Ə. Q. Abbasov


Sərəncamlar üzrə işlərin görülməsi



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə84/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   80   81   82   83   84   85   86   87   ...   104
 
Sərəncamlar üzrə işlərin görülməsi 
 
İşləyən  elektrik  qurğularında  bəzən  əməliyyat  işləri 
sərəncamlar  (naryadsız) üzrə aparıla bilər. Bu cür sərəncamın 
məzmunu    əməliyyat  jurnalında  qeydə  alınır,  birdəfəlik 
xarakter daşıyır və bir sutka ərzində qüvvədə olur.  
Sərəncamlar  üzrə  gərginlikdən  açılmamış  və  cərəyan 
keçirən hissələrdən uzaqda yerləşmiş aşağıdakı işlər görülür: 
1.
 
Açıq  tipli  paylaşdırıcı  qurluşların  ərazisində 
təmizləmə, 
avtomaşınların 
hərəkəti, 
yüklərin 
daşınması  və  boşaldılması:  qapalı  paylaşdırıcı 


134 
 
qurluşlarda  –  dəhlizlərin,  xidməti  otaqların  və  idarə 
şitlər yerləşmiş otaqların təmizlənməsi.  
2.
 
İşıqlandırma  aparatlarının  təmiri  və  lampaların 
dəyişdirilməsi  (işıqlandırma  şəbəkəsindən  gərginlik 
götürüldükdə);  rabitə  aparatlarının  təmiri;  elektrik 
mühərriklərinin  fırçalarını  təmizləməsi;  çəpərlərdə 
yazıların yazılması. 
3.
 
paylaşdırıcı  qurluşlarının  yerləşdiyi  binanın  tikinti 
hissəsi  üzrə  təmir  işləri;  avadanlıqların  fundamentini 
və  portallarını  hazırladıqda,  kabel  kanallarının 
doldurulması, yolların təmiri və s. 
4.
 
Gərginlikdən açılmış transformatorların qurudulması, 
yağtəmizləyici  aparatlara  xidmət  etməsi;  yağ 
transformatorlarda 
havaquruducu 
süzgəclərin 
yoxlanması. 
Bu  işlər  əməliyyat  işçilərdən  bir  və  ya  təmir  işçilərdən 
isə  iki  nəfər  (kvalifikasiya  qrupu  III  az  olmayan)  tərəfindən 
yerinə yetirilir. 
5. Quraşdırma, yoxlama, tənzimləmə; ölçü cihazlarının, 
rele  mühafizəsi,  avtomatika,  telemexanika  və  rabitə 
qurluşlarının 
şitlərdən 
açması 
və 
təmirdən 
sonra 
quraşdırılması  (1000V-a  qədər),  ikinci  dövrlərdə  iştirak  edən 
ayrıcıların  intiqallarında  görülən  işlər,  eləcə  də  paylaşdırıcı 
qurluşlarda  idarə  dəhlizlərində,  harda  çəpərlənməmiş  cərəyan 
keçirən  hissələr,  keçidin  altında  35kV-a  qədər  gərginliklər 
üçün  2,75m  hündürlükdə  quraşdırılıb,  görülən  işlər.  Bu  işlər, 
sərəncam  üzrə  əməliyyat  işçilərdən  bir  nəfər  (kvalifikasiya 
qrupu  IV  aşağı  olmayan)  tərəfindən  yerinə  yetirilir  və 
əməliyyat jurnalında qeyd edilir. 


135 
 
Yuxarıda sadaladığımız işlərdən başqa, istehsal lüzumu 
olduqda  əməliyyat  işçisinə  və  ya  onun  nəzarəti  altında 
naryadsız,  sərəncam  üzrə  kiçik  (həcmcə)  və  qısa  müddətli  (1 
saata  qədər)  işlər  (həm  gərginlik  altında,  həm  də  gərginlik 
götürüldükdən  sonra)  görməyə  icazə  verilir.  Gərginlikdən 
açmaqla  və  müvəqqəti  torpaqlayıcı  qoymaqla  aşağıdakı  işləri 
görməyə  icazə  verilir:  elektrik  mühərrikini  qidalandıran 
kabelin birləşdirilməsi (açması), transformatordan ayrılmaların 
dəyişdirilməsi,  şinlərdə  və  avadanlıqlarda  bərkitmə  işlərinin 
aparılması, aparatlara lazım olduqda (səviyyə aşağı düşdükdə) 
yağın doldurulması. Bu işlər, kvalifikasiya qrupu III-dən aşağı 
olmayan iki nəfərdən az olmayaraq işçilər tərəfindən görülür. 
Gərginlik  altında  olan  cərəyan  keçirən  hissələrdən 
gərginlik götürülmədən aşağıdakı işləri görməyə icazə verilir: 
cərəyanölçən  qısqacla  (kleş)  yükün  ölçülməsi;  ştanqa  ilə 
kontaktların  qızmasının  yoxlanması  (ştanqanın  işçi  hissəsinə 
bir  tikə  mum  bərkidilir),  yağın  əlavə  edilməsi  və  nümunənin 
götürülməsi  və  s.  Bu  işlər,  kvalfikasiya  qrupu  IV-dən  aşağı 
olmayan  əməliyyat  işçisinin  iştirakı  və  nəzarəti  altında  iki 
nəfər görür. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin