yataqlarından 

istifadə  tələbatı  da  getdikcə  artır.  Bu  da  tullantı  kimi  meydana 

çıxan  boş  süxur  kütləsinin  daha  da  çoxalmasına  səbəb  olur. 

Beləliklə də, istehsalat tullantılarının həcmi durmadan artır. Kül-

lü  miqdarda  əmələ  gələn  bu  tullantılar  xeyli  yararlı  torpaq 

sahəsini tutur, toz şəklində atmosferə və həll olaraq hidrosferaya 

daxil  olur.  Bərk  tullantıların  tərkibində  çoxlu  miqdarda  zərərlı 

maddələr olduğundan  onlar ekoloji təhlükəli tullantılardır. Odur 

ki, istehsalat tullantılarının işlənməsı tələbatı mühüm əhəmiyyət 

kəsb edir.  

Bir çox istehsalat tullantıları qiymətli komponentlərə malik-

dir.  Belə  tullantılar  yeni  istehsal  sahələri  üçün  xammal  hesab 

edilir.  Məsələn,  qara  metallurgiya  sahələrinin  istehsal  tullantı-

larının  tərkibində  Ti,  Ni,  Cu,  Au,  Pt  və  digər  metallar  vardır. 

Kömürlərin və yanan slansların külündə Ge, Mo, V, Re, Ag, Au 

və digər elemenlər olur. Odur ki, belə tullantıların işlənilməsin-

dən böyük miqdarda qiymətli maddələr almaq mümkündür.  



 

598


Bir  çox  digər  istehsalat  sahələrinin  tullantılarından  tikinti 

materialları  alınmasında  istifadə  etmək  mümkündür.  Belə  isteh-

salat  sahələrinə  metallurgiya  (şlaklar),  istilik  energetikası  (kül-

şlak tullantıları), kimyəvi və s. sahələri misal göstərmək olar. 



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin