"Qanlı Otto"
Dayan, dayan… Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk- vələk elədim ki,
bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə
səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə
heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorro deyil. Heç Romanın yıxılmağı da
deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu
xüsusda sitatlar gətirirdik: “ Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir
qədər uçur və bilmərrə çəkilib gedir.” Ho-ho-ha-ha… Əxbar, 20: 70, yaxud buna oxşar
bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək. (1. Apokalipsis.
Parafraz. 20: 7: Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları
haqq yolundan döndərəcək…”)
Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən
cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qiymə
hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğlu idi, dini
ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul
idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept mənəvi qidadır. Hələ uşaq vaxtından
Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona qiyamət günü barəsində danışanda
ləzzətdən bihuş olurdu. Səsi qalınlaşan zaman isə artıq bütün Bibliyanın kəlamları
dişlərinin arasından ətrafa səpələnirdi. Rahiblər ürəklərini belə ondan əsirgəmirdilər.
Üzündə ilk tüklər peyda olanda isə o, artıq vəhyqabağı titrətmələrdə olduğu kimi bədəni
uçunurdu və axirət mələklərini seyr edirdi. Xəyal! Heyvanlar, cəng arabası, asiman…
keşişlər düşünürdülər ki, onların yetirməsinin artıq dövlət işlərinin sükanı arxasında
əyləşib dövlət gəmisini idarə edərək gələcək yüzilliklərə doğru hərəkət etmək vaxtı çatıb.
Budur, onlar Böyük Ottoya məktub yollayırlar ki, gənc Otto açıq- aşkar varisliyi qəbul
etməyə və sükan arxasına keçməyə, yəni Müqəddəs Övliya taxtına çıxmağa hazırdır.
Ancaq qoca Otto bu işlərə bir az başqa cür baxırdı. O, öz qvardiyasını yollamışdı ki, onun
əleyhinə olan riyakarları zəncirləyib tutub gətirsinlər. İşə bax, dövlət gəmisini idarə
148
etmək istəyir! Atan sənə başa salar necə idarə etmək lazımdır. Məhkəmə gedənə qədər
Böyük Otto özü bir qədər sükan arxasında oturmağı qərara aldı. Keşiş ona bayrağı hara
sancmağı öyrədirdi! Şah qəti hökm verməyə tələsmirdi, hələ öyüd- nəsihət verirdi ki,
görsün onu başa düşürlərmi? Və o, təzimlər döyən zaman, deyilənə görə, yeddi qisasçı
mələk onun imperator bədənini didib- dağıtdılar. Bu yeddi tikəni isə imperatorluğun hər
tərəfinə səpələdilər. Bu tikələrin heç biri bir daha öz bədənlərini görmədilər.
Beləcə, Böyük Ottonun oğlu Qanlı Otto adını qazanaraq taxt-taca sahib oldu – kafirlər,
zinakarlar, cadugərlər və bu qəbil işlərlə məşğul olanlar onun qamçısı altından sağ
çıxmırdılar. Qamçılama onun sarayında keçirilirdi və bir müddət sonra vilayətdə
ümumiyyətlə cinayətkar, kafir və cadugər qalmadı. Tezliklə belə bir qənaətə gəldi ki,
dünyəvi fikirlər onun axırına çıxacaq və birdən… elan etdilər ki, dünyanın sonu yetişir.
Qiyamət günü Yeni ilə təyin olunur.
O, öz əyanlarını imperator pivəxanasına çağırıb elan edir: “Qiyamət günü yaxınlaşır. Biz
gərək yüksək bir dağ zirvəsinə çıxıb Qiyamət gününün gəlişini adımıza layiq şəkildə
qeyd edək. Qoy elə bilinsin ki, bu Qiyamət günü bizim tələbimizlə gəlir.” “Doğrudan da-
məiyyəti razılaşdı.- Qorxunc məhkəmə.”
Və yeni min ilin ərəfəsində o, bütün generallarını, sağlam qocaları, qadınları, yeddi
rahibi, altı rahibəni, öz arvadını, donuz balasını, Mastiv cinsli itini və şərabla dolu
çəlləkləri at arabalarına yükləyib yaxınlıqdakı təpəyə yollandı. Qaranlığın başlanğıcıdır.
Keşişlər ibadət etməlidir və onlar da təpəyə qalxırlar.
Donuzlardan birini kəsib sümükdən ayırırlar, sonra tikələrini doğrayıb şişə keçirirlər.
Sümüklər ancaq günahkarları qamçılamağa yarıyar. İndi əylənmək olar. Atılıb- düşərək
oynamağa başladılar. Qaranlıqda mələkləri seçmək olmurdu. Sonra səhər özünü yetirdi
və qəribə də olsa, Qiyamətdən əsər- əlamət yox idi. Otto azca incidi. Arvadını tikanlı
sözlərlə acıladı. Keşişlər yenə ibadət edirdilər. Hə, dünyanın sonu yetişmədiyindən onlar
əvvəlki ayinləri əldən buraxdıqları üçün heyfsilənirdilər. O zaman Otto keşişlərdən birini
bişirməyi qərara aldı. O biri keşişlər üçün bu, problem yaratdı. Allah tamahkar və
acgözləri sevmir. Onlar gecəni yatmayıb təzədən tonqal qaladılar və öz günahlarıyla baş-
başa qaldılar. Sənin canında kabus dolaşır və çığırırsan. Zar-zar ağlayırsan və başına kül
tökürsən, çığırmaqdan boğazın qovuşur. Gözünün yaşından ocaq sönür. Ancaq səhər…
səhər… torpaq əvvəlki vəziyyətinə qayıdır. Və günəş şəfəq saçır. Otto yenə əsəbiləşir,
yenə axirət görünmür.
Bax, belə. Birinci minilliyin yanvarı tövşüyə- tövşüyə özünü yetirir. Üç keşiş tonqalda
bişib bərkiyir və tonqala bir cüt rahibə də atılır. Minillik dağın zirvəsində – kral Qanlı
Otto xanımı kraliça Otto ilə dayanıb. Qaranlıq yaxınlaşır. Göy guruldayır. Külək qalxır.
Kraliça dillənir: “Ah, mənim əzizim, məsələ tək məndə olsaydı, dodağımdan qopan heç
bir söz sənin xətrinə sənin xətrinə dəyməzdi. Lakin uşağımız necə olsun?” Otto özü də
vəziyyətdən bir o qədər razı deyildi. Çaxır içilib qurtardı. Məiyyət qaçıb aradan çıxdı.
Rahiblər ya bişməkdəydi, ya da şalvarlarını doldurmuşdular. Təpədə üzərində krallıq
etməyə adam qalmamışdı. Yabıdan, arabaya qoşulmuş atlardan başqa artıq hamının qarnı
açılmışdı. O, qadını arabaya mindirib özü atın belinə sıçradı. Yırğalana-yırğalana geriyə
döndülər. Araba cırıldayırdı və çala- çuxura düşdükcə bu sözlər elə hey qadının
qulağında səslənirdi: “Bəs uşaq necə olsun?..”
149
Yanvarın dördüncü günü hələ günəş doğmamışdı. Otto hər şeyi ölçüb- biçməyə başladı,
insan ətinin qaynayıb bişməsi onun düşüncəsini məşğul edirdi və o, bu məşğuliyyətdən
zövq alırdı. Araba çay daşlarının üstü ilə irəlilədikcə adamı atıb- tuturdu. Yamacda araba
aşdı və xanım enişə yuvarlandı. Bu, yabıya ləzzət verdi. Arabanın yükü ətrafa səpələndi
və çala- çuxur arabada salamat yer qoymadı. Otto arvadına çatınca kraliça artıq canını
tapşırmışdı. Otto mərhəmət göstərdi: “Özünü əziyyətdən qurtardı.”
Və birdən qadının gilə bulaşmış paltarını gördükdə özündən çıxdı. “Körpə. Vaxtından
əvvəl doğulmuş oğlan uşağı! Şahzadə!” Öz eqoist mövcudluğu boyunca Otto ilk dəfə
hiss elədi ki, ürəyinin ən zərif telləri titrədi. Uşaq qımıldananda ürəyi əsdi. O, buna heç
şübhə etmədi. Krallığın əsl varisi doğulmuşdu. Səsi sərçə cikkiltisini andırırdı. Bu, qeyri-
adi bir doğuş idi. “Ey ucalardan uca, sən Qadirsən!”- Otto üzünü göylərə tutdu.- “Bütün
uşaqlarımı əlimdən alıbsan. Axı bu nə sirrdir? Nə vaxt bu əzablar sona yetəcək?” Göy
üzü ona dişini ağartmaqla cavab verirdi. “Bizim dalğaya qoşulun və üçüncü akt sona
yetən kimi bütün qoxumuş sirrlər açılacaq.” Budur, Tefton ucqarında bizim gənc şahımız
Otto bir əlində körpə, bir əlində isə ölmüş xanımını tutaraq dayanmışdı. Körpə artıq
əməlli- başlı çığırırdı və yemək istəyirdi. Anasının isə bədəni artıq soyumuşdu.
Arabanın təkəri hələ də fırlanırdı. Yabılarsa qaçıb getmişdi… Demək olmazdı ki,
dünyanın sonuna verilən biletlər geri qaytarılıb. Siz bütün dünyanın hökmdarını heç bu
vəziyyətdə görmüsünüzmü? Onun dişləri xırçıldayır, saçlarını yolur, səsini isə ancaq özü
eşidir. Köməksizdir. Dağın arxasından sanki kimsə ona öyüd verir. Başqa heç nə. Burada,
otluqlar içində vaxtsız- vədəsiz dünyaya təşrif gətirmiş bu körpəni varis adlandırmaq
olarmı? Birdən dərin quyunun dibində ümid işartısı sezilir. Oradakı yol göstərən ulduz
haranısa nişan verir, cəzbedici, eyni zamanda dəhşətlidir. Soyuq öz təsirini göstərir.
Cansız qadının əvəzi ödənilmişdi və bu cansız bədənin döşündən süd axırdı! Budur,
bizim qəhrəmanımız səsssiz- səssiz ağlayır. İnanmaq olmurdu. Ona desəydilər, qayanı da
sıxıb qan çıxarardı, di gəl, cəsədin döşündən südü necə sağsın? Ancaq bir qədər sonra
ananın döşündən axan süd otların arasıyla qoşa cığır açaraq yeriməyə başladı. Keçi də,
dişi eşşək də, inək də süd qoxusu hiss edib bir yerə yığıldılar. Otto fikirləşdi ki, bunların
dördünü də birdən necə yemləsin? Kəndin yaxınlığındakı açıqlıqda toyuq hini və kartof
anbarı gözə dəyirdi. Ot tayası gecələmək üçün əlverişli idi. Gecənin qaranlığında ot
tayası uzaqdan ağarırdı. Buradan heç kim şübhələnməzdi. Ata oğlu ilə birlikdə yaşaya
bilərdi. Körpənin dərisi atası yıxılarkən sıyrıldı. Sanki onlar cəzasız şəkildə öz əməllərini
davam etdirirdilər. Otto bilmirdi ki, kənd sakinləri bu yöndəmsiz oğurluğun şahidi
olurlar. Kəndin ucqarlarındakı daxma və komalarda artıq onun söhbəti gedirdi. “Budur,
şahzadənin ailəsi- dəli Otto çağanı donuz balası kimi qoltuğuna vurub qaçan adicə
oğrudur və əlindəki qənimət onun varisidir.”
Ottonun burcə dəfə də xəyalına gəlmədi ki, o, nə vaxtsa hakimi- mütləq olub. Lakin bir
gün ətrafı gəzərkən təsadüfən təpənin üstündən baxanda uzaqda dəbdəbəli bir saray
gördü. “Malikanə”- Otto uşağa dedi.
