Şəkil 29. İzoləedici ştanqalarla təchiz olunmuş səyyar
torpaqlayıcının sxemi.
Xəbərdaredici plakatlar
Bu cür plakatlar xüsusi mühafizə vasitələrinə aid olub,
əsas
funksiyaları
gərginlik
altında
olan
hissələrə
yaxınlaşmasının
təhlükəli
olmasını
xəbərdar
etmək,
xidmətçilərə qabaqcadan hazırlanmış və gərginlikdən azad
edilmiş iş yerlərini göstərmək, qurğunun baxılan hissəsinin
gərginliyə qoşulmasını qadağan edən mühafizə tədbirlərinin
yada salınmasından ibarətdir.
Plakatlar iş yerlərində daimi bərkidilmiş və səyyar (bir
110
yerdən başqa yerə köçürülən) olurlar.
Təyinatına görə plakatlar müxtəlif olur: xəbərdaredici,
qadağanedici, icazə verən və yada salan.
Xəbərdaredici plakatlarda aşağıdakı yazılar yazılır.
“Yüksək gərginlik. Həyat üçün təhlükəlidir” (1000V-dan
yuxarı gərginlikli qurğularda) və ya “Gərginlik altındadır”.
“Həyat üçün təhlükəlidir” (1000V-a qədər gərginlikli
qurğularda). Bu cür plakatlar paylandırıcı quruluşların və ya
açıcıların qapılarının çöl tərəfində daimi olaraq bərkidilir.
Səyyar plakatlarda aşağıdakı xəbərdarlıq ifadələri yazılır:
“Dayan. Yüksək gərginlik” (1000V-dan yuxarı gərginliklərdə)
və ya “Dayan. Həyat üçün təhlükəlidir” (1000V-a qədər
gərginliklərdə). Bu cür plakatlar elektrotexniki qurğularda
müəyyən işlər aparıldıqda cərəyan keçirən hissələri əhatəyə
alan çəpərlərdən asılıdır.
Qadağanedici plakatlarda aşağıdakı ifadələr yazılır:
“Qoşmayın! Adamlar işləyir” və ya “Qoşmayın xətdə
işləyirlər”. Bu cür plakatlar intiqalın və ayırıcıların
dəstəklərindən (hansılarda qurğu və xətdə müəyyən işlər
aparmaq üçün açılıb) asılır. “Burda işlə” yazıya malik
icazəverici plakat, şəbəkədən açılmış və təmirə dayandırılmış
elektrik qurğularından asılır.
“Torpaqlanıb” yazısına malik yadasalıcı plakatlar ayrıcı
aparatlarının inteqal dəstərlərindən asılır (hansılar ki, səhvən
işə salındıqda, torpaqlanmış elektrik qurğusu və şəbəkə xətti
gərginlik altına düşə bilər).
Səyyar
plakatlar
elektrik
cərəyanı
keçirməyən
materiallardan (karton, fanera, plastikkütlə və s.), qalan
plakatlar isə metal lövhəsindən və ya plastik materialından
hazırlanır.
|