"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi


(Müsahibə www.karakutu.com saytından götürülüb)



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   39   40   41   42   43   44   45   46   47
(Müsahibə www.karakutu.com saytından götürülüb) 
 
Cevirdi: Sima Ənnağı 
 
E-mənbə: http://adyazar.az/qezet/index.php?newsid=263 
 
 
 
 
 
 
 
 
 
 
Kamran Nəzirli 
 
 “Uilyam Folkner: intellektual Amerika yazıçısı” 
 
 
Uilyam Katbert Folkner 1897-ci il sentyabrın 25-də ABŞ-ın Missisipi ştatının Nyu 
Albani rayonunda anadan olmuşdur. O, Falkner və Butler ailəsinin böyük oğlu idi və 
sonralar böyük yazıçı öz familyasında bir hərf dəyişərək onu Folkner edəcəkdi.  
Uilyamdan başqa ailədə daha üç qardaşı böyüyürdü. Uilyamın altı yaşı olanda Falknerlər 
yaxınlıqdakı Oksford şəhərinə köçür və elə burada da yazıçı ömrünün bütün qalan 
hissəsini başa vurur. Onun bir çox əsərlərində Oksford şəhəri “Çefferson” kimi qələmə 
alınmışdır.  
Folknerin böyük babası Şimali Missisipidə tanınmış adam olmuşdur. O, ordu polkovniki 
idi; regionda dəmiryolunun əsasını qoymuşdu. Baba Falkner həm də ədəbiyyat 
xadimiydi, gözəl nəzm və nəsr əsərləri qoyub getmişdi. Beləliklə, nəvə Falknerə nəslin 
tarixi böyük təsir etdi və o, sonrakı əsərlərində də bu barədə yazmışdır.  
Folkneri boyuna görə ABŞ ordusuna götürmürlər. Buna görə də o, əvvəlcə Kanada 
ordusunda, sonra isə Britaniya Kral Hava Qüvvələrində xidmət edir. Uilyamın aktyorluq 
istedadı da olub; hələ uşaq yaşlarında gözəl şəkillər çəkib, şerlər yazıb. İlk şerlərini 
ingilis romantik şairləri Robert Berns, Tomson və Hausmənin təsiri altında yazıb. 
Bununla belə, onun həyatında və formalaşmasında iki nəfərin daha böyük rolu olmuşdur: 


 
313
uşaqlıq sevgilisi Estella Oldham və ədəbiyyat müəllimi Fill Stounun. Estella Oksford 
şəhərinin sosial həyatında fəal iştirak edir, rəqs və gecələrin təşkil edilməsində xüsusi 
fəallıq göstərirdi. O, Uilyamla romantik görüşləriylə yanaşı, digərləri ilə də gəzir. 
Onlardan biri Kornell Franklin qıza evlənməyi təklif edir. Estella sadəlövhcəsinə onun 
təklifini qəbul edir və beləliklə, onlar 1918-ci il aprelin 18-də Oksfordda evlənirlər. 
Uilyamın digər sevimli adamı onun ədəbiyyat müəllimi Stoun idi; məhz bu adam 
Uilyama poeziyanı sevdirir, ona qorxmamağı öyrədir. Onun dəyərli məsləhəti ilə Folkner 
Nyu Hevində özünə iş tapır. Elə burada da Folknerin ilk kitabı çıxır və kitabın üstündəki 
familyasında makinada buraxılmış bir hərf səhfi gedir. Winchester Repeating Arms 
Company şirkəti ilk dəfə olaraq onun familyasını Falkner əvəzinə Folkner kimi yazır. 
Yazıçıdan bu barədə soruşduqda o, deyir: “Elə bu cür də mənə sərfdir”. 
Oksforda qayıtdıqdan sonra onu müharibə veteranı kimi Missisipi Universitetinə qəbul 
edirlər. Onun ilk şeri də 1919-cu ilin avqustunda The New Republic qəzetində çap 
olunur.  
Sonrakı beş ildə Folkner məqalələr, pyeslər, şerlər yazır və onları The Mississippian 
jurnalında çap etdirir. Oksfordun tanınmış yazıçılarından biri Stark Yanqın məsləhəti ilə 
Folkner 1921-ci ildə Nyu York şəhərində işə düzəlir. O, Elizabet Prall adlı bir qadının 
kitab mağazasında köməkçi vəzifəsində işləyir və sonralar elə həmin qadınla da evlənir. 
Elizabet bundan əvvəl yazıçı Şervud Andersonun arvadı olmuşdu.  
Folknerin tələbəlik həyatı uğursuz olub; belə ki, dərslərə davamiyyəti və intizamsızlığına 
görə, içki və qumar oynadığına görə onu Universitetdən qovurlar.  
Folknerin ən məşhur romanları “Səs və Qəzəb” (The Sound and the Fury, 1929), 
“Avqustda İşıq” (Light in August, 1932), “Mən Öləndə”(As I Lay Dying, 1930) , 
“Rahibə üçün Rekviyem” (Requiem for a Nun, 1950) və s. hesab olunur.  Onun çoxsaylı 
kitabları sırasında “Məğlubedilməzlər”(The Unvanquished, 1938), “Vəhşi Palmalar” 
(The Wild Palms, 1939), “Şəhər” (The Town, 1957),  “Ev” (The Mansion, 1959) və s. 
adlı kitabları mükafatlara layiq görülmüşdür. Folkner ən məhsuldar hekayəçi 
müəlliflərdəndir. Onun “Atla gediş” (Knight's Gambit, 1949), “Ayı” (The Bear), “Böyük 
Meşə” (Big Woods, 1957), “Sabah”(Tomorrow", 1940), “Qar” (Snow, 1949), “Villi 
Dayı” (Uncle Willy,1935), “Qorxulu Adam”( A Dangerous Man, 1950), 
“Missisipi”(Mississippi,1954)  və s. hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. O, 
1949-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Folknerin bir çox əsərləri 
ekranlaşdırılıb, tamaşaya qoyulmuşdur. Folkner 1962-ci il iyulun 6-da Oksfordda 
infarktdan vəfat etmişdir. 
Aşağıda yazıçının “Həyətdə Qatır” (Mule In The Yard, 1934) hekayəsini Kamran 
Nəzirlinin ingiliscədən orijinaldan tərcüməsində təqdim edirik. 
 
 
 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin