Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Onun adı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix16.05.2022
ölçüsü0,56 Mb.
#58110
1   ...   14   15   16   17   18   19   20   21   22
(kitab kimi qoyulsun)Əbu Bəkrin həyatı və xilafəti barədə qısa məlumat

 

Yəməmə döyüşü: 

 

Əbu Bəkr (radıyallahu anhu) Xalid ibn əl-Validi Bənu Hənifə  



qəbiləsinə  qarşı  döyüşmək  üçün  Yəmaməyə  göndərdi.  Bundan 

əvvəl  də  İkrimə  ibn  Əbu  Cəhli  və  Şurahbil  ibn  Həsənəni    oraya 

göndərmişdi. Bənu Hənifə qoşununun sayı qırx min idi. Xalid oraya 

çatanda qoşunun önündə Şurahbil ibn Həsənəni, sağ tərəfində Zeyd 

ibn əl-Xəttabı, sol tərəfində isə Əbu Huzeyfəni  başçı təyin etdi. 

Müsəlmanlar  irəli  gedib  Yəməmə  yaxınlığında  bir  təpəyə 

çatdıqda  Xalid  qoşun  düşərgəsini  orada  salmağı  qərarlaşdırdı. 

Mühacirlərin  bayrağı  Səlim  Mövla  əbu-Huzeyfədə,  Ənsarların 

bayrağı isə Sabit ibn Qeysdə idi. Döyüş həddindən artıq qızışmışdı, 

hətta  Sabit  ibn  Qeys  ətirlənib  kəfənlənərək  yeri  qazıb  ayaqlarını 

dizə qədər basdırmışdı. O, bu vəziyyətdə ölənə qədər döyüşdü.  

Bəzi  mühacirlər  Salim  Mövla  əbu  Huzeyfəyə  dedilər: 



"Qorxursan  ki,  hücuma  sən  tərəfdən  məruz  qalaq?!  Salim  dedi:  "Belə 

olarsa, onda mən Quranın ən pis bilicilərindən olaram!" 

Xalid  ibn  əl-Valid  (radıyallahu  anhu)  döyüş  meydanını 

yararaq  irəli  atıldı.  Sonra  yenidən  geri  qayıdaraq  iki  qoşunun 

arasında  dayandı  və  qarşı  tərəfi  təkbətək  döyüşə  çağırdı.  Onunla 

qarşı-qarşıya çıxan hər kəsi öldürürdü. Döyüş tam qızışdıqda Xalid 

mühacirləri,  ənsarlari  və  ə`rabiləri  bir-birindən  ayırdı  və  hər 

dəstəyə  ayrı  bayraq  verdi  ki,  insanlar  haradan  hücuma  məruz 

qaldıqlarını  bilsinlər. Bu döyüşdə müsəlmanlar misli görünməyən 

səbir  nümayiş  etdirdilər.  Onlar  bu  minvalla  düşmənin  sıralarına 

yeriyirdilər.  

Nəhayət,  Allah  onlara  qalibiyyət  verdi  və  düşmən  arxasına 

baxmadan qaçmağa başladı. Onlar Hədiqatul Movt (Ölüm Bağçası) 

adlanan yerə toplandılar və oranın qapılarını müsəlmanların üzünə 

bağladılar.  Səhabələr  onları  mühasirəyə  aldılar.  Bəra  ibn  Malik 

(radıyallahu  anhu)  dedi:  "Ey  Müsəlmanlar,  məni  həmin  bağçaya 

onların  yanına  atın!  Sonra  müsəlmanlar  onu  nizələrin  ucunda 

 

29

 "Əl-Bidayə vən Nihayə" 6/324. 




qaldıraraq  divarın  üstündən  içəri  atdılar.  O,  bağçanın  qapılarını 

açana qədər onlarla döyüşdü və nəhayət qapını açdı. Müsəlmanlar 

bağçaya  qapıdan  və  divarların  üstündən  aşaraq  daxil  olmağa 

başladılar.  Müsəlmanlar,  Yəməmə  camaatından  olan  mürtədləri 

bir-bir  öldürürdülər.  Museyləməyə  çatdıqda  Vəhşi  ibn  Hərb  önə 

çıxıb nizəsi ilə  onu vurub öldürdü.

30

 Onlardan təxminən,  on minə 



yaxın adam həlak oldu. Müsəlmanlardan isə altı yüzə yaxın adam 

ölmüşdü. 

Qalanları isə bir qalaya sığındılar. Xalid onlarla sülh bağlayıb 

İslama dəvət etdi. Nəhayət onlar İslamı qəbul etdilər. Müsəlmanlar 

qalaya daxil ola bilməyən  mürtədləri  əsir götürmüşdülər. Onların 

arasında  sonradan  Əlinin  (radıyallahu  anhu)    köləliyə  götürüb 

evləndiyi qadını da var idi. O qadından Əlinin  Muhəmməd ibn əl-

Hənəfiyyə adlı övladı olmuşdu. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin