71
t
tox
U
U
(2.2)
və ya
t
t
tox
r
I
U
(2.3)
- vahiddən kiçik əmsal olub, yerlə qapanma
dövrəsində adamın ayaqları ilə sıfır potensiallı nöqtə
arasındakı gərginlik düşgüsünü nəzərə alır. Sonuncu ifadədən
görünür ki, torpaqlayıcının müqaviməti (r
t
) kiçik olduqca,
toxunma gərginliyinin də (U
tox
) qiyməti az olur və beləliklə
yaranan təhlükə daha zəif olur. Torpaqlayıcıdan axan
cərəyanın (I
t
) qiyməti isə qurğunun işçi gərginliyindən və
zədələnməmiş digər iki fazanın izolyasiyasının vəziyyətindən
asılıdır.
Cərəyanın axma zonasında yer səthinin müxtəlif
nöqtələrində gərginliyin yerə nəzərən dəyişməsinin qrafiki
şəkil 18a göstərilmişdir. Qrafikdən görünür ki, yerə nəzərən ən
böyük gərginlik, xəttin yerlə qapandığı nöqtədə olur. Yerlə
qapanma zonasından uzaqlaşdıqca gərginliyin də qiyməti
azalır. Cərəyanın axma zonasında “addım” gərginliyinin
qrafiki olaraq təyini şəkil 18- də göstərilmişdir.
Elektrik qurğularının quraşdırılması qaydalarına əsasən
yüksək təhlükəli və xüsusi təhlükəli otaqlarda nominal
gərginliyi 36V və ondan yuxarı dəyişən və 110V sabit
gərginlik olan elektrik avadanlıqlarının bütün cərəyan
keçirməyən metal hissələr, onlarda elektrik kontaktında olan
mexaniki avadanlıqlarının konstruksiyaları və gövdələri
torpaqlanır. 500V- dan yuxarı elektrik avadanlıqları olan
bütün otaqlarda torpaqlanma tələb olunur.
Dostları ilə paylaş: