Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASI
I hissə
Bakalavr hazırlığı üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi
28.06.2005-ci il 522 saylı əmri ilə dərslik
kimi təsdiq edilmişdir.
BAKI - 2007
1
Redaktorlar:
ADPU-nin insan və heyvan fiziologiyası kafedrasının
müdiri, b.e.d., prof. Ə.N.Fərəcov
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun
böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev
Rəyçilər: Rusiya
EA-nın üzvü, Beynəlxalq Noosfer Akademiya-
sının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun
«Analizatorların müqayisəli və yaş fiziologiyası» labora-
toriyasının rəhbəri, b.e.n. A.Q.Qazıyev
Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin
dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının
dosenti A.M.Rüstəmov
Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fizio-
logiyası ( bakalavr hazırlığı üçün dərslik). Bakı, «Bakı Universiteti»
nəşriyyatı, 2007, 416 s.
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid
müasir məlumatlar verilmişdir.
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən
«İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik
kimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa
standartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş), əsas anlayış və prinsiplər,
hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması ilə
məlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziolo-
giyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir.
Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat,
maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji
fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin
göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının
fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki
dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və
qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir.
Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan
tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrində
çalışan bioloqlar üçün faydalı mənbə ola bilər.
2007
062
062
07
658
29
1903000000
−
−
−
−
−
)
(
M
Ə
© «Bakı Universiteti» nəşriyyatı, 2007.
downloaded from KitabYurdu.org
2
3
MÜQƏDDİMƏ
Tibb və psixologiya elmlərinin nəzəri və təcrübi əsasını təşkil
edən, digər bioloji elmlərin açarı olan fiziologiya elminin XXI
əsrdə də çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, bu sahədə
günün tələbinə cavab verən fundamental dərslik yazmaq son
dərəcə çətin və məsuliyyət tələb edir. Ona görə də XXI əsrin
əvvəlində fiziologiya elminin real vəziyyətinə əsaslanaraq kitabda
olan materialları Azərbaycan təhsil sisteminin tələbini nəzərə
alaraq, Avropa ölkələrinin universitetlərində tədris olunan insan
fiziologiyası kursuna uyğun yazmağa çalışdıq.
İnsan və heyvan fiziologiyası – tarixən orqanizmin quru-
luşunu öyrənən anatomiya elminə əsaslanmış və onun bir bölməsi
kimi meydana gəlmişdir. Bu elm XVII əsrdən müstəqil bir elm
kimi tədris olunmağa başlamış, sonralar biokimya və tibbi
fiziologiyanın inkişafı üçün zəmin yaratmışdır.
Bakı Dövlət Universitetinin, digər dövlət və özəl
universitetlərinin bakalavr və magistrant tələbələrinin baloniya
təhsil sistemi nəzərə alınmaqla insan və heyvan fiziologiyasına
dair Avropa standartlarına cavab verən Azərbaycan dilində
yazılmış dərsliyə böyük ehtiyac olduğunu nəzərə alıb, hazırkı ki-
tabı nəşrə hazırladıq.
Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış elmi
ədəbiyyatlardan və dərsliklərdən istifadə edilmişdir. Bu kitabın
tərtib olunmasında AMEA-nın müxbir üzvi, prof. F.İ.Cəfərovun,
prof. M.A.Qarayevin və prof. O.M.İsmayılovun Azərbaycan
dilində olan, Rusiyanın REA-nın İ.M.Seçenov adına Təkamülün
Fiziologiyası və Biokimyası İnstitutunun professoru, tibb elmləri
doktoru, akademik P.S.Orlovun, Sankt-Peterburq Universitetinin
insan və heyvan fiziologiyası kafedrasının müdiri, REA-nın
akademiki, professor P.S.Nozdraçevin, R.F.Smidt və Q.Tevesin
redaktorluğu ilə ingilis dilindən rus dilinə tərcümə edilən «İnsan
fiziologiyası» kitabından, bir sıra digər elmi əsərlərdən və onlarda
olan cədvəl və şəkillərdən istifadə edilmişdir. Dərsliyin işıq üzü
görməsində BDU-nun insan və heyvan fiziologiyası kafedrasının
və biostimulyatorlar ETL-nin əməkdaşlarından dos. Ş.Məhərrə-
mov, dos. V.Mədətova, dos. M.Nəsibov, biologiya elmləri
namizədləri F.Əliyeva, R.Babayeva, N.Məmmədova,
S.İbrahimova, S.Məmmədova, F.Zamanova, aspirantlardan
F.Rəhimova, Y.Firudinbəyov, elmi işçilərdən A.Musayev,
Q.Həsənova, S.Miriyeva, S.Quliyeva, M.Qasımzadə,
X.Rizvanova və b. öz bacarıqlarını əsirgəməmişlər. Onlara,
rəyçilərə, redaktorlara minnətdarlığımı bildirirəm.
Kitabın baloniya təhsil sisteminin tələblərinə uyğun olaraq
hər 2-3 ildən bir yeniləşdirilməsi nəzərdə tutulmuşdur. Ona görə
də kitab haqqında fikirlərini bildirənlərə, həm də gələcək nəşrlərin
hazırlanmasında yaxından iştirak etmək istəyənlərə əvvəlcədən
minnətdarlığımızı bildiririk.
Müəlliflərdən
downloaded from KitabYurdu.org
4
I FƏSİL
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASINA GİRİŞ
İnsan və heyvan fiziologiyası bioloji elmlərin bölmələrindən
biridir və digər bioloji elmlər kimi canlı təbiət aləminin dinami-
kasını öyrənir. Fiziologiya yunan dilində hərfi tərcümədə fizio –
təbiət, loqos – elm deməkdir.
Fiziologiya – canlı orqanizmin və onu təşkil edən orqan, hü-
ceyrə və molekulların funksiyalarının dinamik öyrənilməsi haq-
qında elmdir. Bu elm daima tibb elmi ilə yanaşı, inkişaf etmişdir.
Əsrlər boyu, elə indi də insan fiziologiyası (tibbi fiziologiya)
məqsəd və vəzifələri, hər şeydən əvvəl, insanların və heyvanların
sağlamlığını öyrənməyə yönəlmişdir. O, orqanizmin quruluşunu
öyrənən anatomiya elminə əsaslanır və öz tarixi mənşəyini
anatomiya elmindən götürür. Bizim yüzillikdə biokimya elminin
(fizioloji kimya) fiziologiyadan ayrılıb müstəqil bir elm kimi
fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Məsələn, fiziologiya
elmi canlı orqanizmin onu əhatə edən xarici mühitlə mübadilə
prosesində əlaqəsini təmin edən fizioloji prosesləri öyrənməklə
yanaşı, orqanizmin xarici təsirlərə cavab reaksiyalarını və öz növ-
bəsində orqanizmin özünün də xarici mühitə təsir yollarını
öyrənir.
Beləliklə, fiziologiya orqanizmin funksional prosesləri və
fəaliyyəti arasında qarşılıqlı əlaqəni bir bütöv – tam kimi öyrənir.
Fiziologiyanın son məqsədi funksiyanın mexanizmini elə
dərindən dərk etməkdir ki, bu ona funksiyaya istənilən
istiqamətdə fəal təsir etməyi təmin edə bilsin.
Tibb elminin nəzəri əsasını təşkil edən fiziologiya klinik
təbabətin inkişafında əsas rol oynayır.
1.1.Fiziologiyanın tədqiqat obyekti
5
İnsan və heyvan fiziologiyası canlı orqanizmin dəyişkən hə-
yat şəraitinə uyğunlaşması, hüceyrələrin, toxumaların, orqanların
və sistemlərin funksional mexanizmləri haqqında elmdir. İnsan və
heyvan orqanizminin varlığını təmin edən fizioloji proseslər
qıcıqlanma, oyanma, maddələr və enerji mübadiləsi, sinir və psixi
proseslər fiziologiyanın tədqiqat obyekti hesab olunur.
1.2.Fiziologiyanın əsas bölmələri
Fiziologiya iki sərbəst elm sahəsindən ibarətdir:
1. Bitki fiziologiyası;
2. İnsan və heyvan fiziologiyası.
İnsan və heyvan fiziologiyası müxtəlif istiqamətlərdə inkişaf
edərək sərbəst əhəmiyyət kəsb edən və bir-birilə əlaqəsi olan
bölmələr əmələ gətirmişdir:
1.
Ümumi fiziologiya – bütün canlı varlıqlara xas olan
fizioloji funksiyaları tədqiq edir. O canlı varlığın əsasını təşkil
edən maddələr və enerji mübadiləsinin ümumi termodinamik
qanunauyğunluqlarını, qıcıqlanma formalarının təbiətini və
təkamülünü, doğum, qocalma və ölüm problemlərini, orqanizmin
ətraf mühitə münasibətini və həyat fəaliyyətinin digər ümumi
təzahürlərini nəzərdən keçirir. Orqanizmin xarici mühitin təsirinə
qarşı reaksiyasının ümumi qanunauyğunluqlarını izah edir.
Hüceyrə fiziologiyası da ümumi fiziologiyanın sahələrindən
biridir.
2.
Müqayisəli fiziologiya – fərdi inkişafın müxtəlif
mərhələlərində olan növlərin və eyni növ fərdlərin
orqanizmlərinin funksiyasının spesifik xüsusiyyətlərini postnatal
inkişafın müxtəlif dövrlərində öyrənir. Müqayisəli fiziologiyanın
son pilləsi olan təkamül fiziologiyası bir və çoxhüceyrəli
heyvanların müxtəlif sistematik qruplarına aid olan canlıların
həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənir.
3.
Müxtəlif həyati prosesləri və onlar arasında qarşılıqlı
əlaqəni öyrənən xüsusi fiziologiya sahəsi:
1)
Ayrı-ayrı sinif və heyvan qruplarının (kənd təsərrüfatı
downloaded from KitabYurdu.org
6
7
heyvanları, quşlar, həşəratlar);
2)
Ayrı-ayrı heyvan növlərinin (qoyun, inək, keçi);
3)
Ayrı-ayrı orqanların fiziologiyasını (qaraciyər, ürək,
böyrək və s. toxumalar (sinir və əzələ));
4)
Müxtəlif sistemlərin (ürək-damar, həzm, tənəffüs sistemi
və s.) funksiyalarını öyrənir.
Fiziologiyanın xüsusi sahələrindən daha çox insan və heyvan
fiziologiyası və tibbi fiziologiya öyrənilir. İnsan fiziologiyasının
(tibbi fıziologiya) daha çox əmək, idman, yaş, qida rasionu,
aviasiya və yeni sahəsi olan kosmik fiziologiya sahələri inkişaf
etmişdir. Kosmik fiziologiya insan və heyvanların orqanizminin
həyat fəaliyyətini yerdən fərqli olaraq kosmosda havasız şəraitdə
öyrənir. Həyati prosesləri normal insan və heyvanların
orqanizmində öyrənən normal fıziologiyadan fərqli olaraq,
patoloji fiziologiya xəstə orqanizmlərdə həyati proseslərin
əmələgəlmə mexanizmini öyrənir.
Bioloji elmlər təkamül islahatlarını, ekologiyanı, növ
xüsusiyyətlərinin məhsuldarlığını, davranışını nəzərdən keçirərək,
bioloji varlıqların canlı mühitə uyğunlaşmalarını öyrənir. Lakin
fiziologiya – maddələr mübadiləsi, qan dövranı, tənəffüs,
əzələlərin, sinir sisteminin fəaliyyəti kimi proseslərin və
orqanizmin digər funksiyalarının qanuna uyğunlaşmalarının
mexanizmini aydınlaşdırır.
Sosial varlıq olan insanın fəaliyyətini humanitar elmlərlə
öyrəndikləri halda, fiziologiya bu fəaliyyətin canlı orqanizmdə nə
cür icra olunduğunu və bu zaman orqanizmdə nə baş verdiyini tə-
yin edir. Məsələn, uşaqlar məktəbdə təhsil alırlar. Müəllimin təd-
ris prosesini didaktikanın (təlim prosesinin) tələblərinə
müvafiqliyi baxımdan nəzərdən keçirərək, davamiyyətin tərbiyə
prosesində effektliyini qiymətləndirir. Psixoloq şagirdlərin
gündəlik dərs prosesi ərzində yaddaşlarını, diqqətlərini, fərdi psixi
xüsusiyyətlərini, mücərrəd təfəkkürün inkişafını öyrəndiyi halda,
fizioloq A.A.Uxtomskinin mülahizəsinə əsasən, «beyində fikrin,
ideyanın nə cür istehsal olunduğunu» öyrənir.
Yaş fiziologiyası ilk növbədə uşaqlarda, yeniyetmələrdə və
yaşlı insanlarda fizioloji funksiyaların xüsusiyyətlərini tədqiq edir.
Bu məlumatlar pedaqogikanın praktiki məsələlərinin həllində,
yeniyetmənin əmək şəraitini nizama salan qaydaların işlənib
hazırlanmasında, yaşlı insanlarda qocalma prosesinin təbiətini
öyrənmək və insan ömrünü uzatmaq kimi məqsədlərə xidmət edir.
Əmək və idman fiziologiyası sürətli hərəkətlər yerinə
yetirməyə dair bacarıqların formalaşması üçün, optimal qərarların
qəbul olunması və dəqiq hərəkətlər kompleksinin yerinə
yetirilməsi ilə sıx şəkildə əlaqədardır. İdmançıya funksional
imkanlarının maksimal hərəkətliyinə nail olmağa imkan verən
orqanizmin ehtiyatlarını tədqiq edir.
Qidalanma fiziologiyası insanın müxtəlif həyat şəraitində
qida rasionlarının işlənib hazırlanması üçün elmi əsaslar təqdim
edir.
Ekstremal şəraitdəki fiziologiyanı süni və təbii mühitin
fövqəladə şəraitlərində insan orqanizminin funksiyalarının
uyğunlaşmalarının yenidən qurulmasının öyrənilməsi
adlandırmaq olar. Belə ki, aviasiya və kosmik fiziologiya
yüklənmə, sürətləndirmə, çəkisizlik və psixoloji streslər kimi
eksperimental amillər ilə sıx şəkildə əlaqədar olur. İnsan
fiziologiyası xüsusi iqlim-coğrafi şəraitlərdə insanın Arktikada və
Antarktidada, yüksək dağlıq rayonlarda, susuz səhralarda və
rütubətli tropiklərdə mövcud olan həyat şəraitinə uyğunlaşmasının
fizioloji mexanizmlərini nəzərdən keçirir.
Kənd təsərrüfatı heyvanlarının fiziologiyası diqqətini
heyvanın təsərrüfat məhsuldarlığını öyrənməyə yönəldir. Həzm
və maddələr mübadiləsinin xüsusiyyətlərini nəzərə almaqla
müxtəlif heyvanlar və quşlar üçün ət, süd və digər qida
məhsullarının daha yüksək məhsuldarlığını təmin edən qida
rasionlarını işləyib hazırlayırlar. Heyvanların davranışının idarə
olunmasına əsas etibarilə qidalandırıcı və müdafiəedici şərti
reflekslərin təşkilinə əsaslanan metodlar vasitəsilə nail olunur.
Belə ki, müəyyən gündəlik rejimə riayət olunması sürüdə
inəklərin, quşçuluq fermasında toyuqların və ördəklərin davranış
stereotipinin işlənib hazırlanmasına yardım edir. Təlim prosesi
downloaded from KitabYurdu.org
8
9
xüsusi itlərin yetişdirilməsi müəssisəsində itlərin
hazırlaşdırılmasının, atların qaçışa çıxması üçün məşq
etdirilməsinin əsasını təşkil edir. Çiçəklərin ətrinə dair şərti qida
reflekslərinin işlənib hazırlanması yolu ilə yem otlarının,
tərəvəzlərin və meyvə ağaclarının çiçəklərinin arılar tərəfindən
tozlandırılmasına dair yeni tədris proqramı da praktiki olaraq
tətbiq olunur. Balıq zavodlarında xırda balıqların yırtıcı
balıqlardan xilas olmalarına dair eksperimentlər keçirsələr də, bu
baxımdan müdafiəedici şərti reflekslər hələ də işlənib
hazırlanmamışdır.
Bionik fiziologiya – fizioloji funksiyaların bəzi xassələrini
tədqiq edən bionik sistemlərin əsasını qoyan fiziologiyanın
kibernetika ilə əlaqəsinin nəticələrindən biridir. İdarəetmə
proseslərinin avtomatlaşdırılması elmi-texniki proqressin aparıcı
tələblərindən biri kimi bionikanın inkişafının ilk növbədə beynin
fəaliyyətinin imitasiya etməyə qadir olan informasiya-idarəetmə
sistemlərinin işlənib hazırlanmasına doğru istiqamətləndirir.
Robot texnikası EHM-da idarəetmə sistemləri, şəbəkələrdə də
neyrona oxşar elementlər vasitəsilə təchiz olunmuşdurlar. Bu cür
sistemlərə qarşı maraq sənayedə, iqtisadiyyatda, nəqliyyatda,
tibbdə və xalq təsərrüfatının bir çox digər sahələrində də
mövcuddur.
Müasir tibb elminin əsası – tibbi fiziologiya – insan
orqanizminin funksiyalarını onun ətraf mühitlə qarşılıqlı təsiri ilə
birlikdə – orqanizmi vahid bir tam kimi öyrənməklə molekul,
hüceyrə və orqan səviyyəsində baş verən prosesləri birləşmiş
şəkildə başa düşülməsinə imkan yaradır.
1.3. Fizioloji tədqiqatların üsulları
Fiziologiya eksperimental elmdir. Bu elm bütün məlumatları
heyvanlar və insan üzərində aparılmış təcrübələrdən alır.
Eksperimental fiziologiyanın ilk banilərindən biri ingilis alimi
V.Harvey (1578-1657) olmuşdur. İ.P.Pavlov göstərmişdir ki,
V.Harvey ən çətin bir dövrdə – qan dövranının qapalı olduğunu
kəşf etmişdir. Lakin qan dövranı kəşf olunduqdan 200 il sonra
belə fiziologiyanın inkişafı çox zəif olmuşdur.
Eksperiment vasitəsilə fiziologiya insan və heyvan orqaniz-
minin sistemlərinin və orqanlarının həyat fəaliyyətləri haqqında
məlumatları əldə edir.
Eksperiment aparmağın üsulları və vasitələri. Orqanizmin
funksiyalarının öyrənilməsi üçün onların fəaliyyətlərinin tədqiq
olunmasının müxtəlif üsullarından istifadə edirlər:
1.
Funksiyaların dayandırılması;
2.
Funksiyaların stimullaşdırılması;
3.
Elektrik fəallığının qeydiyyata alınması;
4.
Modelləşdirmə.
Fəaliyyət dayandırılana kimi eksperimentator mütləq orqanın
və yaxud onun hissələrinin vəziyyətini müəyyənləşdirmək üçün
cərrahiyyə müdaxiləsi vasitəsilə təcrübə qoymalı, müşahidə
etməli, fizioloji prosesləri yadda saxlamalıdır.
Həyat hadisələrini müşahidə etməklə, öyrənməklə fizioloq
onu keyfiyyət və kəmiyyətcə xarakterizə edir, ölçür, yazır, sayır
və müşahidənin nəticələrini sənədləşdirir, protokollaşdırır,
kinofilmə çəkir, maqnit lentinə yazır və s. Lakin müşahidə
üsulunun çoxlu çatışmazlıqları var və bu üsulla düzgün nəticələr
almaq çətindir. Çünki fizioloq çalışır ki, orqanın daxilində nə baş
verdiyini öyrənsin. Buna isə eksperimentator tərəfindən yaradılan
və idarə olunan mühit şəraitində aparılan təcrübənin nəticələrinə
əsasən nail olmaq olar.
İ.P.Pavlova qədər fiziologiyada analitik – kəskin təcrübə
üsulundan istifadə edilirdi. Bu zaman xarici təsirləri maksimal
surətdə aradan qaldırmaqla, heyvanı hərəkətsizləşdirmək, narkoz
vermək, orqanların yarılması və təcrid olunması yolu ilə nail
olurdular. Təcrübədən sonra heyvanlar tələf olurdular. Bunun
qarşısını almaq üçün İ.P.Pavlov yeni sintetik – xroniki üsuldan
istifadə etmişdir. Xroniki istiqamətli təcrübələrin aparılması
zamanı, kəskin təcrübədən fərqli olaraq, tədqiq olunan orqanın
orqanizmi ilə bütün əlaqələrini qoruyurlar. Bu cür təcrübələr
narkoz altına salınmış, əksər hallarda isə sərbəst davranış
downloaded from KitabYurdu.org
10
11
şəraitində həyata keçirilir. İ.P.Pavlov analitik üsulu inkar
etməyərək onun əsasında vahid analitik-sintetik üsulu yaratmışdır.
Hazırda istifadə olunan fizioloji eksperiment üsulları çox
müxtəlifdir. Onlardan aşağıdakıları qeyd etmək olar.
1.
Qıcıqlandırma üsulu – mexaniki, kimyəvi, termiki,
elektrik, işıq, səs və s. üsullarla orqan və toxumaya təsir edərək
onda baş verən fizioloji prosesləri öyrənirlər.
2.
Biviseksiya və ya kəskin təcrübə üsulu – cərrahi yolla
orqanın üstü açılır və müşahidə aparılır.
3.
Deinnervasiya üsulu – orqan sinirsizləşdirilir, üz və sinir
sisteminin təsirini öyrənmək üçün bu üsuldan istifadə edilir.
4.
Kateterizatsiya üsulu – ürəyə, damara, vəzin axarına, sidik
kisəsinə qoyulur.
5.
Perfuziya üsulu – orqanizmdən, təcrid – kənar edilmiş
orqanı müəyyən məhluldan keçirib, fəaliyyətini öyrənirlər.
6.
Fistula üsulu – mədə, bağırsaq, sidik kisəsi və s. qoyulur.
7.
Damar anastomozu üsulu – damarlar bir-birilə birləşdirilir.
8.
Ekstripasiya üsulu – orqan kəsilib bədəndən çıxarılır,
onun funksiyası müəyyən edilir.
9.
Transplantasiya və ya köçürmə üsulu – orqanı bədənə kö-
çürməklə onun funksiyası öyrənilir.
10.
Bu üsul 4 istiqamətlə aparılır: autotrasplantasiya orqaniz-
min özündən-özünə köçürmək, homotransplantasiya – eyni
cinsdən-cinsə (məsələn, itdən-itə), hetrotransplantasiya – müxtəlif
cinsli (insandan-insana) orqanizmlərdən orqanlar bir-birinə kö-
çürülür və allotransplantasiya – yad cismin (süni böyrək, ürək, sti-
mulyator və s.) bədənə birləşdirilməsi.
11.
Şərti refleks üsulu – insan və heyvanların ali sinir
fəaliyyəti öyrənilir.
12.
Radiotelemetrik üsulu – uzaq məsafədən fizioloji
məlumatların qəbul edilməsinə əsaslanır.
13.
Endoskopiya üsulu – optik cihazın köməkliyi ilə funk-
siyanı öyrənir .
14.
Ultrasəs (UZİ) üsulu – UZİ cihazlarının köməkliyi ilə
orqanın vəziyyəti, öd kisəsində daşın olması və s. öyrənilir.
15.
Elektrofizioloji üsul – beyində, ürəkdə və neyronda,
sinapsda meydana çıxan biocərəyanı qeyd etməklə funksiyanı
öyrənir.
Fiziologiya elmi bu üsulların köməkliyi ilə heyvanlar
üzərində aparılmış təcrübələrin nəticələrinə əsasən funksiyanı
öyrənərək, həkimlərə müxtəlif patoloji hallarda müalicənin
düzgün aparılmasında və sonda insan həyatının xilas edilməsində
kömək edir.
Üzərində təcrübə aparılan heyvanlar. Dünya miqyasında
mövcud olan təcrübi hesablamalara görə təcrübə aparan alimlər
tərəfindən hər il təxminən 200 milyona qədər heyvanlar tələf olur.
Bu rəqəmi fizioloji təcrübələrdə istifadə olunan maşınların və ma-
terialların vəziyyətinə nəzarət edən metod vasitəsilə istifadə olu-
nan xroniki eksperimentin işlənib hazırlanmış analoji metodların-
dan daha intensiv və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə
əhəmiyyətli şəkildə azaltmaq mümkündür.
Fizioloq eksperimentlərdə istifadə olunan heyvanların həddən
artıq müxtəlifliyi ilə qarşılaşır. Söhbət müqayisəli fiziologiyadan
getdikdə tədqiqatın tapşırıqlarından asılı olaraq heyvanat aləminin
bütün siniflərindən, dəstələrindən və cinslərindən olan (qurbağa,
siçovul, dovşan, dəniz donuzu, dovşan, it, pişik, qoyun, keçi və
digər iribuynuzlu heyvanlar, meymunlar və s.) antenatal və post-
natal inkişafın müxtəlif mərhələsindəki növləri təcrübəyə məruz
qalırlar.
Təcrübələrdə daha çox qurbağalardan, siçovullardan,
dovşanlardan, dəniz donuzlarından, pişiklərdən və itlərdən geniş
şəkildə istifadə edirlər. Fizioloji funksiyaların təkamülünün
öyrənilməsi zamanı təcrübələr ibtidailər, bağırsaq boşluqlularda,
soxulcanlar, molyuskalar, xərçəngkimilər, həşəratlar üzərində
aparılır. Beynin ali funksiyalarının tədqiq olunması, eləcə də in-
sanın müvafiq funksiyalarının xassələrini modelləşdirən
təcrübələri meymunlar üzərində aparırlar.
Heyvanların səhhəti onların fizioloji funksiyalarının normal
vəziyyətini təmin etməli və xüsusilə insanın xəstəliyə yoluxması
təhlükəsi yaradan xəstəliklərin yayılmasını istisna etməlidir. Yük-
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |