Lakrimal hipersekresiyanın BAT ilə müalicəsi
Lakrimal hipersekresiya gözə irritasiya verən trixiaz, göz qapaqlarının törəməsi, buynuz qişanın quruması,
blefarit və s. kimi xəstəliklər nəticəsində əmələ gəlir. Birincili idiopatik hipersekresiya, heç bir səbəb olmadanda
görülə bilər. 2.5-5 vahid BTA yaş vəzinin palpebral hissəsinə inyeksiya edilir. Xəstələrin əksəriyyətində
simptomlarda azalma müşahidə edilir. Epiforanın azalması 3-4 ay davam edir [22].
Göz qapaqlarının retraksiyası
Tiroid oftalmopatiya zamanı üst qapağın retraksiyası buynuz qişanın qurumasına və buynuz qişanın xorasına
gətirib çıxarda bilər. Cərrahi resessiya 90-95% hallarda əla nəticə verir. Lakin xəstənin vəziyyətində stabillik
olmasa, cərrahiyyə aparıla bilməz. 5-10 vahid BTA transkonyunktival ya dəridən levator əzələyə inyeksiya edilir
və retraksiyanın kəskin azalması ilə nəticələnir. Adətən 2-4 mm qapaq enməsi müşahidə olunur və inyeksiyanin
təsiri 12-14 həftə davam edə bilər. Dozanın aşması ptoz və BTA yuxarı düz əzələyə diffuziya edərsə diplopiya ilə
nəticələnə bilər [6].
Dostları ilə paylaş: |