FCA (FREE CARRIER) – satıcının ölkəsində təyin olunmuş yerdə təhvil
FCA çatdırılma şərtində satıcı malları öz yerindən daşıyıcıya yükləyərək gömrük rəsmiləşməsini etməklə və təyin olunmuş yerdə əsas daşıyıcıya təhvil veməklə satıcının məsuliyyəti bitmiş olur. Yükləmə satıcının yerindədirsə (anbarındadırsa) yükləmə ona aiddir, başqa yerdədirsə ( hava/dəniz limanı ) alıcıya aiddir. Satıcılar çox vaxt ödənişləri akkreditivlə (bank yolu ilə) almaqda maraqlı olurlar. Akkreditivin verilməsi üçün isə bank tərəfindən yükləmə sənədləri tələb olunur. Əsas da gəmi yükləməsində FCA şərtində yük gəmiyə yüklənmədən belə satıcının öhdəliyi bitmiş olur, buna görə də satıcının akkreditivi alması üçün banklar satıcılardan yükləmə bildirişini göstərən sənədi tələb etdiklərində problem yaşanırdı. Incoterms 2020 ilə FCA çatdırılma şərtində ilk dəfə bu problemin həlli yolu tapılmışdır. Tərəflər yük gəmiyə yükləndikdən sonra alıcının göstərişi ilə yükləmə tarixi göstərilmiş yükləmə sənədini daşıyıcı tərəfindən satıcıya təqdim edilməsini təmin edə bilər ki, bu vəziyyətdə satıcı yükləmə sənədini banka təqdim etməklə göndərilmiş malların, xidmətlərin dəyərini əldə edə bilər. Dəyişilikdən sonra FCA çatdırılma şərtində satıcıya gəmiyə yükləmədə (on board) yükləmə sənədi verilməsi əlavə olundu.
FCA qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri
Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur, tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
Dostları ilə paylaş: |