Səcah və Bənu Təmim qəbiləsi:
Mürtədlik fitnəsi zamanı Bənu Təmim qəbiləsində fikir
ayrılıqları yaranmışdı. Bəziləri mürtəd olmuş (İslamdan imtina
etmiş), bəziləri zəkatdan imtina etmiş, bəziləri isə İslamda
qalmışdılar. Digər bir qrup isə tərəddüd içində idilər. Vəziyyət belə
olduğu halda, əslən ərəb xaçpərəstlərdən olan Səcəh bintul Haris ət-
Təğlubiyyə adlı qadın onların yanına gəlir və peyğəmbərlik iddia
edir. O, öz tayfasından və onların ətrafında toplaşmış digər
qəbilələrdən təşkil olunmuş bir ordunu da özü ilə gətirmişdi.
Mədinəyə hücum etmək istəyirdi. Bənu Təmim qəbiləsinə
yetişdikdə onları da öz yoluna çağırdı. Qəbilənin çox hissəsi bu
dəvəti qəbul etdi və aralarında müharibənin olmayacağına dair
ittifaq etdilər. Bundan sonra Malik ibn Nuveyra onu Mədinəyə
hücum etməkdən yayındırdı və əvvəlcə Bənul Yərbu qəbiləsi ilə,
sonra digər insanlarla döyüşdü, sonda isə Mədinəyə hücum etməyi
ona tövsiyə etdi. Həmçinin, Səcah öz qoşunu ilə Yəmamə qəbiləsinə
hücum edərək oranı Museyləmə əl-Kəzzabın əlindən almaq
istəyirdi. Onun gəlişindən xəbər tutan Museyləmə çox qorxdu.
Çünki onun başı Yəmamə döyüşündən əvvəl müsəlmanlarla baş
verən toqquşmalara qarışmışdı. Belə halda Museyləmə Səcaha
elçilər göndərərək onunla sülh bağlamağı təklif etdi. Səcah bunun
əvəzində ondan malik olduğu ərazilərin tam yarısını tələb etməklə
razılaşdı. Sonra Museyləmə elçilər göndərib onunla evlənmək
istədiyini bu sözlərlə bildirdi: "İstəyirsənmi səninlə evlənərək
ikimizin tayfasıyla bütün ərəblərə qalib gəlim!" Səcah: "Bəli" –
deyərək ona öz cavabını göndərdi. Xalid ibn əl-Validin gəlişini
28
Bu göstəriş dərin zəkaya və incə düşüncəyə əsaslanırdı. Belə ki, Əbu Bəkr Tuleyhənin döyüş
sənətinə dərindən bələd olduğunu və onun ordu idarəçiliyində böyük təcrübəyə yiyələndiyini
çox yaxşı bilirdi. Lakin əvvəllər onun İslam dinindən üz döndərməsi indi müsəlman
qoşununun başına keçməsini mümkünsüz edirdi. Ona görə də Əbu Bəkr ondan yalnız
məşvərət üçün istifadə edilməsini məqsədəuyğun hesab etdi.
eşidəndə Səcah öz torpaqlarına qayıtdı və Bənu Təğlib qəbiləsində
məskən saldı. Digər rəvayətə görə isə yenidən İslamı qəbul etdi
29
.
Dostları ilə paylaş: |