Dörd ay vaxt lazım oldu ki, Otto oğlu ilə birgə donuzluqla sarayın arasındakı doqquz mil
yolu qət etsin. Min illik dağın təpəsindən sarayın qapısınacan dünyanın ən uzun yolu idi.
Orta hesabla aya iki mil düşür. Məsafəni gözəyarı ölçdü. Otto bərk təəccübləndi ki, niyə
qapının ağzında heç kim durmayıb. Lakin içəri girən kimi hər şeyi başa düşdü. Bəli, o,
150
donuz damında gecələyirdi! Baxışları bir yerdə qərar tutmurdu. Vaxtilə hər yerdə hökmü
keçirdi.
İndi artıq şəhərin əvvəlki görkəmindən əsər- əlamət qalmamışdı. Adamlar döngələrdə
siçovul kimi qaynaşırdı, piştaxtalarda mallar qalıb çürüyürdü. Qoca dilənçilər və yiyəsiz
uşaqlar zibillikdə eşələnirdilər.
Bu aylar ərzində onun doğma vətəni nə qədər dəyişmişdi?! Şəhər tanınmaz hala
düşmüşdü. O, özü də dəyişmişdi. Taxt- tacı yerləşən zala daxil oldu- hər gün bu zalda
günahkarlar cəzalandırılırdı. Qamçılama mötəbər kompaniya idi. “Axirətə hazırlıq
fantasmaqoriyası hələ də davam edir!” İeronim Bosxun mənzərəsi: qamçı vuranın
qamçısı… vıyıldayır…övliyaları satan keşişin arvadı da burada idi. Bəli, hakimiyyət
keşişlərin əlinə keçmişdi.
Lakin qəfildən hər şey dəyişir. “Artıq bəsdir!- Otto qışqırır- sizin hökmdarınız sizə əmr
edir ki, dayanasınız! Birdəfəlik!” Sədrlik edən rahiblər Ottonu və yanındakı vəliəhdi
görcək şalvarlarını doldursalar da, yenə də yuxarıdan getməyə cəhd etdilər. “Necə sübut
edəcəksən ki, sən bizim hökmdarsan? Açıq-aşkar şaha oxşamırsan. Üzünü saqqal basıb,
özün də cır- cındır içindəsən. Bizim kralımız isə şan- şöhrət dağının zirvəsindən
əbədiyyətə qovuşub. Çoxları buna şahid olub. Burada kim şəhadət verə bilər?” – tələb
edənlərin səs-küyü güclənirdi. “Bəs uşaq necə olsun?” Otto əlindəki uşağı yuxarı qaldırıb
göstərdi. Axı o, varisdir. Uşaq isə ağlayırdı. Yerə uzanmış kəndlilər də ayağa qalxıb xorla
“axı o, varisdir,” deməyə başladılar.
Rahiblərlə gözətçilər, inkivizitorlar birlikdə ölçüb- biçməyə başladılar: “Hər şey bitdi.
Axırda bəxtimiz gətirmədi. Zir- zibillər qiyama qalxdı. İndi hər kəs özü üçün
müqəddəsdir.”
Yalan həqiqəti tapdayıb keçir və dolaşıq yalanlarla dolu bu cızmaqaranın mənası nədir
görəsən? Şöhrətin sonu yoxdur- əgər yüksəklərə qalxmısansa… Amma təəssüf ki, orada
bizi qocalığın gözlədiyini hesaba almırıq. Burada hiylə keçmir: istəyirsən- götür,
istəmirsən- tulla, istəyirsən- inan, istəmirsən- inanma və bütün günü “tra- lya- lya”- oxu.
Sən torun içindəsən, hələ ürəyin bulanmır… Mən? Bəs mən kiməm? Armagedon
burnumuzun ucundadır. Hi- hi- ho…
Dostları ilə paylaş: |