Əlavə
mühafizə
vasitələri,
bilavasitə
verilmiş
gərginlikdə mühafizə funksiyasını yerinə yetirə bilmir və ona
görə də əsas vasitələrlə əlavə tədbir sayılır. Əlavə mühafizə
vasitələri elektrik qurğusunun gərginliyindən asılı olmayaraq
sınaq gərginliyə məruz edirlər. 1000V-dan yuxarı gərginlikli
elektrotexniki qurğularda istifadə olunan əlavə mühafizə
vasitələrinə dielektriki əlcəklər, dielektriki botular, dielektriki
“xalçalar” və çini izolyatorlara quraşdırılmış izolyasiya
ayaqaltılar aiddir.
1000V-a qədər gərginlikli elektrik qurğularında tətbiq
olunan əsas mühafizə vasitələrinə əməliyyat ştanqları,
qısqaclar (kleş), dielekrtiki əlcəklər, dəstəkləri izolə edilmiş
alətlər və gərginlik göstəriciləri aid edilir.
1000V-a qədər gərginlikli elektrik qurğularında əlavə
mühafizə vasitələri kimi dielektriki qaloşlardan, rezin
“kovriklər”dən və izoləedici ayaqaltılardan istifadə olunur.
Köməkçi mühafizə vasitələri elektrotexniki xidmət
işçilərini müəyyən hündürlükdən düşməsindən (qoruyucu
qurşaqlar, sığorta kanatları), təhlükəsiz olaraq hündürlüyə
qalxmaq zamanı (qarmaq, nərdivan) mühafizə etmək üçün
xidmət edir.
Bundan başqa köməkçi mühafizə vasitələri xidmət
işçilərini elektrik cərəyanının, işıq, istilik, mexaniki və
kimyəvi təsirlərindən qorumaq üçün də tətbiq edilir. Bu cür
vasitələrə misal olaraq mühafizə eynəklərini, əleyhiqazları,
brezent və ya rezin əlcəklər, mahlıc kostyumlarını və s.-ni
göstərmək olar.