Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   14
mt-is muhazire-12

Ərdəbil  xanlığı:  XVIII  əsrin  ortalarında  yaranmış  xanlıqlardan  biri  də  Ərdəbil  xanlığıdır.  Bu 

xanlığın  mərkəzi  Ərdəbil  şəhəri  idi.  Ərdəbil  xanlığı  Lənkəran,  Qarabağ,  Təbriz,  Marağa  və  Gilan 

xanlıqları  ilə  həmsərhəd  idi.  Xanlığın  əsasını  Şahsevən  tayfasından  olan  Bəbir  xan  qoymuş  və  dövləti 

siyasi  cəhətcə  möhkəmləndirmişdi.  Xanlığı  feodal  əyanlarının  toplaşdığı  divanxana  idarə  edirdi. 

Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndxuda tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi 

qoşunu var idi. Bəbir xanın oğlu Nəzərəli xanın dövründə (1747- 1783) zəndlər və qacarlarla münasibət 




 

5  


kəskinləşmişdi.  Amma  Nəzərəli  xan  nikah  diplomatiyası  vasitəsi  ilə  qarabağlı  İbrahim  xanla  dostluq 

əlaqələri  yaratmışdı.  Lənkəran  xanlığı  ilə  də  mehriban  qonşuluq  münasibətində  idi.  İran  hakimi  Kərim 

xanın  fıtnəsi  nəticəsində  Nəzərəli  xan  səfərdə  olarkən  Gilan  hakimi  Hidayət  xan  tərəfindən  Əsir  alınıb 

Ənzəliyə aparılmışdı. Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər onu əsirlikdən xilas etmişdir.  

Qubalı  Fətəili  xan  1784-cü  ilin  mayında  hücum  edib  Ərdəbil  və  Meşkini  tutdu.  Bu  hadisə  Fətəli 

xanın  düşmənlərinin,  eləcə  də  Rusiyanın  narazılığına  səbəb  oldu.  Nəzərəli  xanın  ölümündən  bir  qədər 

sonra həkimiyyətə gələn Nəsir xanın dövründə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdü.   


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin