Ə. Q. Abbasov


İzoləedici mühafizə vasitələri



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə59/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   55   56   57   58   59   60   61   62   ...   104
İzoləedici mühafizə vasitələri 
 
İzoləedici  mühafizə  vasitələrinə  bakelitən,  çinidən 
(farfor),  ağacdan,  rezindən  və  plastikkütlədən  hazırlanmış 
izoləedici  və  ölçü  ştanqaları,  müvəqqəti  torpaqlamanı  yerinə 
yetirən    ştanqaları,  boru  formalı  qoruyucuları  sıxaclarda 
yerləşdirmək və ya  çıxarmaq  üçün qısqaclar  (kəlbətin, maşa), 
gərginlik  göstəricilərinin  və  cərəyanölçənlərin  izolyasiya 
hissələri,  elektriklərin  alətlərinin  izolyasiya  hissəsi,  dielektrik 
əlcəklər,  qaloşlar,  botular,  rezin  xalçalar  və  ayaqaltılar,  çini 
izolyatorlar  üstündə  quraşdırılmış  taxta  altlıqlar  və  izoləedici 
nərdivanlar aiddir. 
Çəpərləyici mühafizə vasitələri elektrik avadanlıqlarının 
cərəyan keçirən hissələrini müvəqqəti olaraq hasarlamaq üçün 
xidmət  edir.  Bunlara  şitlər  və  qəfəslər  formasında  səyyar 
çəpərlər  aiddir.    İzoləedici  mühafizə  vasitələri  əsas  və  əlavə 
olmaqla iki yerə ayrılır. 
Əsas  mühafizə  vasitələrinin  izolyasiyası  elektrik 
qurğusunun  işçi  gərginliyinə  etibarlı  davam  gətirir.  Bu 
vasitələrlə  gərginlik  altında  olan  cərəyan  keçirən  hissələrə 
toxunmağa icazə verilir. Əsas mühafizə vasitələrini qurğunun 
işçi  gərginliyindən  asılı  olaraq  yüksək  gərginliklə  sınaqdan 
keçirirlər. 
1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğularında 
istifadə  olunan  əsas  mühafizə  vasitələrinə  əməliyyat  və  ölçü 
ştanqları,  izoləedici  və  cərəyan  ölçən  qısqaclar;  gərginlik 
göstəriciləri,  izoləedici  quruluşlar  və  təmir  işləri  üçün 
tərtibatlar (izoləedici nərdivanlar və s.) aiddir. 
 


99 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin