148
kütləyə keçə bilər) və hazır kütləni brezent əlcəklərdən və
mühafizə eynəklərindən istifadə etməklə muftaya və ya “qıfa”
doldururlar. Kabellərin damarlarını lehimlədikdə də yuxarıda
qeyd edilən təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
Epoksid kompaundu doldurulmuş muftada kabellərin
soyuması prosesi, epoksid qatranının və onun həlledicisinin
insan bədəninə zərərli olduğundan təhlükəli sayılır. Epoksid
qətranla işləməyə yaşı 18 yuxarı, tibbi müayinədən keçmiş və
təhlükəsizlik tədbirləri ilə tanış olmuş şəxslərə icazə verilir.
Epoksid kompaundunun və həlledicinin işçinin dərisinə
təsirinin qarşısını almaq üçün rezin və ya polietilen
əlcəklərdən istifadə edilir.
Dəriyə kompaund və ya həlledici düşdükdə, təcili olaraq
onu yumşaq kağız, solfetka ilə götürülməli və yerini 3% -li
limon turşusu və ya sabunla istisu ilə yuyulmalıdır.
Dostları ilə paylaş: