Ə m I r L ə r ə İ t a ə T



Yüklə 0,66 Mb.
səhifə4/6
tarix24.01.2017
ölçüsü0,66 Mb.
#6244
1   2   3   4   5   6

ƏMİRLƏRƏ DUA ETMƏK


Əhli Sünnə vəl Cəmaatın mövqeyindən biri də budur ki, onların saleh olmaları, doğru yolda yürümələri və hidayət üzərə olmaları üçün dua etmək Sələfi Salihin izlədiyi bir yoldur. İmam əl-Bərbəhari rahmətullahi aleyhi deyir ki: «Sən bir kimsənin rəhbərə qarşı bəd dua etdiyini görsən bil ki, o bidət sahibidir. Əgər bir kimsənin rəhbərin islah olması üçün dua etdiyini görsən bir ki, o Uca Allahın izni ilə sünnətə bağlı bir kimsədir»98. Fudeyl b. İyad rahmətullahi aleyhi deyir ki: «Əgər mənim qəbul ediləcək bir duam olsaydı bunu mütləq rəhbər üçün ayırardım. Çünki bizlər onların islah olunmaları üçün dua etməklə əmr olunduq, onlara bəd dua etməklə isə qadağan olunduq. İstərsə haqsızlıq etsinlər, istərsə zülm. Çünki onların zülm və haqsızlıqları öz əleyhlərinə-dir. Slamat olmaları isə həm özlərinə, həm də müsəlmanların lehinədir. Digər tərəfdən onların islah olunmaları ilə ümmət də islah olur. Çünki mənim salehliyim yalnız özümün, başçıların salehliyi isə bütün müsəlman-ların (ölkələrin islahı) xeyrinədir – bu sözləri eşidən İbn Mübarək rahmətullahi aleyhi onun alnından öpərək: «Ey xeyir (işlərin) müəllimi! Bunu sənin kimi gözəl (şəkildə kim çatdıra bilərdi?»99. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Onu da bil ki Allah sənə rəhm etsin hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha da kəskindir»100. Başqa bir rəvayətdə: «Həsənul Bəsri rahmətullahi aleyhi Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsr edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»101. İmam Nəvəvi rahmətullahi aleyhi deyir ki: «Müsəlman rəhbərlərə nəsihətə gəlincə, haqq üzərə onlara yardım etmək, bu xüsusda onlara itaət etmək, yumşaqlıqla və uyğun bir dillə onlara haqqı əmr etmək, onları başa salmaq, öyüd vermək və unutduqları şeyləri onlara təkrar bildirməklə olur»102. əl-Xalləl öz «Sünnə» 1/83 əsərində İmam Əhməd rahmətullahi aleyhi nin rəhbərlər haqqında belə dediyini rəvayət etmişdir: «Mən gecə-gündüz imam üçün müvəffəqiyyət arzulayır və Allahın ona kömək olması üçün dua edirəm və bunu özümə vacib bilirəm».

ƏMİRLƏRƏ NƏSİHƏT ETMƏK

Əbu Bəkrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim əmrini alçaldarsa Allah da onu alçaldar»103. Əbu Ruqayyə Təmimi b. Əus əd-Dari - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulullah!) deyə soruşduq. (Peyğəmbər) buyurdu: «Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara»104. Bir halda ki, nəsihətin vacibliyi sübuta yetrildi, deməli hər bir müsəlmanın buna riayət etməsi labüddür. İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: «Müsəlman rəhbərlərə qarşı nəsihətə gəlincə – onları saleh və ədalətli görmək, müsəlmanların bir əmir ətrafında birləşmələrini istəmək, müsəlmanların dağılmasını, partiyalara, firqələrə bölünməsini istəməmək, Allahın əmrlərinə uyğun gələn hər bir məsələdə onlara itaət etmək, onlara qarşı çıxmaq istəyənlərə nifrət hissi bəsləmək və Allaha itaətdə onların güclənməsini ümüd etmək»105.

İyad b. Ğanəmin Hişam b. Hukeyməyə belə dediyi rəvayət olunur: «Məgər sən Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Kim öz başçısına nəsihət vermək istəyirsə bu işi (hamıya) car çəkərək aşkarda ona bildirməsin. (Əksinə) onun əlindən tutub xəlvətə çəkilsin. Əgər başçısı onun bu nəsihətini qəbul edərsə söz yox, yox əgər qəbul etməzsə artıq nəsihət verən öz borcunu yerinə yetirmişdir» sözlərini eşitməmisən-mi?»106. İbn Bazz rahmətullahi aleyhi bu hədis ilə bağlı deyir ki: «Saleh Sələflər heç vaxt əmirlərin səhflərini bəyan etməzdilər. Onlar haqqında məscidlərin minbərlərindən xəbər verməzdilər. Çünki onlar bilirdilər ki, bu cür əməllər pis nəticələrə və əmirlərə haram olmayan əməllərdə də itaətsizliyə gətirib çıxardır. Əmirlərə qarşı bu cür çıxışlar üsyanlara gətirib çıxardır ki, bunun da ziyandan başqa bir nəticəsi olmur. Saleh Sələflər onlara nəsihətlər verər, onlara məktublar yazar, yaxud da əmirlərə yaxın olan insanlar vasitəsilə onlara gözəl nəsihətlər verərdilər. İnsanları günahlardan çəkindirdikdə (içkidən, zinadan, rüşvətdən və s.) onların adlarını çəkmədən bunu edərdilər. İstər bu alim olusun, istərsə də sıravi bir müsəlman»107.

Bir gün insanlar Usamə b. Zeyd - radıyallahu anhu ya Osman - radıyallahu anhu ilə danışmağı xahiş etdilər. O: «Siz elə zənn edirsiniz ki, bu söhbəti eşitməmisinizsə deməli mən onunla söhbət etməmişəm. Vallahi mən hər kəsdən öncə heç kəsin etmədiyini edərək onunla üzbəüz söhbət etdim»108. İbn Həcər əl-Əskalani rahmətullahi aleyhi deyir ki: «Bu hədis bizlərə onu bəyan edir ki, əmirlərələ danışdıqda onlara hörmətlə yanaşmalı və onlarla danışdıqda müəyyən ədəb formalarına riayət edilməlidir109. (İdarə etdiyi) dövlətdəki insanların yaşayış tərzindən və onun haqqında olan fikirlərini əmirə bildirmək. Bunu da etdikdə mülayim bir formada, ədalətli bir şəkildə etmək lazımdır ki, (başqalarına əziyyət vermədən) istənilən nəticəyə çata biləsən»110.

Bütün bu sözlər bizim əmin-amanlığımız və Peyğəmbər sallallahu aleyhi və səlləm in dediklərinə itaətimiz üçündür. Əgər onlara riayət etsək Allahın izni ilə biz nicat tapanlarıq. Yox əgər asi olsaq Əhli Sünnə vəl Cəmaata müxalifliyimiz qədər ixtilaf və nöqsanlara düçar olarıq. Buna görə də bütün müsəlmanların islahını istəyən hər bir kəs səmimi qəlbdən Allahın izni ilə onlara başçılıq edən kimsənin islahını, onun Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləm in sünnəsilə əməl etməyə müvəffəq olmasını dua etməlidir. Biz heç də tutulan yolun və əməlin Quran və Sünnə ilə olmasını kimdənsə az istəmirik. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bunun da səbəbi odur ki, əgər xəlifə və əmir saleh olarlarsa onların ardıyca bütün xalq da gedər, yox əgər onlar günah içərisində batarlarsa bu aqibət bütün xalqı da bürüyər. Buna görə də Osman - radıyallahu anhu deyir ki: «Həqiqətən də Allah əmirin əli ilə bir tək Quranın vasitəsilə etmədiyini edir»111. Bu qayda bütün əməlisaleh müsəlmanlara aiddir ki, onlar əmirləri üçün dua etsinlər, onların xətalarını ört-basdır edərək onlara nəsihət verməyə çalışsınlar. Heç bir müsəlmana yaraşmaz ki, əmirlərin səhflərini xalqın içərisində bəyan edərək onları gözdən salmağa çalışsın.


MÜSƏLMAN ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞIN QADAĞAN EDİLMƏSİ

Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «…Namaza toplanın» deyə nida etdi. Biz də Rəsulullah sallallahu aleyhi və səlləm in hüzurunda toplandıq. O, buyurdu: «Həqiqətən də məndən əvvəl yaşamış hər bir Peyğəmbərin üzərinə düşən borc ümmətini onlara xeyirli olan şeylərə sövq etməsi və ümməti üçün şərr olan şeylərdən isə çəkindirməsidir. O, ki qaldı bu ümmətə, ilk dövrləində onlara xeyir-bərəkət veriləcəkdir112, sonda isə bir çox bəlalar və sizin xoşlamadığınız bir çox işlər baş verəcək-dir. Üzərinizə (gecə qaranlığı) kimi fitnələr çökəcəkdir ki, hər bir fitnə əvvəlkindən daha şiddətli və ya (əvvəlki sonra gələn fitnədən daha yüngül olacaqdır). Elə bir fitnələr gələcəkdir ki, hər bir mömin: «Bu məni həlak edəcək fitnədir» deyəcəkdir. Sonra o, fitnə qaldırıldıqdan sonra digəri daha ağırı gəldikdə mömin: «(Məni həlak edəcək fitnə) budur» deyəcəkdir. Kim bu (fitnə dönəmində) Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girməyi arzu edirsə ölüm onu yaxaladığı zaman Allaha və Axirət gününə iman edən birisi olsun və insanlarla necə özü ilə rəftar olunmağı arzu edirsə o, cür də rəftar etsin. Hər kim də əmirinə beyət edərək əlini tutub qəlbini ona verərsə gücü çatdığı qədər ona itaət etsin. Bir başqası da gəlib (hakimiyyət) üstündə onunla mübarizə apararsa onun boynunu vurun»113. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində sizə məxsus olan bir şeyi özlərinə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında mənimlə qovuşa-na qədər»114. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim (əmirə) itaətdən çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»115. Arfəcə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim bu ümmətin işini birlik və bərabərlik halda ikən onu firqə-firqə bölmək istərsə harda olursa olsun o, təfriqəçi insanı qılıncla vurun (Başqa rəvayətdə: Bütün işləriniz tək bir adam üzərində birlik və vəhdət halında ikən sizlərə biri gəlib birliyinizi parçalamaq və ya topluluğunuzu firqə-firqə bölmək istərsə onu öldürünüz)»116. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki dövlər başçısına beyət olunduğu zaman o, ikisindən birini öldürünüz»117. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar»118. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim əmrinə qarşı üsyan edərək itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində ölən kimi ölər»119.
RƏHBƏRİ SÖYƏN, GÖZDƏN SALMAĞA ÇALIŞAN VƏ DAİMA NARAZILIQ EDƏN (DEYİNƏN) KİMSƏLƏR BARƏSİNDƏ

İmam Acurri rahmətullahi aleyhi əş-Şəria adlı kitabının səh 21-də deyir ki: «Sələf və Xələf alimləri Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. Onlar oruc tutsalar da, namaz qılsalarda və etdikləri digər ibadətlərdə çox həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur. Bununla belə onlar yenə də yaxşılığı əmr etməyi və pislikdən çəkinməyi açıqca etsələrdə bu etdikləri onlara bir xeyir gətirməz. Çünki onlar Qurani Kərimi öz istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq göstərmək mücadiləsinə girmiş bir qövmdür». Digər bir yerdə isə səh 28-37-də deyir ki: «Xaricilə-rin bir görüşünə sahib olub, adil olsun və ya zalım olsun, bir imama qarşı çıxan və bu uğurda yollara düşüb insanları imamın əleyhinə toplayaraq qılıncına sarılan və müsəlmanların qanını axıtmağı halal görən kimsəyi nə Quran oxuması, nə namazlardakı qiyamının uzunluğu, nə orucunun davamlığı, nə də elmlə əlaqəli sərf etdiyi gözəl sözləri sizləri aldadıb çaşdırmasın» deyər və onlar haqqında hədisləri bir-bir zikr edər. Xaricilərin məzhəbindən çəkindirmək üçün zikr etdiyim bu xəbərlər Kərim olan Allahın qoruduğu kimsə üçün açıq-aydın bir xəbərdir. Çünki belə bir kimsə Xəvariclərin fikirlərini mənimsəməmiş, imamların pislik-lərinə və idarəçilərin zülmlərinə səbr etmiş, onlara qarşı qılıncıyla üsyanda olmamışdır. Allahdan həm özümdən, həm də bütün müsəlmanlardan zülmü qaldırmasını istəmiş, idarəçilərə saleh dua etmişdir. Yenə də onlarla birlikdə həcc etmiş, müsəlmanların düşmənlərinə qarşı idarəçilərlə birlikdə cihad etmiş, onların arxasında namaz, cümə və bayram namazlarını qılmışdır. Onlara itaət etməyi əmr edildikdə gücü çatdığı təqdirdə onlara itaət etmiş, əgər mümkün olmamışsa öz üzürünü onlara bildirmişdir. Əgər ona günah etməyi əmr etmişlərsə onlara itaət etməmişdir. Sonra o, idarəçilər arasında fitnələr zamanı evinə çəkilmiş, dilini və əlini tutmuş, onların hallarına meyl etməmiş və fitnəyə yardım etməmişdir. Həqiqətən də bu özəlliklərə sahib olan kimsə Allahın diləməsi ilə doğru yol üzərindədir». İmam Şəukani rahmətullahi aleyhi öz Seylul Cərrah adlı kitabında 4/556-da deyir ki: «Bəzən imamın xətaları açıqca görünən kimsənin idarəçisinə nəsihət edərək şahidlərin gözləri önündə onların ayıblarını ifşa etməyərək hədisdə keçdiyi kimi imamın əlindən tutaraq və onunla təkbətək qalaraq nəsihət etməkdir. Bununla bərabər ona qarşı nəsihətdə ədalətli olmalı və Allahın sultanını yer üzündə zəlil buraxmamalıdır. İmamlar zülmlərində hansı dərəcəyə çatırlarsa çatsınlar namazlarını qıldıqları və onlardan açıq-aydın bir küfr olmadığı müddətdə onlara qarşı çıxmağın caiz olmadığıdır. Bu mənada varid olan hədislər mütəvatir dərəcəsindədir. Fəqət idarəçisinə itaət edən kimsə bunu da bilməlidir ki, idarəçisinə Allaha itaətdə itaət etməli, Allaha üsyan olan məsələlərdə isə üsyan etməməlidir. Çünki yaradana üsyanda yaradılana itaət yoxdur». İbn Qeyyim rahmətullahi aleyhi «Miftahu Darus Səadə» adlı əsərində qeyd edir ki: «Müsəlmanların cəmaatına bağlı qalmaq» sözü qəlbi saxtakarlıq və hiyləgarlıqdan təmizləyən səbəblər-dəndir. Çünki bu sifətə sahib olan kimsə sırf müsəlmanların cəmaatına bağlandığından ötrü öz nəfsi üçün istədiyini (sevdiyini) onlar üçün də sevər, öz nəfsi üçün xoş görmədiyini onlar üçün də xoş görməz. Onları üzən şey onu da üzər, onları sevindirən şey onu da sevindirər. Bütün bu sifətlər müsəlmanları buraxaraq onları tənə etməklə bərabər eyibləri ilə əlləşən bidət əhli, Xəvarivlər, Mötəzilə və s. əməllərinin tam tərsidir. Çünki onların qəlbləri saxtakarlıq və kinlə doludur». İmam Təhavi rahmətullahi aleyhi deyir ki: «Müsəlman əmir sahiblərinə və imamlarımıza qarşı haqsızlıq etsələr də belə onlara qarşı çıxmağı uyğun görmərik və onların əleyhinə dua etməyin. Onlara itaətdən də əl çəkməyin. Onlar bizlərə günah etməyi əmr etmədikcə onlara itaəti Allaha itaət dairəsində fərz görürük. Allaha qarşı çıxmağı bizə söyləmədikləri müddətdə onlara xeyirlə dua edərik»120. Şeyxul İslam İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: «Əhli Sünnənin məşhur nəzər nöqtəsinə əsasən onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil Peyğəmbər sallallahu aleyhi və səlləm dən nəql edilən çoxsaylı hədislərdir. Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur»121. Başqa bir yerdə o, demişdir: «Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir... Bütün bu deyilənlər, Peyğəmbər sallallahu aleyhi və səlləm in başçıların haqsızlıqlarına səbr etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı nə üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir işdir. Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa, onun tutacağı işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir»122. Fitnələr baş verən zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı açmamalıdır.

tta Əli - radıyallahu anhu
Müaviyyə - radıyallahu anhu arasında belə bir fitnə düşdü. Osman - radıyallahu anhu isə, məhz bu səbəbdən öldürüldü. Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz edildiyinə və eyiblər car çəkildiyinə görə qətlə yetrildi. İnsanlar bu hadisələrdən sonra öz başçılarına nifrət edərək onları öldürdülər. Allah-dan bağışlanma diləyirik123. Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: «Deyilənlərdən məqsəd budur ki, Xəvariclər İslamda bədnam bir yol qoyaraq, müsəlmanların başçılarına qarşı itaətsizlik göstərməyi əsrlər boyu özlərinin dini - məqsədinə çevirmişlər. Baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çoxsaylı hədislərdə onlara qarşı ehtiyatlı davranmağı tapşırmışdır. Belə rəvayətlərdən biri - Xəvariclərhənnəmin itləridir - hədisidir. Əslində, onlar öz başçılarını, açıq-aşkar (yəni, insanı İslam dinindən çıxaran) küfr etdiklərinə görə deyil, zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər. Bu gün, İslamın müqəddəs ilahi prinsipləri ilə səthi tanış olmuş bir dəstə müsəlman gənc, bir çox hakimlərin Allahın endirdiyi ilə hökm etmədiyini görərək, elm, fiqh və hikmət sahibləri ilə məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlar. Onların bu məsələni özbaşına həll etməsi, Misirdə, Suriyada və Əlcəzairdə nahaq qanların tökülməsi ilə nəticələnən ümumi bir fitnəyə səbəb olmuşdur. Bu yerlərdən də öncə Məkkədə (son dərəcə ağır nəticələr vermiş) fitnə-fəsad törədilmişdir. Onlar belə əməlləri ilə Xəvariclər istisna olmaqla, Sələf və Xələflərdən ibarət müsəlmanların riayət etdiyi bu səhih hədisə (Allah yanındabutunuz olacaq açıq-aşkar bir küfr görməyincə) müxalif olmuşlar. (Səhih Hədislər Silsiləsi). Şeyx əl-Albani rahmətullahi aleyhi demişdir: «Yazı və mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim tənqidi baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dən asiliklər istisna olmaqla rəhbərə itaət barədə çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhih 179). Başqa hədislərdə isə, açıq-aşkar küfr görməyincə sənə zülm etsələr və ya döysələr belə onlara itaət etməyin vacibliyi bildirilmişdir. «Fiqh üsulu» elminə görə, əgər müsəlman və ya müsəlmanlar hər ikisi fəsadlı, lakin təhlükə baxımından biri digərindən daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa sözlə desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil etdiyim «fiqh üsulu» qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki hakimlərə qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə əhəmiyyət verməməsi işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən bunu öz düşüncəmlə, lakin irəlidə qeyd etdiyim şəriət dəlillərinə əsaslanaraq deyirəm: Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli olduğunu fərz etsək belə bunun icrası yolverilməzdir. Çünki təəsüflər olsun ki, biz bu gün kafir müşriklərin müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətnirik. Əgər bu qiyamçılar bizi müsəlman hakimlərə qarşı çıxmaq istəyirlərsə, elə qoy kafir müşriklərə qarşı çıxsınlarda. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər. Bu səbəbdən mən, iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində müsəlman olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər olmasıdır. Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə də biz, qiyamçıları və ya qiyama qalxmağa çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da Allahın Muhəmməd sallallahu aleyhi və səlləm in qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə dayanan müsəlmanlar olması fikrindəyik»
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin