297
Epiloq
Bir ünsiyyət vasitəsi və mühiti olaraq cizgi filmlər, həyatımızın hər sahəsinə daxil olub.
Universal bir dilə sahib olmaları ilə yanaşı, özlərinə xas dünyalarıyla tamaşaçılara, içində
iştirak etdikləri dünyanın gerçəklərindən fərqli və əyləncəli bir həyat təqdim edirlər.
Mesajları ilə yanaşı, keçişləri və fantastikasıyla kino, ədəbiyyat və musiqi başda olmaq
üzrə incəsənətin bir çox sahəsinə nüfuz edən "Simpsonlar" serialı, cizgi film anlayışının
yenidən təyin olunmasına vasitəçilik etmiş və haradasa, iyirmi illik keçmişiylə televiziya
tarixinə damğasını vurmuşdur. Bu mənada Simpsonlar, animasiya dünyasına aid bir uğur
nümunəsi olmaqdan da daha çox, mədəni bir fenomen kimi qiymətləndirilə bilər. İctimai
bir komediya olaraq din, ailə, təhsil və siyasət kimi mövzulara aid həcvlərlə diqqət çəkən
film, animasiya anlayışına gətirdiyi postmodern şərhlə sələflərindən və bənzərlərindən
fərqliləşərək televiziya tarixindəki yerini möhkəmləndirməkdədir.
Dəyişmə və çevrilmə ilə xarakterizə edilən çağcıl dünyanın profilini təqdim edən
"Simpsonlar" serialını, postmodernizm ilə əlaqəli şəkildə təhlil etmək və araşdırmaq
mümkündür. Belə bir araşdırmanın, çağcıl dünyanı təsiri altına alan postmodern
çevrilməylə bağlı anlama və mənalandırma praktikasını təmin etmək kimi spesifik
faydalarından danışmaq olar. Bir ünsiyyət və qarşılıqlı təsir mühiti olaraq Simpsonlar
özündə "mətinlərarasılıq", "pastiş","‘əks olunma", ‘təşkilatiçilik əleyhdarlığı' kimi
postmodern komponentləri ehtiva etdiyi üçün “mikroskop altında” nəzərdən keçirilə
bilər. Bu mənada Simpsonlar, içində olduğumuz mədəni formalaşmayla bağlı yanaşmalar
təqdim etməklə yanaşı, mədəniyyət ilə həyat, quruluş ilə qayda, obraz ilə həqiqət
arasındakı qatı sərhədləri müzakirəyə çıxarmaq kimi funksional bir rolu üzərinə götürür.
Hazırladı: Rəşad Səfərov
Dostları ilə paylaş: