Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdə bu vəziyyət
olduğu kimi qalırdı.
Əbu Bəkrin (radıyallahu anhu) xilafəti vaxtında Firuz əd-
Deyləmi adlı bir nəfər onu qətlə yetirdi. Bu hadisənin tarixçəsi
belədir: Əsvəd əl-Ənəsi sərxoş vəziyyətdə yatırdı. Belə olduğu
halda, Feyruz əd-Deyləmi yaxınlaşıb var gücü ilə qılıncla ona zərbə
endirdi. Əl-Ənəsi təsəvvür edilməyən tərzdə öküz kimi bağırdı.
Bunu eşidən gözətçilər tələsik onun otağına yaxınlaşaraq: "Bu
nədir?! Bu nədir?!" – deyə səsləndilər. Bu zaman onun
əməlisalehlərdən olan həyat yoldaşı
26
: "peyğəmbərə" vəhy gəlir –
dedikdə, gözətçilər geri qayıtdılar.
Əsvəd əl-Ənəsiyə tabe olmayan müsəlman və kafirlər onun
olduğu qalanı mühasirəyə aldılar və müsəlmanlardan bir nəfər:
"Mən şəhadət verirəm ki, Muhəmməd Allahın peyğəmbəri, Əbhələ
isə yalançıdır" – deyərək haray çəkdi və onun kəsilmiş başını
Əsvədin tərəfdarlarına tərəf atdı. Bunu görən tərəfdarları pərən-
pərən düşdülər. Müsəlmanlar da onların arxasına düşüb hər tərəfdə
onları öldürdülər
27
.
Dostları ilə paylaş: