Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Onun adı


Xalidin  İraqa (Zətus Səlasil



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix16.05.2022
ölçüsü0,56 Mb.
#58110
1   ...   14   15   16   17   18   19   20   21   22
(kitab kimi qoyulsun)Əbu Bəkrin həyatı və xilafəti barədə qısa məlumat

 

Xalidin  İraqa (Zətus Səlasil

31

 döyüşünə) göndərilməsi: 

 

Əbu Bəkr (radıyallahu anhu) Xalid ibn əl-Validə  məktub yazıb 



İraqa getməsini əmr edir. Xalid də İraqa tərəf hərəkət etdi. Farsların 

sərkərdəsi  Hörmüz  müsəlmanlara  qarşı  döyüşmək  üçün  böyük 

qoşun  hazırlamışdı.  Xalid  (radıyallahu  anhu)    öz  adamları  ilə 

farsların qoşunu qarşısında  Kazimə

32

 deyilən  yerdə  düşərgə  saldı. 



Xalid piyada Hörmüz tərəfə irəlilədi və bir-iki zərbədən sonra Xalid  

onu  yerə  yıxdı.  Bu  zaman  Hörmüzun  mühafizəçiləri  onu  Xalidin  

əlindən  xilas  etmək  üçün  irəli  atıldılar.  Bunu  görən  əl-Qaıqa  ibn 

Amr    onların  qarşısını  kəsərək  hücumu  yatırdı.  Beləliklə,  farslar 

məğlub  oldular.  Müsəlmanlar  axşama  qədər  mübarizəni  davam 

etdirərək onların silah-sursatını və mallarını ələ keçirdilər. 

Əbu Bəkr əs-Siddiq  (radıyallahu anhu) Ərəbistan yarımadası 

ilə  bağlı  işlərin  icrasını  bitirdikdən  sonra  qüvvələrini  İraqa  tərəf 

yönəldərək Xalid ibn əl-Validi  oraya göndərdi və Amr ibn əl-Asa  

 

30



Vəhşi ibn Hərb İslamı qəbul etmədən əvvəl həmin nizə ilə Allahın və rəsulunun şiri adlanan, 

Peyğəmbər (sallallahu aleyhi və səlləm)in  əmisi Həmzə ibn Əbdül  Müttalibi öldürmüşdü. 

İndi isə onunla Allahın ən pis düşməni yalançı Museyləməni öldürdü. 

31

  Bu  yerin  Zətus-Səlasil  adlandırılmasına  səbəb,  fars  süvarilərinin  oradan  çox  keçməsi  ilə 



əlaqədardır. ("Əl-Bidayə vən Nihayə" 6/349). Bu Zətus-səlasil adlı döyüş Peyğəmbərin (sallallahu 

aleyhi və səlləm) vaxtında baş verən eyni adlı döyüşdən fərqlidir. 

32

 Hal-hazırda bu yer Kuveyt dövlətində yerləşir.  




bir məktub yazdı. Məktubda deyilirdi: "Ey Abu Abdullah! Mən sənin 

dünya  və  axirət  həyatın  üçün  daha  xeyirli  olan  bir  işi  seçmək  qərarına 

gəldim.  Əgər  indiki  vəziyyətinin  sənə  daha  sevimli  olduğunu 

düşünürsənsə, mənim fikrimdən imtina edə bilərsən!" 

Amr  ibn  əl-As  (radıyallahu  anhu) məktubun  cavabında  belə 

dedi:  "Mən  İslam  oxlarından  biriyəm.  Sən  isə  bu  oxları  cəm  edən  və 

yayından atan Allah bəndəsisən. İndi isə bax ən çətin və ən təhlükəli hədəfi 

seç və məni oraya at!" 

Bu  razılığı  eşidən  Əbu  Bəkr  (radıyallahu  anhu)  vilayətlərə 

sərkərdələr və əmirlər təyin etməyə başladı. Bu bölgülər belə idi: 

1. 


Yezid  ibn  Əbi  Sufyanı  ən  böyük  dəstə  ilə  Dəməşq 

vilayətinə təyin etdi. 

2. 

Əbu Ubeydə ibn əl-Cərrahı Hums vilayətinə təyin edti. 



3. 

Amr ibn əl-Ası Fələstinə təyin etdi. 

Sonra  Yezid  ibn  Əbu  Sufyana  dəstək  olaraq  Şurahbil  ibn 

Həsənəni və İkrimə ibn Əbu Cəhli onun yanına göndərdi. 

Yərmuk  döyüşündə  iştirak  edən  ən  görkəmli  səhabələr 

aşağıdakılardır:  

Əbu  Ubeydə  ibn  əl-Cərrah,  əz-Zubeyr  ibn  əl-Əvvam, 

Abdullah  ibn  Məsud,  Əbu-d-Dərda,  Əbu  Hureyrə,  Şurəhbil  ibn 

Həsənə,  Amr  ibn  əl-As,  Əbu  Sufyan  ibn  Hərb,  Yezid  ibn  Əbu 

Sufyan. Allah bütün səhabələrdən razı olsun! 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin