"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   21   22   23   24   25   26   27   28   ...   47
Çevirdi: Kənan  Hacı 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
151
Uilyam Somerset Moyem 
  
 
 Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi 
Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq 
mədəniyyətinə sadiqlik nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlərində - 
hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə 
anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi, yaxud elmi-
nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yoxdur!Moyemə görə, 
yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır. 
 
Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman 
onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də 
valideynləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz 
buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir. 
 
Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-
ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən 
ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan 
qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır 
və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir. 
 
Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça 
məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha 
sonra isə London Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır. 
 
O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra 
yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir. 
 
Moyem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir 
və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu barədə bir kitab da 
yazır.(“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928). 
 
Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya 
qoyulur. 
 
1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi 
işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır. 
 
Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), 
“Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və 
Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.  
 
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən 
vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun 
cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına 
aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin 


 
152
nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana 
divarına hörülür. 
 
  
 
  
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin