Səyyar torpaqlayıcılar Səyyar torpaqlayıcılar (bir yerdən başqa yerə köçürülən)
şəbəkədən açılmış elektrik avadanlıqlarla işlədikdə daha
etibarlı mühafizə vasitəsi sayılır. Torpaqlayıcının köməyilə
(bir-birilə əlaqələndirilmiş sıxac və naqillər) cərəyan keçirən
(açılmış vəziyyətdə) hissələr bir-birilə və eyni zamanda onları
yerlə qısa qapayırlar. Bu cür qısa qapanmış və torpaqlanmış
xəttə səhvən gərginlik verildikdə xətdə işləyən işçilərin,
avtomat açarların və qoruyucuların köməyilə qorunmuş olur.
Səyyar torpaqlayıcılar en kəsiyi 25mm
2
-dan az olmayan
elastiki mis naqillərdən hazırlanır. Torpaqlayıcının şəbəkədən
açılmış cərəyan keçirən hissələri ilə birləşdirmək üçün
izoləedici ştanqaların köməyilə yerinə yetirilir. Bu əməliyyatı
yerinə yetirmək üçün dielektriki əlcəklərdən, izoləedici
ştanqalardan və izoləedici ayaqaltılardan (və ya “xalçadan”)
istifadə
olunur.
Əməliyyat
təhlükəli
sayıldığından
(gərginlikdən açılmamış avadanlığı səhvən torpaqladıqda)
onun aparılması 3ədəd xüsusi ştanqalarla məsləhət görülür.
6/10/35 və 110kV gərginlikli elektrik qurğularından geniş
istifadə olunan və ştanqalarla təchiz edilmiş səyyar
torpaqlayıcının sxemi şəkil 29-da göstərilmişdir. Göstərilən
izoləedici ştanqaların uzunluğu gərginlikdən asılı olaraq 6/10
kV-da 1.8m, 35kV-da 1.35m 110kV-da 1.85m-dir.