2. ELEKTRİK QURĞULARINDA MÜHAFİZƏ TƏDBİRLƏRİ Ümumi anlayışlar Müxtəlif məqsədlərlə quraşdırılan elektrik qurğularının
təhlükəsizliyi bir sıra mühafizə tədbirlərini həyata keçirtməklə
təmin olunur. Bu cür tədbirlərə misal olaraq: alçaq
gərginliklərin tətbiqi və şəbəkələrin mühafizə vasitələri ilə
ayrılması, ikiqat izolyasiyanın tətbiq edilməsini, cari nəzarət
və profilaktik sınaqlarını, mühafizə torpaqlanmasını və ya
elektrik qurğularının gərginlik altına düşmə ehtimalı olan
konstruksiya elementlərinin və elektrik avadanlıqlarının
gövdələrinin torpaqlanmasını, təsadüfən gərginlik altına
düşmüş elektrik avadanlığının hissələrinin və şəbəkənin
zədələnmiş sahələrini avtomatik mühafizə olunmasını,
müxtəlif mühafizə vasitələrindən və qoruyucu tərtibatlarından
istifadə olunmasını, xəbərdarlıq siqnalizasiyasının, yazıların,
plakatların və həmçinin səhv əməliyyatların qarşısını almaq
üçün mühafizə hasarlarının və aparatların blokirovkasından
istifadə olunmasını göstərmək olar.