Mühafizə vasitələrinin sınağı İstismarda olan bütün mühafizə vasitələri (izoləedici
ayaqaltılardan və torpaqlayıcı ştanqalardan başqa) 50Hs
tezlikli dəyişən cərəyanda periodik (dövrü) olaraq sınaqdan
keçməlidir. Bundan başqa bütün mühafizə vasitələri vaxtaşırı
mühəndis-texniki işçilərinin baxış yoxlamasından da
keçməlidir. Baxış yoxlamasından keçməyən mühafizə
vasitələrinin elektrik sınağı aparılmır.
İzoləedici ştanqaların və cərəyan ölçən qısqacların
(tutucu, maşa) sınağı aşağıdakı qaydada aparılır.
Sınaq transformator dolağının bir sıxacı mühafizə
vasitəsinin işçi hissəsinə, digər sıxacı isə tutucu dayağından
yuxarıda yaradılmış kontakt elektrodu ilə birləşdirilir. Sınaq
müddəti bakelit izolyasiyası üçün 5, çini izolyasiya üçün isə 1
dəqiqədir. Sınaq zamanı izolyasiyanın səthində elektrik
boşalmalarının və ya deşilmənin əmələ gəlməsinə diqqətlə
müşahidə olunmalıdır. Əgər sınaq zamanı belə hallar
müşahidə olunarsa mühafizə vasitəsi zay (keyfiyyətsiz) sayılır.
İzolyasiyanın səthi üzrə yarana biləcək sızma cərəyanların
qiyməti
normallaşdırılır.
Sınaqdan
sonra
mühafizə
vasitələrindən gərginlik götürülür və əllə onun qızmasını
yoxlayırlar. Bu yoxlama zamanı mühafizə vasitələrinin bütöv
yox, onun hər hansı bir hissəsinin qızması müşahidə edilirsə,
o, keyfiyyətsiz sayılır. İzoləedici ştanqalar, izoləedici və
cərəyan ölçən qısqaclar zavodda hazırlandıqdan sonra və
istismar
prosesində
elektrik
qurğusunun üçqat xətti
gərginliyində (1000V-dan yuxarı və 110kV-dan aşağı
gərginlikli qurğularda) sınaqdan keçirirlər (40kV-dan aşağı
112
olmamaqla). Sınaq müddəti 5 dəqiqə olur. İzoləedici
ştanqaların və qısqacların dövrü sınağı 2 ildə 1 dəfə, onların
dəstəklərinin sınağı isə 1 ildə 1 dəfə aparılır.