63
Yaxşı neyləməyi düşünürsünüz? Bəlkə də heç vacib deyil. Yaxşı baxsalar tez keçirə
bilərsiz. Bunu yaxınlarınız, sizi sevənlər bilməlidir. Xudbin düşüncələri də özünüzdən
kənarlaşdırın. Necə? Bu da bir qurtuluş deyil? Haqsızam? Yox, xeyr, zarafat etmirəm,
heç də sevinmirəm, ta ki həyat tərzinizi daha yaxşı, daha sağlam nizama saldığınızı
yazana qədər. Son məktubunuzu oxuyandan sonra niyə artıq Vyanadan ayrılmırsınız deyə
soruşmuram, indi başa düşürəm. Amma Vyanaya yaxın çox gözəl yerlər də var, orada da
istirahət edib rahatlaşa bilərsiniz.
Görürsünüz də bu gün başqa bir şey yaza bilmirəm. Məncə, bundan daha vacib bir şey
yoxdu. Sabah başqa şeylərdən danışaram, dəftər üçün təşəkkürü də sabaha saxlayıram,
mənə təsir etdi, utandırdı məni, amma sevindirdi də. Dayanın, sizə başqa bir şey demək
istəyirəm. Tərcümələrimə bir saniyəlik də yuxunuzu sərf etsəniz, bunu özümə qarğış
sayaram. Haçansa bu işdən ittiham olunmaq lazım olsa, çox səbəb axtarmağa səy
göstərmədən yuxusuzluğu onun üzündən görünür deyəcəklər və məni haqlı olaraq
günahlandıracaqlar. Etməyin deyərkən özümü düşünürəm, özüm üçün yalvarıram.
Dostları ilə paylaş: