III. Azərbaycanın Şimal xanlıqları
1. Şəki xanlığı
1743-1744-cü illər üsyanı nəticəsində Şəki ərazisi İran əsarətindən xilas oldu. Burada müstəqil
Azərbaycan dövləti olan Şəki xanlığı yaradıldı. Xanlığın əsasını qoyan Hacı Çələbi olmuşdur. Müstəqil
Şəki xanlığının yaradılması əslində Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi.
Şəki xanlığı öz banisi Hacı Çələbiııin dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək ətraf torpaqları
özünə birləşdirmişdir. Hacı Çələbi əlverişli şəraitdən istifadə edərək Təbrizə qədər irəliləmiş, lakin Əmir
Aslan xan onu geri çəkilməyə məcbur etmiş və əks hücuma keçərək Şəkiyə hücum edir. H.Çələbinin oğlu
Həsənağa isə döyüşdə öldürülür. H.Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulur. Lakin Boyat
qalasını bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri çəkilir. H.Çələbi Kürdən keçərkən məyus
halda demişdir: «Pənahəli xan özünü xan elan etmişdir, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq
etdim». H.Çələbi yenə öz planlarından əl çəkmir, Qarabağ məliklərindən öz məqsədi üçün istifadə etməyə
çalışır. O, Qazı Qumuxlu Məhəmməd Həsən xanın qızı ilə evlənməklə onu öz tərəfinə çəkir. Bir qədər
sonra Ərəş və İlisu sultanlıqlarını özündən asılı vəziyyətə salır. Beləliklə, Şəki xanlığı bu dövrdə
Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti olur. H.Çələbi Şəkidə abadlıq işləri aparmış -
məscidlər, hamamlar, mədrəsələr və s. ictimai binalar tikdirmişdir. Vergiləri nizama salmaq məqsədi ilə
Qanunnamə hazırlatmışdır.
Şəki xanlığının güclənməsi, onun Car-Balakən və Gəncə torpaqlarına göz dikməsi bir sıra
Azərbaycan xanları və Kartlı - Kaxet çarlığını ciddi narahat edirdi. Gürcü hakimləri Carı ələ keçirməyə
çalışırdılar. Lakin 1751-ci ildə onların qoşunları Carda H.Çələbi tərəfindən məğlub edildi. 1752-ci ildə
Temuraz) Kartli çarı» və İrakli (Kaxet çarı) Gəncəyə hücum etməyi qərara aldılar. Onlar bu məqsədlə
Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla ittifaqa girdilər. Bu ittifaq əslində H.Çələbiyə qarşı
çevrilmişdi. İttifaqa Naxçıvanlı Heydərqulu xan, Qaradağlı Qasım xan, Gəncəli Şahverdi xan, İrəvanlı
Hüseyn xan da cəlb edildi. 1752ci ilin martında müttəfiqlər Gəncə altında Qızılqaya adlanan yerdə
görüşdülər. Lakin İrakli xəyanət edərək xanları əsir aldı və onları özündən asılı vəziyyətə salmağa çalışdı.
Kürün sol sahilində düşərgə salmış H.Çələbi xanların əsir alınması xəbərini aldıqda hücum edərək
gürcüləri təqib etməyə başladı. Ağstafa çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad
etdi. Borçalı və Qazax sultanlıqlarını ələ keçirdi, oğlu Ağakişini ora hakim təyin etdi. Tariximizə
«Qızılqaya xəyanəti» kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və
ümumi düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalıdırlar. 1752-ci ilin yazında H.Çələbi dostluq
münasibətləri yaratmaq üçün Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin hakimindən 2
min qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı il H.Çələbi Cara hücum
etsə də, məğlub oldu. Şirvan torpaqlarını ələ keçirmək üçün 1755-ci ildə H.Çələbi ora hücum etdi.
Ağsuyu mühasirə etsə də, məğlub olub geri çəkildi. H.Çələbi 12 il xanlıq etdikdən sonra 1755-ci ildə
vəfat etmişdir.
Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət uğrunda mübarizə güclənmiş, Şəki xanlığı öz
əvvəlki qüdrətini itirmiş, Azərbaycanın siyasi həyatında elə bir rol oynaya bilməmişdir.
Hakimiyyətə H.Çələbinin oğlu Ağakişi keçmişdir. O, qaymatası qazıqumuxlu Məhəmməd Həsən
xan tərəfindən Ərəşdə öldürülmüşdür. Məhəmməd xan 40 gün Şəkidə hakimiyyətdə olmuşdur.
H.Çələbinin nəvəsi Hüseyn xan Qubalı Fətəli xanın köməkliyi ilə xanlığı ələ keçirmişdir. 1762-ci ildən
Fətəli xan Əfşər Azərbaycana soxulur. Bundan istifadə edən Ərəş sultanı Əli Hüseyn xanlıqdan kənar
etmək istədi, lakin bu baş tutmadı. 1767-ci ildə Qubalı Fətəli xan Hüseyn xan ilə birlikdə Şirvanı ələ
keçirdilər. Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi. Hüseyn xan bunu hiss etdikdə
Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768ci ildə Fətəli xan Hüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar
6
arasında bağlanılan müqaviləyə görə Hüseyn xan fətəli xandan asılı vəziyyətə düşdü. O, Şamaxı
hadisələrinə qayıtmayacağına və Fətəli xana qoşunla kömək edəyəciyini üzərinə götürmüşdü. 1779-cu
ildə Hüseyn xan 22 il hakimiyyətdən sonra əmisi Əbdülqadir tərəfindən öldürülmüşdür. Onun oğlu
Məhəmməd Həsənağa Cardan qoşun toplayaraq hakimiyyəti ələ keçirmişdi. Məhəmməd Həsən Şəki
qalasını tikdirmiş, xanlıq üçün «Dəstur-əl Əməl» qanunnaməsi hazırlamışda. O, Fətəli xanın siyasətinə
qarşı çıxmış, 1785-ci ildə məğlub edilmişdir.
Fətəli xan onu özündən asılı vəziyyətə salmışdı.Onlar «Nigah diplomatiyasına» əl ataraq bir-birinin bacısı
ilə evlənmişdilər. Məhəmməd Həsən Fətəli xanın asılılığından qurtarmağa çalışmış, hətta Ərəş sultanı ilə
birlikdə Ağsuya hücum etmişdi. Məğlub olduqdan sonra bacısı vasitəsi ilə Fətəli xandan Aman istəmişdir.
1795-ci ildə Ağa Məhəmmədin hücumu zamanı onun tərəfınə keçmişdi. O, qardaşı Fətəlini kor etmiş, Səlim
isə Cara qaçmışdı. Səlim xan xanlığı ələ keçirmişdi. 1796-cı ildə o, Zubovun yanına elçi göndərmişdi.
Qacarın 2-ci hücumu zamanı Şirvanlı Mustafa xan Şəkini tutub ora öz naibini təyin etmişdir. 1804-cü ildə
Səlim xan Şəkidə hakimiyyəti yenidən ələ keçirdi. 1805-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Qarabağlı
İbrahim xan və ailəsi ruslar tərəfındən öldürüldükdən sonra Səlim xan tərəddüdə başladı və İrana qaçmışdır.
Şəkinin xanı Cəfərqulu xan Xoyski təyin olunmuşdur. Onun oğlu İsmayıl bəy öldükdən sonra (1819) Şəkidə
xanlıq üsuli-idarəsi ləğv edildi.
Dostları ilə paylaş: |