2.6 İkiqat izolyasiya Bu termin nisbətən son zamanlar meydana gəlib, mənası
cərəyan keçirən hissələrinin əsas izolyasiyasından əlavə yenə
birqat izolyasiyadan istifadə olunmasıdır. Burada məqsəd,
normal halda gərginlik altında olmayan metal hissələrinin
təsadüfən gərginliyin təsirinə məruz qaldıqda, onlara xidmət
edən işçiləri izolə etməkdir, yəni mühafizəsidir.
Daha sadə ikiqat izolyasiyanın alınması yolu, elektrik
avadanlıqlarının gövdələrinin və intiqal dəstəklərinin
izolyasiya qatı ilə örtülməsidir. Bu cür izolyasiyanın üst qatı
elektrik qurğularının istismarı zamanı mexaniki təsirlərə və
zədələrə məruz qalır. Bu halda metal hissələrə yol açılır və
həmin hissələr təsadüfən gərginlik altında ola bilər. Digər
tərəfdən ikinci qat izolyasiyanın zədələnməsi və ya tamam
dağılmasına baxmayaraq elektrik avadanlığı normal işini
davam etdirir və mühafizənin itirilməsi barəsində siqnal
verilir. Ona görə bu cür ikiqat izolyasiya xidməti işçilərinin
tam mühafizəsini təmin etmir.
İkiqat izolyasiyanı təkmilləşdirmək məqsədilə son
zamanlar elektrik qurğularının gövdələri birbaşa izolyasiya
materialından hazırlanır. Bu cür gövdədə cərəyan keçirən
hissələr, cərəyan keçirməyən metal hissələr və mexaniki
hissələr quraşdırılır. Məsələn, Almaniyada istehsal olunan
elektrik drellərinin gövdəsi plastik kütlədən hazırlanır.
Mühafizə
ikiqat
izolyasiya,
istənilən
elektrik
avadanlığının istismarı zamanı təhlükəsizliyini təmin edə bilir.
İzolyasiya məqsədilə tətbiq edilən plastik kütlələrin bir sıra
çatışmamazlıqları olduğuna görə, onlardan ancaq kiçik güclü
118
elektrik aparatlarında, məişət cihazlarında ikiqat izolyasiya
məqsədilə istifadə oluna bilər.
İkiqat izolyasiya hiss olunacaq dərəcədə qızan metal
hissələrinin izolyasiya olunmasında istifadə olunmur.