62
qəribliyinə görə belədi. Səhv eləmirəmsə, siz də (
az davam edən, yarısından çoxu
sükutla keçən görüş, deməli, unudulmur) Vyanada qərib olmaqdan əvvəllər sevinirdiniz.
Keçibmi, yenə xoşlanırsınızmı qərib bir yerdə olmaqdan? ( Xoşunuz gəlirsə, bu yaxşı hal
sayılmaz, bəyənmirsinizsə,
bəlkə də, elə belə lazımdır).
Mən burda yaxşıyam. Bu ölümlü dünyada bundan çox ömrü bədənim daşıya bilməz.
Otağım bağçaya tərəfdi, eyvan sarmaşıqlarla, çiçəklərlə örtülüb (burda
hava çox
qəribədir) Praqada belə havalarda sular donur, eyvandakı çiçəklər tumurcuqladı.)
Həmişə
günəşlə lap yaxın oluram (daha doğrusu, tünd buludlarla örtülü göylə,
bir həftədir günəş
üzü görmürəm) kərtənkələlərlə quşlar - bir-birinə heç yaraşmayan bu varlıqlar məni
görmək üçün gəlirlər. Mirana gəlməyinizi necə də istəyərdim! Bir müddət əvvəl “nəfəs
ala bilmirəm” deyə yazmışdınız. Dediyiniz kimidirsə,
çox uyğundur, bura gəlsəniz, bu
sıxıntılarınız azalar.
Dostları ilə paylaş: