Təbriz xanlığı: Təbriz xanlığı XVIII əsrin ortalarında Azərbaycanda yaranmış müstəqil qurum
kimi Xoy, Naxçıvan, Qarabağ, Sərab və Marağa xanlıqları ilə həmsərhəd idi. Xanlığın mərkəzi Təbriz
şəhəri olmuşdur.
Nadir şahın ölümündən sonrakı illərdə, müstəqil dövlət yaratmaq niyyətində olan Əmiraslan xan III
Sam Mirzəni edam etdirdikdən sonra qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanım bir sıra cənub
əyalətlərinin özünə tabe etdi. Əmiraslan xan Nadirin ölümündən sonra, hakimiyyətə gəlmiş qardaşı oğlu
Əliqulu xanın (Adil şahın) hakimiyyətini tanımadı və 1748-ci ildə özünü İranın müstəqil hakimi elan etdi.
Lakin həmin ilin sonunda Adil şahın öz qardaşı İbrahim Mirzə tərəfindən hakimiyyətdən uzaqlaşdırılması
vəziyyəti xeyli dəyişdi. İbrahim Mirzə böyük qüvvə ilə Əmiraslan xanın üzərinə hücum edib Təbrizə
daxil oldu.
Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidən İbrahim şah böyük hərbi qüvvə ilə oraya yola
düşdü. Məşhəddəki döyüşdə İbrahim şah həlak oldu. Azərbaycan torpaqlarını öz hakimiyyəti altında
birləşdirmək istəyən Fətəli xan Əfşar Nağı xanla birlikdə Təbrizi tutdu və paytaxtı Urmiyadan buraya
köçürdü. Fətəli xan Əfşar Təbrizin idarəsini Nəcəfqulu xana tapşırdı. Buna görə də Təbriz xanlığı Urmiya
xanlığından asılı vəziyyətdə olmuşdu. Fətəli xanın öldürülməsindən sonra Təbriz xanlığı tam müstəqillik
əldə etdi.
Təbriz xanlığının əhalisi əkinçilik, bağçılıq, qismən də maldarlıqla da məşğul olmuşlar. Sənətkarlıq
və ticarət inkişaf etmişdir. Xanlın inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Mahalları bəylər, naiblər, kəndxudalar idarə edirdilər. Xanlığın təqribən 10 min nəfərlik ordusu var idi.
Kəndlilər və şəhər əhalisi vergi verir, müxtəlif mükəlləfiyyətlər daşıyırdı.
Dostları ilə paylaş: |