Ə m I r L ə r ə İ t a ə T



Yüklə 0,66 Mb.
səhifə5/6
tarix24.01.2017
ölçüsü0,66 Mb.
#6244
1   2   3   4   5   6
124.

Günümüzdə bəzi insanlar, mən bu sözlərin icraçısı deyiləm, sadəcə təbliğatçısıyam, deyərək cəmaat arasında şər yayırlar. Dahi alim İbn Həcər rahmətullahi aleyhi variclərin parçalandığı firqələrini sadalayaraq demişdir: «Qaidiyyə - başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama qoşulmayan firqəyə deyilir»125. Saleh əl-Useymin rahmətullahi aleyhi deyir: «İnsanı təəccübləndirən Peyğəmbər sallallahu aleyhi və səlləm ə tənə etmə şəklidir. Belə ki, Ona: Ədalətli ol! Sən bu bölgünü Allah xatirinə etmədin - deyilmişdir. Peyğəmbər isə buyurmuşdur: Bu kişiyə oxşayanlar peyda olacaq ki, sizin namazınız onların namazları ilə müqayisədə dəyərsiz sayılacaq126. Bu, hakimlərə qarşı çıxmanın qılınc və sözlə ola bilməsinə ən böyük sübutdur. Çünki bu kişi, Peyğəmbər sallallahu aleyhi və səlləm ə qarşı əlinə qlınc götürməmişdi. Lakin Ona sallallahu aleyhi və səlləm öz etirazını bildirdi. Əhli Sünnənin bəzi kitablarında itaətsizliyin qılıncla olmasına gəlincə bu, Peyğəmbər sallallahu aleyhi və səlləm in bildirdiyi kimi, ən son mərhələdəki üsyandır. Məsələn zina gözlə, qulaqla, əllə və ya ayaqla olur. Lakin bunların ən böyüyü və əsil zina sayılanı, övrət yeri ilə edilənidir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyumuşdur: «Övrət bu işi ya təsdiqləyəcək ya da yalanlayacaq»127. Bu, belə bir ifadə işlətmiş alimlərin güddükləri məqsəddir. Biz hadisələrin cərəyan etməsini müşahidə edərək tam yəqinliklə bilirik ki, qılıncla qiyama qalxmaq üçün ilk öncə təbliğat aparmaq lazımdır. İnsanların səbəbsiz yerə qılınc götürüb başçıya qarşı çıxması qeyri mümkündür. Təbii ki, onlar arasında söhbət aparılmalıdır. Deməli, sözlə hakimə qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut irəlidəki hədislər və baş verən hadisələrdir. Hədislərə gəlincə, artıq onları bildiniz. Baş verənlərə gəlincə biz tam yəqinliklə bildiririk ki, qılıncla qiyam sözlə qiyamın bir hissəsidir. Çünki insanlar «Ya Allah, get qılıncı götür» deməklə başçıya qarşı çıxmırlar. İlkin olaraq başçının pislənməsi və yaxşı işlərinin ört-basdır edilməsi kimi bir başlıq olmalıdır ki, insanların qəlbi nifrətlə dolsun. Məhz bu zaman insanlar bəlaya düçar olurlar»128.

Ənəs b. Məlik - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İdarəçilərinizi söyməyin, onları aldatmayın və onlara ağız əyməyin. Allahdan qorxun və səbr edin. Həqiqətən də əmir (idarəçilərinizin zülmündən qurtulmanız) yaxındır»129. «Əbu Bəkrə - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sultan Allahın yer üzündəki kölgəsidir. Kim onu gözdən salarsa və hakir görərsə Allah da onu gözdən salar və hakir görər. Kimdə sultanına hörmət etməzsə Allah da ona hörmət etməz»130. Əbu Zərr - radıyallahu anhu deyir ki, mən məscidə yatarkən Peyğəmbər sallallahu aleyhi və səlləm yanıma gələrək buyurdu: «Məsciddən zorla çıxarılsan nə edərsən?». Dedim ki: «Şama gedərəm». Peyğəmbər: «Bəs Şamdan da zorla çıxarılsan nə edərsən» deyə buyurdu. Mən: «Qılıncıma sarılır və onunla vuruşaram» dedim. Peyğəmbər: «Mən bundan da xeyirli və doğruya daha yaxın olanı sənə bildirimmi? Dinlər və itaət edərəm və səni necə güdərlərsə sən də elə güdülərsən (Başqa rəvayətdə: «Ey Əhli İslam! Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğu-nu dinlədim: «Məndən sonra bir sultan gələcək. Sizlər onu ucaldırsınız. Lakin hər kim onu zəif və zəlil olmasını istərsə heç şübhəsiz ki, o kimsə İslamda bir dəlik açmışdır ki, o kimsənin tövbəsi İslamda açdığı bu dəliyi əvvəlki (sağlam) halına gətirməyincə qəbul da olmaz131132. «Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir». (ən-Nur 19). İbn Ömər - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizi aldadan bizdən deyildir, bizə qarşı silah qaldıran bizdən deyildir»133. Ubadə b. Sabit - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim Allaha heç bir şeyi şirk qoşmadan ibadət edər, namaz qılar, zəkat verər və (idarəçisini) dinlər və itaət edərsə Cənnətin səkkiz qapısından istədiyi hər hansı birisindən girsin»134. Zeyd b. Sabit - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç xislət vardır ki, müsəlman bir kimsə bunlara sahib olarsa qəlbi kin, xəyanət və düşmənçilik bəsləməz. Əməli tam bir ixlasla Allah rizası üçün etmək, müsəlmanların başındakı idarəçilərə xeyir diləmək və müsəlmanların cəmaatından ayrılmamaq. Çünki müsəlman cəmaatının dəvəti arxadakıları da əhatə edər»135. Əbu Bəkr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Rəhbərə yaxşılıq edənə Allah da Qiyamət günü yaxşılıq edər. Ona pislik, qeybət ilə gözdən salmaq istəyəni də Allah Qiyamət günü alçaldar»136. İbn Əbdul Bərr «Təhmid» 21/287 Əbu İshaq əs-Səbininin belə dediyinin rəvayət edir: «Əmirlərini söyən qövm onun xeyrindən məhrum olar».
SƏLƏF İMAMLARININ BU HAQDA SÖZLƏRİ

Müsəlman olan hər bir kəs öz rəhbərinə qulaq asıb itaət etməlidir. Həmçinin onun ünvanına nəlayiq sözlər deməkdən çəkinməlidir. Çünki rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa gətirib çıxardır. Bu hallardan biri də müsəlman dövlətinin daxildən zəifləməsidir ki, müsəlman dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını həyata keçirmək üçün gözəl fürsət yaradır. Əgər müsəlman rəhbər öz dövlətində sevilən biridirsə və onun əmrləri Allahın buyurduğu qaydalar üzərə öz dövlətində həyata keçirsə İslam düşmənləri onlardan qorxar və onlara hörmət edərlər. Əgər müsəlmanlar öz dövlətlərinə və bu dövlətin başında duran rəhbərə qarşı hörmətsizlik və soyuq münasibət bəsləyərlərsə onların düşmənləri də onlara bu cür pis münasibət bəsləyərlər. Buna görə də hər bir müsəlman qul ağır yükün altına girmiş müsəlman ölkəsinin başında duran hər bir dövlət başçısına hörmətlə yanaşmalıdır. Çünki bu kimsə bu dövlətdə yaşayan hər bir şəxsin ağır yükünü boynuna götürərək onlara görə cavabdehlik daşıyır.



Həmçinin də Allah onlara itaətin vacibliyini bildirmiş və onlara itaət etməyi əmr edərək: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır». (ən-Nisa 59). İbn Abbas - radıyallahu anhu deyir ki: «Bu ayə Abdullah b. Xuzafə haqqında nazil olmuşdur. Əli - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm bir ordu göndərdi və ənsarlardan birini (Abdullah b. Xuzafəni) də onlara başçı təyin edib mücahidlərə də başçılarını dinləmələrini və ona itaət etmələ-rini əmr etmişdi. Yolda bəzi şeylər başçını qəzəbləndirdi. Başçı: «Mənə odun toplayın deyə əmr etdi. Mücahidlər də ona odun topladılar. Başçı: «Odunu yandırın!» deyə əmr verdi. Mücahidlər odunu yandırdılar. Sonra: «Rəsulullah sizlərə məni dinləmənizi və mənə itaət etmənizi əmr etmişdimi?» deyə soruşdu. Onlar da: «Bəli» əmr etmişdi dedilər. Başçı: «Elə isə bu qaladığınız atəşə girin» dedi. Bu əmirdən sonra əskərlər bir-birilərinə baxmağa başladılar. Sonra isə: «Bizlər atəşdən qaçıb Rəsulullahın himayəsinə sığınmış kimsələrik» dedilər. Onlar bu söhbətlərini davam edərkən başçının qəzəbi soyudu, atəş də söndü. Mədinəyə döndükdə isə bu hadisəni Peyğəmbərə çatdırdılar. Peyğəmbər: «Əgər mücahidlər bu atəşə girsələrdi artıq ondan bir daha çıxmazdılar. (Çünki əmirə) itaət ancaq mərufdadır» deyə buyurdu137.

İXTİYAR SAHİBLƏRİ KİMLƏRDİR? bu haqda bir çox fikirlər vardır. Əbu Hureyrə, İbn Abbas, Zeyd b. Əsləm, əs-Suddi, Muqatil – Allah onlardan razı olsunqeyd edirlər ki, bunlar hakimiyyətdə olan rəhbərlərdir. İbn Abbas, Əbu Təlhə, Cabir b. Abdullah, Həsənul Bəsri, Mucahid, Nəhai, Dəhhaq – Allah onlardan razı olsun – qeyd edirlər ki, bunlar alimlərdir. İkrimə – rahmətullahi aleyhi qeyd edir ki: «Bu ayədə Əbu Bəkr və Ömər qəsd olunur». İbn Kəsir – rahmətullahi aleyhi deyir ki: «Bu ayədə həm müsəlman rəhbərləri, həm də müsəlman alimləri qəsd olunur. Allah isə daha doğrusunu bilir»138. Şəukani – rahmətullahi aleyhi bu ayənin təfsirində deyir ki: «Əmr sahibləri – müsəlman imamları, əmirlər və şəriətin qaydaqanuları ilə əmr edən bütün qazılar bura daxildir. Şeytanın və kafirlərin qaydaqanunları ilə əmr verənlər bura daxil deyillər. Haram (günah) olmadığı müddətdə onlara əmr edib, çəkindirdikləri şeylərdə itaət etmək lazımdır. Allahın qullarına Allaha asi olan məsələlərdə itaət etmək olmaz. Bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm dən bir çox hədislər varid olmuşdur»139. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Allaha və Onun Rəsuluna itaət etmək vacib olduğu kimi, əmirlərə də itaət Allahın əmrinə görə vacibdir. Əmirlərə Allah xatirinə itaət edən Allaha və Onun Rəsuluna itaət etmiş olur. Əmirlərə Allah xatirinə itaət edənlərin əcri Allah qatındadır. Belələri Allaha və Onun Rəsuluna itaət etmiş olur. Əmirlərə yalnız onların verdikləri mal və vəzifəyə (qayğıya) görə itaət edib vermədikdə isə onlara asi olanların axirətdə heç bir payı olmaz»140. Əbu Hurəyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalar susuz bir səhrada suyu olduğu halda səfər yoldaşından onu gizlədən, Əsr namazından sonra mal satar və bu malı satarkən filan-filan qiymətədir deyərək müştərini aldadaraq Allaha and verər. Müşdəri də onu təsdiq edib malı alan kimsə, bir dövlət başçısına yalnız dünya malı üçün beyət edər. Əmir ona dünyalıq mal verdiyi zaman əhdinə sadiq olar, ona dünyalıq verilmədiyi zaman əhdinə sadiq olmaz»141. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm bizə insanların siyəsətini aparmağa səlahiyyəti çatan (hakimiyyəti idarə edə bilən) mövcud və məlum olan imamlara (rəhbərlərə) itaət etməyi əmr etmişdir»142. Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: «Rəhbərlərə münasibətdə Saleh Sələflərin anlamı çox əhəmiyyətlidir. Rəhbərlərin səhvləri insanların üsyana qalxmağına və eyni zamanda qəlblərin onlardan uzaqlaşması üçün səbəb olmamalıdır. Çünki bu fəsadın törənməsi və fitnənin baş verməsinə səbəb olar. Qəlbləri əmr sahiblərinin əleyhinə yönəltmək şərr, fitnə və qalmaqal yaratdığı kimi, onları (qəlbləri) alimlərin əleyhinə yönəltdikdə də onların şərəfinin azaldılmasına, bu da öz növbəsində onların (alimlərin) daşıdığı şəriətin şərəfinin azalmasına səbəb olur. İnsanlar alimin və rəhbərin nüfuzunu azaltmağa çalışarsa şəriət və əmin-amanlıq itər. Çünki insanlar alimlərin dediklərinə inanmaz, rəhbərin dediklərinə qarşı çıxar və beləliklə də fitnə-fəsad yaranar. Bizə vacib olan isə sələflərin rəhbərlərə münasibətdə tutduqları mövqeyi araşdırmaq, nəfsimizi fitnə-fəsaddan qorumaq və rəhbərə qarşı çıxmağın aqibətini bilməkdir. İnsan bilməlidir ki, üsyan etməklə İslamın düşmənlərinə xidmət etmiş olur. İbrət isə üsyan və qəzəbdə yox, hikmətli olmaqda-dır»143. İzz b. AbdusSəlam rahmətullahi aleyhi «Qavaid» 1/104 kitabında deyir ki: «Müsəlman icmasının rəhbərlərə itaətin ən fəzilətli itaətlərdən olması barəsində müttəfiq olmasını xəbər vermişdir». Səhl b. Abdullah rahmətullahi aleyhi deyir ki: «İnsanlar rəhbərə və alimlərə hörmət etdikləri müddətdə xeyir içində olarlar. İnsanlar onlara hörmət edərsə Allah da onların dünya və axirət həyatlarını islah edər. Əks təqdirdə isə onlar özlərinin dünya və axirət həyatlarını da puç edərlər»144. Əhməd b Əbd əl-Halim rahmətullahi aleyhi deyir ki: «Hökmüdarların ədalətsizliyinə (etdikləri səhvlərə) dözümlü münasibət Sünnə tərəfdar-larının və vahid müsəlman icmasının təməllərindən biridir».

Bütün bunlar onu sübut edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in hökmüdarların ədalətsizliyinə (etdiyi səhvlərinə) qarşı dözümlülük göstərmək və heç bir vəchlə onlara qarşı çıxmamaq buyuruğu bu dünyada olduğu kimi axirətdə də səadətə çatmağın ən müdrük yoludur. Hər kəs bilərəkdən və ya səhvən bu əmri pozarsa yaxşı nəticə əldə etməz, əksinə müsəlman aləmindəki vəziyyəti daha da pisləşdirər. Əbu Bəkr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Rəhbərə yaxşılıq edənə Allah da Qiyamət günü yaxşılıq edər. Ona pislik, qeybət ilə gözdən salmaq istəyəni də Allah Qiyamət günü alçaldar»145. İbn Əbdul Bərr «Təhmid» 21/287 Əbu İshaq əs-Səbininin belə dediyinin rəvayət edir: «Əmirlərini söyən qövm onun xeyrindən məhrum olar». Hənnəd «Zuhd» 2/464 demişdir: «Bir gün əz-Zibriqani, Əbu Vail Şəqiq b. Sələmənin yanında olarkən Həccacı söyüb onu pis əməllərini xatırlatdı. Əbu Vail dedi: «Onu söymə, nə bilirsən bəlkə o: «Allahım məni bağışla!» deyib, Allah da onu bağışılayıb». İbn Mübarək rahmətullahi aleyhi deyir ki: «Alimlərini qiymətləndir-məyənin axirəti puç olar, əmirləri qiymətləndirməyənin dünyası puç olar, qardaşını qiymətləndirməyənin əxlaqı puç olar»146.



İmam Təhavi rahmətullahi aleyhi deyir ki: «Biz əmirlərə və imamlara qarşı çıxmağı qadağan edirik. Hətta onlar xəta edərək ədalətsiz olsalarda belə. Biz onlara lənət oxumur, bəd dua etmir və onlara itaətdən də əl çəkmirik. Biz iman edirik ki, onlara itaət etməklə bizlər Uca və Böyük olan Allaha itaət etmiş olururq. Onlara itaət etmək isə hər bir şeydə vacibdir yalnız qadağa olunan şeylərdən başqa. Uca Allaha əllərimizi qaldıraraq dua edirik ki, Allah onları doğru yola müvəffəq etsin və onları bu yolda sabit etsin. Göründüyü kimi Quran və Sünnədə günah ilə əmr olunmadığımız müddətdə əmirlərə itaət etməyin vacib olduğunu bizlərə bəyan etməkdədir. «Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır». (ən-Nisa 59). Burada Uca Allah «Rəsula itaət edin» deyə buyurduğu halda «Sizdən olan əmr sahiblərinə də itaət edin» deyə buyurmamışdır. Çünki əmr sahibləri özü-özlüyündə onlara (hər bir şeydə) itaət ediləcək kimsələr deyillər. Onlara yalnız Allahın və Rəsulunun əmrlərinə uyğun gələn (asi olmayan) məsələlərdə itaət olunur. Allahın Rəsuluna itaət etməkdən söhbət getdikdə isə itaəti əmr edən əməl Allah Rəsulu ilə birlikdə təkrarlanır. Çünki Allah Rəsuluna itaət edən birbaşa Allaha itaət etmiş olur. Çünki Allah Rəsulu Allaha itaət olmayan bir işi (əməli) əmr etməz. O, belə bir əmri verməkdən uzaqdır. Əmirlər isə bəzən Allaha itaət olmayan işlər əmr edə bilirlər. Buna görə də onlara yalnız Allaha və Rəsuluna itaət olan xüsuslarda itaət olunur. Buna baxmayaraq müsəlmanlar öz əmirlərinə itaət etməlidirlər hətta onlar qanunsuzluq və ədalətsizlik etsələrdə belə. Onlara olan itaətsizliyin nəticəsindən törənən pisliklər onların zülmlərindən hasil olan pisliklərdən qat-qat çox olmasıdır. Əgər mömin qul səbrlə ona edilən haqsızlığı, zülmü səbrlə qarşılayarsa onu bağışlanma və mükafatının çoxaldılması gözləyir. Bir şeyi də unutmamalıyıq ki, Uca Allahın bizim üzərimizə təyin etdiyi günahkar, zalım əmirləri yalnız və yalnız bizim öz əllərimizlə törətdiyimiz günahların ucbatına görədir. Cəza da əməlin növündəndir. O, halda bizim üzərimizə düşən Allahdan bağışlanma diləmək, Ona tövbə etmək və əməllərimizin islah olunmasını istəməkdir. «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyniz əməllərin) ucbatındandır». (əş-Şura 30), «Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhud müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: Bu haradan gəldi? dediniz. (Ya Məhəmməd!) Söylə ki: Bu sizin özünüz-dəndir. Həqiqətən Allah hər şeyə qadirdir». (Ali İmran 165), «Beləliklə qazandıqları günahlara görə zalimlərin bəzisini digərinə hakim edərik». (Ənam 129)147. Qatədə rahmətullahi aleyhi deyir ki: «Allah insanlar üzərində hakimiyyəti onların işlərinə görə verir. Mömin mömini, kafir də kafiri idarə edir»148. Əgər itaət edənlər zalım əmrin zülmündən qurtulmaq istəyirlərsə ilk növbədə özləri zülm etməkdən çəkinməlidirlər. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Onu da bil ki Allah sənə rəhm etsin hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha da kəskindir»149. Başqa bir rəvayətdə: «Həsənul Bəsri rahmətullahi aleyhi Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsr edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»150. Malik b. Dinar İsrailiyyatdan rəvayət edir ki, Allah buyurdu: «Məliklərin Məliki Mənəm. Onların qəlbləri Mənim əlimdədir. Əgər insanlar Mənə itaət etsələr Mən öz rəhmətimlə onların üzərinə ədalətli əmirlər təyin edərəm. Əgər onlar Mənə asi olub itaət etməsələr Mən onlardan intiqam almaq üçün onların üzərinə ədalətsiz, zalım əmirlər təyin edərəm. Buna görə də hökmüdarlara küfr etməyin. Lakin mənə tövbə edin ki, onları sizə qarşı şəfqətli edim». Qatadə rahmətullahi aleyhi deyir ki: «Yunus əleyhissəlam belə demişdir: «Ya Rəbbim! Sən göydəsən, biz isə yerdə. Sənin qəzəbinin və rizanın əlaməti nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da sizə olan qəzəbimdir». İbn Əbi Dunya, Fudeyl b. İyad rahmətullahi aleyhi dən rəvayət edir ki: «Allah Peyğəmbərlərindən bəzisinə belə vəhy etmişdir: «Əgər Məni tanıyan bir insan Mənə asi olarsa Mən onun üzərinə Məni tanımayan azğın birisini salaram». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan and olsun ki, Allah yalançı idarəçilər, günahkar vəzirlər, xain məmurlar, qəlbləri leşdən daha iyrənc, fasiq din adamlarını göndərmədikcə Qiyamət qopmaz. Allah bu din adamlarına bulanlıq bir fitnə göndərir ona da uyarlar. Muhəmmədin nəfsi əlində olana and olsun ki, İslamın dayaqları silinəcək sonda isə Allah, Allah deyən qalmayacaqdır. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə ən şərlilərini göndərər və onlar da sizə əzabın ən şiddətlisini daddırarlar. Sonra xeyirliləriniz dua etsə də belə qəbul olunmaz. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcək-siniz, ya da Allah sizə kiçiklərinizə rəhm etməyən və böyüklərinizə də hörmət göstərməyən kimsələri göndərər». Sələflər deyirlər ki: «Allah bir millətə xeyir diləyərsə idarəçiliyi həlim olanlara, xəzinələrini də comərd olanlara verər. Bir millət pislik edərsə idarəçilərini ağılsız səfehlər, xəzinələrini də simiclərə verər»151.

Saleh Abdul Aziz – Allah ondan razı olsun - öz Fitnələr kitabında deyir ki: «Əhli Sünnə vəl Cəmaatı təfriqəçiliyi sevən fitnə bidət əhlindən fərqləndirəcək xüsusiyyətlərdən biri də Allahın izni ilə üzərlərinə təyin edilmiş başçıya nəsihət vermələri və onun üçün çoxlu (xeyir) dua etmələridir. Hətta onlar öz başçılarının əməllərində xoşlarına gəlməyən bir şeyi görsələr də belə, yenə də Allahdan başqa heç kimdən nə bir mükafat, nə də bir təşəkkür istəmədən ona çoxlu xeyir dua və nəsihətlər verərək Allahın (niyyətlərdən) agah olduğunu unutmazlar. Əgər bu məsələ bizim də qəlbimizdə beləcə qərar tutarsa artıq biz də həqiqi şəkildə Əhli Sünnə vəl Cəmaat toplumundan sayılmış olarıq». Digər bir yerdə isə: «Əhli Sünnə vəl Cəmaat təsdiqləyir ki, əməli saleh və ya asi (böyük günah sahibi olan) başçının rəhbərliyi ilə aparılan cihadın (döyüş hökmünün) həmişəlik qüvvədə qalmasıdır. (Bir daha təkrarlayıram) İstər əməli saleh, istərsə də asi olan başçının rəhbərliyi ilə aparılan cihadın (hökmü) həmişə öz qüvvəsindədir. Heç kəsə zəmanəsindən aslı olmayaraq başçısının müxalifliklərini səbəb gətirmə yolu ilə döyüşdən yayınmasına icazə verilmir».

Sünnə əhlinin bu məsələdə mövqeyi belədir. Əgər müsəlmanlar onlara etibarlı olsalar heç bir şey onların imanına xələl gətirə bilməz. «Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız) onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir». (Ali İmran 120).
FİTNƏLƏR ZAMANI MÜSƏLMANIN

SIĞINACAĞI

Saleh Abdul Aziz Allah ondan razı olsun - öz Fitnələr kitabında deyir ki: «Fitnələr vaxtı müsəlman hər hansı bir ölkə və ya dəvətçi tərəfindən yüksələn şüarları, bayraqları şəriətin Əhli Sünnə vəl Cəmaatın ədalət tərəzisi ilə ölçməlidir. Məhz bu tərəzi ilə ölçən şəxsin tərəzisi ədalətlə qurular və o heç kimə qarşı haqsızlıq etmiş olmaz. «Biz Qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz». (əl-Ənbiya 47). Əhli Sünnə vəl Cəmaatın əməlləri, fikirləri və qeyri-sabitlik vaxtı meydana çıxmış müxtəlif şüarları ölçəcək ədalət tərəziləri vardır. Tərəzilər iki qismdir:

1. Bu tərəzilərlə İslam kökündən ölçülür. Başqa sözlə desək İslami (şüarlarla bəzədilmiş) çağırışın doğru-dürüstlüyü bu çağırışın kökünün doğru-dürüst olması ilə bəlli olur. İslama aid edilərək ucaldılmış şüarların çoxsaylı olmasından dolayı onların ədalət tərəzisilə ölçülməsi zəruridir. Əgər şüar həqiqətən də İslamla əlaqəlidirsə və şəriət əhkamları üzərində qurulubsa ona riayət etmək lazımdır. Çünki sən Allahın və Onun Peyğəmbərinin əmrlərini yerinə yetirməlisən.

2. Bu tərəzilə biz İslam kamiliyyini (yəni onun tam şəkildə qəbulunu) və onun düzgün istiqamətini meydana çıxmış şüarın kökünə baxaraq ölçürük.

Deməli nəticə etibarı ilə birinci qism tərəzidən ya küfr, ya da iman alınır. (Elə isə görəsən) şüar İslamidir, yoxsa yox?

İkinci qismdən isə belə bir nəticə çıxır: Görəsən bu şüar Allahın sevib razı qaldığı doğru yola yönəldib, yoxsa onda hər hansı əyrintilər var?

İmanı küfrdən ayıracaq birinci qism tərəzi üçdür: 1) Baxmalısan ki, bu şüar Allaha tək və şəriksiz olaraq ibadət edilmə (yəni Tövhid) üzərində qurulub ya yox? Çünki bütün Peyğəmbərlərin göndərildikləri dinlərin əsli Allaha tək və şəriksiz olaraq ibadət etmək üzərində qurulmuşdur. Tövhid isə işin əsası, başlanğıcı və axırıdır… Deməli baxmalıyıq ki, İslam dini ilə əlaqələndirilərək qaldırılan bu şüarın tərəfdarları Tövhidə riayət edirlər ya yox? Başqa sözlə desək bu şüar altına toplaşanlar Allahdan qeyrisinə ibadət edirlərmi, yoxsa qəlbləri tək və şəriksiz Allaha yönəlib və onlar yalnız Ona ibadət edirlər. «Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik». (ən-Nəhl 36). 2) Muhəmməd Allahın Rəsuludur – şəhadətinin nə qədər gerçəkləşdiril-diyinə baxmalısan. Çünki şəhadət kəliməsinin tələblərindən biri də Muhəmməd peyğəmbərin gətirdiyi şəriətlə hökm verməkdir. «Amma xeyr! (Ya Məhəmməd!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65). Əgər görsən ki, qaldırılan şüar tərəfdarları Allahın şəriəti ilə hökm verir və insanların işlərini şəri nöqteyi nəzərdən açıqlayırlar bil ki, bu şüar İslamidir. Heç bir kimsəyə Allahın endirdiyindən başqa birisi ilə hökm vermək və ya Onun və Peyğəmbərinin hökmündən olmayan digər bir hökmdən razı qalmaq olmaz. 3) Baxmalısan ki, orada haramlar halallaş-dırılırmı, yoxsa görülən haram işlər nifrət, ikrah və ya inkarla qarşılanır.

Bura qədər sadalananlar birinci qismin tərkib hissələri idi. Amma ikinci qism tərəzilərlə şüarın bünövrəsinin İslam kamilliyi məlum olur. Bu tərəzidə baxmalısan ki, görək o şəriətin gerçəkləşdirilməsi, namazın, yaxşı işlərin əmri və pis işlərin qadağanı ilə başlı məsələlri necə həyata keçirir? Görülməsi vacib olan və ya haramların qadağan olunması işlərinə necə yanaşır? Əgər bu məsələlər tam şəkildə öz həllini tapmışsa bu onun kamiliyyinə, yox əgər tapmamışdırsa bəlli miqdarda naqisliyinə işarədir. Bunlar sənin qəlbində və zehnində daşıyacağın çox mühüm bir tərəzilər-dir. Zəlalaətin (azğınçılığın) və qarmaqarşıqlığın düşdüyü vaxt azmama-ğın və hadisələri bir-birilə qarışıq salmamağın naminə çalış heç vaxt onları özündən ayırma!

Bəs bu tərəziləri bir-birilə qarışıq salan müsəlman və ya elm tələbəsi nə etməlidir? Alimlərə üz tutmalıdır. Çünki (baş verən hadisəni) məhz onlar düzgün tərəzilərlə ölçür, ona lazımı qiyməti verir və haqqında ədalətli şəriət hökmü çıxarırlar.



Fitnələr zamanı (danışılan) söz və əməlin qaydası vardır. (Belə ki, bu zaman) sənə xoş gələn hər sözü və hər işi görmək olmaz. Çünki fitnə vaxtı dediyin söz və etdiyin əməl onun gedişatına təsir göstərə bilir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm dən iki növ elmi yadda saxladım. Onlardan birincisinə gəlincə onu hamıya yaymışam. Amma ikincisinə gəlincə əgər onu yaysaydım bu boğazım kəsilərdi»152. İnsanları fitnəyə məruz qoymamaq üçün bu hədisləri gizlətmişdir. O, zaman elmi gizlətmək zəruri idi. Həqiqətən də Peyğəmbər sallallahu aleyhi və səlləm in səhabələri onun bəzi hədislərini gizlətmək məqsədilə yox, yeri düşmədiyi üçün açıqlamamışlar. Əvvəla ehtiyac olmayan şeyin dilə gətrilməsi şəriətə zidd olardı. İkinci isə, bundan ancaq müşriklər və İslam düşmənləri sui-istifadə edərdilər. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki: «İnsanların başa düşmədikləri hədisi danışma! Çünki bu onların bəziləri üçün fitnəyə səbəb olacaqdır»153. Əli - radıyallahu anhu deyir ki: «İnsanlarla onların başa düşdükləri tərzdə danışın. Əgər Allah və Rəsulunun təqzib olunmasını istəmirsinizsə»154. Fitnələr zamanı insanlar hər hansı bir məsələ haqda danışan adamın hər sözünü tam şəkildə dərk edə bilmirlər. Onlar kimdənsə dərk etmədikləri bir şey haqda eşidir və onu təmamilə əks başa düşürlər. Beləcə də (səhv anlamın) üzərində axırı yaxşı olmayan əqidələr, cərəyanlar, əməllər və sözlər qurulur. Məhz buna görə də sələf onu (yəni insanlarla onların səviyyələrinə uyğun söhbət etməyi) çox tətbiq etmişlər. Ənəs Həccac b. Yusifə Peyğəmbər sallallahu aleyhi və səlləm in əl-Urraniyələri155 öldürməsi hədisini danışdığını eşidib ona belə demişdir: «Sən nəyə görə Həccaca156 bu hədisi danışırsan!» Onun bu sözlər deməsinə səbəb Həccacın nahaq qanlar axıtması idi. O, bu hədisi (əsas) götürərək etdiyi (nahaq) işi yozacaqdır. Deməli hədisin və onunla bağlı elmin Həccacdan gizlədilməsi vacib idi və bu onun sağlam düşüncəyə malik olmayan ağlı ilə etdiyi işlərin hədis vasitəsilə təsdiqlənməməsi və ya hədisi dəlil götürərək onu öz dərrakəsinə uyğun başa düşməməsi səbəbindən idi. Həsənul Bəsri rahmətullahi aleyhi öz etirazını Ənəs b. Məlik - radıyallahu anhu ya bildirdi. Baxmayaraq ki, (Ənəs) səhabə (Həsənul Bəsri) isə tabiin idi. Daha sonra Ənəs - radıyallahu anhu Həccaca Urraniyələr hədisini danışmağına peşman olmuşdur. Bütün bu deyilənlərdən məqsəd fitnələr zamanı bildiyin və ya eşitdiyin hər sözü danışmamaqdır. Sözlərin müəy-yən qaydaqanun çərçivəsində olması labüddür. Çünki sən dediyin söz, təklif və ya fikirdən nə baş verəcəyini bilmirsən. Sələflər fitnələr vaxtı əmin-amanlığın olmasını istəmişlər. İnsanların əmin-amanlıq içində olmaları və səhv addımlar atmaması üçün qarşılaşdıqları məsələlri düzgün şəriət tərəzisi ilə ölçmələri lazımdır. Hər hansısa bir vaxtda yaxşı sayılan iş fitnələr vaxtı yaxşı sayılmır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qövmümün küfr söz-söhbəti olmasaydı Kəbəni söküb İbrahimin tikdiyi kimi iki qapılı tikərdim»157. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Həqiqətən də fitnə Allah tərəfindən insanlara bir cəzadır…». Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbənin sökülməsi və onun İbrahim əleyhissəlam ın qurduğu qaydada – insanların birindən girib digərindən isə çıxacaqları – iki qapılı tikilməsini İslamı yenicə qəbul etmiş (keçmiş) Qureyş kafirlərinin düzgün başa düşməyəcəklərindən və bu işi adsan qazanmaq və ya dinlərini – İbrahimin dinini alçaltmaq üçün edib – demələrindən qorxaraq dayandırmışdır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Cəhənnəmin dibində yanacaq münafiqləri nəinki qətlə yetirməyə əmr vermir, hətta onların adlarını belə bildirmirdi. Münafiqlər müsəlman və möminlərlə ticarət, ailə və s. əlaqələr qururdular. Buna səbəb isə daha böyük bir fəsadın, yəni insanların: «Muhəmməd öz səhabələrini öldürür» deməsinin qarşısını almaq idi. Buna görə də İmam Buxari rahmətullahi aleyhi «Səhih» əsərində bölüm açaraq orada bu hədisi zikr etmişdir: «Kim insanların düzgün başa düşməyərək daha çətin bir vəziyyətlə qarşılaşmalarından qorxaraq bəzi ixtiyari işlərdən əl çəkərsə»158.

«Sizdən təkcə zalimlərə toxunmayacaq (pis əməllərin müqabilində üz verə biləcək) bəladan qorxun». (əl-Ənfal 25). Deməli baş verən fitnələrin təsirinə yalnız zülmkarlar deyil, eyni zamanda ətrafdakı bütün insanlar da məruz qalır. Buna görə də hər birimizə vacibdir ki, fitnə baş verməmiş-dən qabaq özümüzü ondan və ona aparan yollardan çox ciddi şəkildə qoruyaq. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin (Başqa rəvayətdə: Dəvəsi olan dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına, ərazisi olan ərazisinə, bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini daşa vurub (yaylarnızı qırın) sonra bacardığı qədər sağ qalmağa çalışsın. Ya Rəsulullah! Müharibə edən iki sinifə qatışmayaraq çəkilib bir tərəfdə durduqda biri gəlib məni qılıncı ilə vurub və ya ox atıb məni öldürürsə nə buyurursan? Beləsi həm öz günahı ilə, həm də sənin günahınla yüklənərək Cəhənnəm sahibindən olur)»159. Bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm ə dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini mənə uzadana nə edim. Peyğəmbər: «Adəm əleyhissəlam kimi ol! «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə 28). Miqdad b. əl-Əsvəd - radıyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən də xoşbəxt insan o, kəsdir ki, fitnələrdən uzaqlaşdırılıb, bəlaya məruz qaldığı vaxt səbr edəndir. Nə qədər gözəl, nə qədər xoş bir şeydir»160.

Həmçinin İmam Əhməd rahmətullahi aleyhi başçıya qarşı çıxmaq hədislərini danışmağı xoşlamayıb onları öz «Musnəd» əsərindən çıxarmağı əmr etmiş və bu haqda belə demişdir: «Fitnədə və başçıya qarşı çıxmaqda heç bir xeyir yoxdur». Hənbəl b. İshaq rəvayət etmişdir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhməd rahmətullahi aleyhi nin) yanına gələrək: «Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır» dedilər. O: «Nə etmək istəyirsiniz?» deyə soruşdu. Həmin adamlar: «Biz, öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik» deyə cavab verdilər. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra: «Sizə qəlbinizlə etiraz etmənizi tövsiyə edirəm. Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (İmam Əhməd başçını Əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya ehtiyacı olan taqətsiz bir insana oxşadır). Bu işin nə ilə nəticələnəcəyini nəzərə alaraq, özünüzün və müsəlmanların qanını axıtmayın. Yaxşı biri gələnə və ya pis gedənə kimi səbr edin» dedi. Onlar getdikdən sonra mən atamla birgə Əbu Abdullahın yanına gəldim. Atam ona dedi: «Allahdan özümüzə və Muhəmməd ümmətinə əmin-amanlıq diləyirik. Belə bir iş heç kimin xoşuna gəlməzdi. Ey Əbu Abdullah, sən bunu (itaətsizliyi) düzgün hesab edirsənmi?» O: «Xeyr, belə bir iş bizə səbr etməyi əmr edən rəvayətlərə ziddir» dedi. Əbu əl-Həris əs-Saiğ demişdir: «Mən Əbu Abdullahdan Bağdadda baş vermiş hadisə haqqında, yəni, bir dəstə insanın qiyama qalxmaq istəməsi barədə soruşaraq: «Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə sən nə deyirsən?». O, qiyamçıların bu işinə öz etirazını bildirərək dedi: «Subhənallah...! (Nahaq yerə axıdılan) qanlar. Mən bunu nə dəstəkləyir, nə də əmr edirəm. Bizim hal-hazırda səbr etməmizi, nahaq qanlar axıdılmasından, mal-dövlətin talan edilərək halal sayılmasından və haramların baş alıb getməsi ilə nəticələnən bir fitnə törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən ki, insanların fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib?». Mən ona dedim: «Ey Əbu Abdullah, bu gün insanlar fitnə içində deyillərmi?» O: «Olsalar da belə, bu fərdi fitnədir. Əgər qılşnc qaldırılsa, o ümumi bir fitnəyə çevriləcək və bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini qorumuş olarsan ki, bu da sənin xeyrinədir». Mən onu rəhbərlərə qarşı çıxmağı inkar edən gördüm. O deyirdi: «(Nahaq yerə axıdılan) qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə edirəm». (əl-Məsəilul-Mərviyyə İmam Əhməd 2/4)161. Nəfi rahmətullahi aleyhi rəvayət edir ki: «Nə vaxt ki, Mədinə əhli Yəzid b. Muaviyəni hakimiy-yətdən devirmək istədikdə İbn Ömər - radıyallahu anhu öz yaxınlarını və uşaqlarını ətrafına toplayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm dən eşitdiyi hədisi rəvayət etdi: «Qiyamət günü hər bir xəyanətkarın yanında bir bayraq dikiləcəkdir162« sözünə davam edərək dedi: «Bizim hər birimiz Allahın və Rəsulunun əmrinə əsasən bu insana beyət etmişik. Vallahi mən bundan böyük xəyanət görmürəm nə vaxt ki, insan Allahın və Rəsulunun əmrinə əsasən birinə beyət edə və sonra da ona qarşı vuruşa. Nə vaxtsa bizlər ona qarşı sadiqlikdə beyət etmişdik. Sizlərdən kimsə ona qarşı çıxmaq istəyirsə bilin ki, mən bu işdən uzağam»163. Allah şəriəti qəti olaraq seçilmiş əmrlərə qarşı çıxmağı qadağan edir. Hər hansı bir kimsə çalışsa ki, müsəlman bir kimsənin əlində olan hakimiyyəti devirsin, hətta onu hörmətdən salmaq istəsə də belə Allah və onun Rəsulunun istəyinə qarşı çıxmış sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allahın yer üzündə təyin etdiyi əmirə hörmət edərsə Allah da ona hörmət edər, kim də Allahın yer üzündə təyin etdiyi əmiri alçaldarsa Allah da onu alçaldar»164. Cəlil b. Abdullah ət-Tustari deyir ki: «İnsanlar xeyir içərisində olarlar o, vaxta qədər ki, onlar öz əmirlərinə və alimlərinə hörmət etsələr. Onlara hörmət etdikcə Allah da onların dünya və axirətlərini də xeyirli edər. Yox əgər onları gözdən salmağa çalışarlarsa Allah da onların dünyalarını və axirətlərini də məhv edər»165.

Həmçinin fitnələr zamanı hər bir söz və əməl müdrikliklə edilməlidir. Müdrikliklə görülən iş isə həmişə tərifə layiqdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Əşəs Abdul Qeysə xitabən buyurdu: «Səndə Allah və Onun Rəsulunun sevdiyi iki xislət vardır. Müdriklik və səbirlilik»166. «İnsan (özünə) xeyir dua etdiyi kimi, bəd dua da edər. İnsan (hər şeydə) tələsgəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz)». (əl-İsra 11). Müdrikliklə görülən iş tərifə layiqdir. Çünki adillik nişanəsi olan bu sifət sahibi, fitnələr vaxtı məhz öz müdrikliyi, əzmkarlığı və mehribanlığı ilə digərlərindən fərqlənir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mehribanlıqla edilən hər bir iş gözəlləşər, onsuz isə xarab olar»167. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən də Allah mehribanlıqla görülən bütün işləri sevir»168. Osman (özünü müsafir hesab etməyərək) namazı tamamlayırdı. Belə ki, o Minada ikən namazı dörd rükət qılırdı. Lakin sünnəyə görə Minada hər dörd rükətli namaz qısaldılaraq iki rükət şəkilində qılınmalı idi. Məsələyə şərri bir yozum verən Osmanın fikrinə görə isə namaz dörd rükət qılınmalı idi. Bütün bunlara baxmayaraq İbn Məsud Məhəmməd Peyğəmbərin Sünnəsinə görə dörd rükətli namazlar Minada iki rükət qılınmalıdır. Bu başqa cür ola da bilməz. Deyə təkid etdi. (Onun bu sözlərini eşidənlər) dedilər: «Ey İbn Məsud! Sən bu sözləri deyir, sonra da gedib Osmanın arxasında dörd rükət namaz qılırsan! Bəs bu nə deməkdir!». O: «Ey filankəs! Müxaliflik şərdir! Müxaliflik şərdir! Müxaliflik şərdir…»169.



Son olaraq fitnə törədən fitnəkarlara demək istəyirik ki: «Bəs səni fitnələr zamanı hər məclisdə və ya toplantıda haqq saydığın məsələlər barəsində danışmağa vadar edən nədir? Axı haqqı Əhli Sünnə və Cəmaat alimləri açıqlayırlar. Əgər sənin hər hansı bir fikrin və ya təklifin varsa onlara ərz et. Qəbul etsələr (deməli haqq) odur, yox əgər etiraz etsələr (deməli) artıq özünü bütün müsəlmanların sənin (səhv) rəyindən xəbərdar tutmasından qorumusan».


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin