5
Nizamülmülk məhz belə bir dövrün övladı idi və o, tarixin göstərdiyi
kimi, doğulan gündən öldürülən günədək yalnız bu psixologiyaya sadiq qalmıĢ,
bütün iĢlərini, o cümlədən dövlət, Ģəriət, siyasət Ģəxsi həyat və yaĢayıĢ normalarını
dövrünün bu tələbinə tabe etmiĢ, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən əl
çəkməmiĢ,
hətta yeri gəldikcə, gördüyü bütün mütərəqqi iĢlərinə baxmayaraq,
edam, xəyanət və cinayətdən çəkinməmiĢdi. Nəticədə özü də belə bir cinayətin
qurbanı olmuĢdur. Bu baxımdan, Ģübhəsiz ki, Nizamülmülk bir vəzir kimi bəzi
tarixçilər tərəfindən idealizə edilmiĢdir.
Həqiqətən də az müddət içərisində Nizamülmülk Davud bin Mikayılın
dəftərxana iĢlərini nizama sala bilmiĢ, vergi toplanmasını, torpaqların suvarılması,
din və Ģəriət qayda-qanunlanna riayət edilməsi və sairədə böyük məharət göstərmiĢ
özünün yaxĢı siyasətçi, dini və Ģəri məsələlərdən baĢı çıxan, təsərrüfatı
idarə
etməyi bacaran bir dövlət xadimi kimi tanıtmıĢ, divanda böyük hörmət və nüfuz
qazanmıĢdı. Davud bin Mikayıl hər Ģeydə Nizamülmülklə məsləhətləĢir, onun
təkliflərinə əməl edir, istedad və qabiliyyətinə heyrətini belə gizlətmirdi. Ona görə
özü ölərkən oğlu Alp Arslana vəsiyyət edir ki, Nizamülmülkdən istifadə etsin, ona
dövlət vəzifələri tapĢırmağı müzayiqə etməsin. Alp Arslan hakimiyyətə keçdikdən
Sonra Nizamülmülk öz fəaliyyətini daha da geniĢləndirir, Alp Arslana yeri
gəldikcə böyük xidmətlər göstərir, rəqiblərini bir-bir aradan qaldıraraq vəzirlik
məqamına qədər yüksəlir. Bu cəhətdən Nizamülmülkdən əvvəl səlcuq sultanlarına
vəzirlik etmiĢ, sonra dini əqidələr bəhanə edilərək həbsxanaya salınmıĢ
Əmidülmülkün edam edilməzdən bir az əvvəl Alp Arslana göndərdiyi məktub çox
səciyyəvidir.
O yazırdı:
"Sənə sədaqətlə xidmət etdim. Atan bu dünyanı mənə vermiĢ,
mən də
hökm sürmüĢdüm.
Bu gün də sən məni Ģəhid etməklə axirəti mənə bəxĢ edirsən. Bundan
yüksək səadət ola bilməz. Nizamülmülkə də vəziri öldürməklə dünyaya murdar bir
bidət, çirkin bir adət gətirdin. Bunun nə ilə nəticələnə biləcəyini düĢünürsənmi?
Sənin və övladlarının aqibətinin belə olacağından qorxuram"
3
.
Tarix Əmidülmülkün necə uzaqgörən olduğunu sübut etdi. Nizamülmülk
özü və oğlu dini və saray çarpıĢmaları üstündə, əlbəttə, çox sonralar məhv edildi.
Hələlik Nizamülmülkün ulduzu parıldayır. O, Alp Arslan sarayında əl-ayağına
dolaĢanları, dini əqidəsinə zidd olanları, tədbir və siyasətinə qarĢı duranları, əmr və
tapĢırıqlarını yerinə yetirməyə maneçilik törədənləri, haqqında Ģayiə yayanları, bir
sözlə siyasi, ictimai, dini, hərbi rəqiblərini, hər hansı bir iradəsinə müqavimət
göstərənləri Ģirnikdirib öz tərəfinə çəkmək, qorxudub susdurmaq,
öldürüb aradan
qaldırmaq yolu ilə Səlcuqlar dövlətinin cilovunu daha möhkəm əlinə yığır, bütün
həssas vəzifələrə öz adamlarını təyin edirdi. Lakin bununla birlikdə öz hamisi Alp
3
Osman Turan. SəlcuqIar tarixi və türk-islam mədəniyyəti. Ankara,1965, səh.99. Bundan sonra:
Osman
Turan, səh...
6
Arslana, sonra isə Məlik Ģaha böyük xidmətlər göstərir, ölkənin nizama
salınmasını, dövlətin möhkəmləndirilməsini, xəzinənin doldurulmasını da
unutmurdu. Bu xidmətlərin bir qismi hakimiyyət baĢında olan səlcuq sultanının
Ģəxsən özünə və ən yaxın adamlarına edilir, Nizamülmülk onları, necə deyərlər,
Ģəxsən özünə borclu vəziyyətə salırdı. Bu baxımdan Nizamülmülkün Alp Arslan
Ģikarda olarkən Rum qoĢunları tərəfindən tutulması,
Nizamülmülkün tədbirləri
əsasında bundan saray adamlarının xəbərdar olmaması, on iki yaĢlı MəlikĢahın
Məryəm NeĢin Qalası alınarkən boğulmaqdan xilas edilməsi haqqında rəvayətlər
Alp Arslan öldükdən sonra MəlikĢahın taxta çıxarılması və s. çox səciyyəvidir.
Məxəzlərin göstərdiyinə görə, bir dəfə Alp Arslan Ģikarda olarkən Rum əsgərləri
tərəfindən əsir tutulur. Bir nəfər qaçıb sultanın tutulduğunu Nizamülmülkə xəbər
verir. Nizamülmülk dərhal öz yaxın adamlarından birinə əmr edir ki, müəyyən bir
dəstə ilə axĢamüstü, qaĢ qaralanda ovlaq tərəfindən ordugaha daxil olsun, elə etsin
ki, guya sultan Ģikardan qayıdır. Haman adam bu tapĢırığı sən dərəcə məharətlə
yerinə yetirir. O öz adamları ilə böyük hay-küylə axĢam ovlaq tərəfindən ordugaha
daxil olur, guya Alp Arslan Ģikardan qayıdır, sonra isə Nizamülmülk sultanın
özünü də əsirlikdən azad etdirməyə müvəffəq olur.
Nizamülmülk bir tərəfdən
səlcuq sultanlarının Ģəxsən özlərinə etdiyi xidmətlər, hərbi qüvvələrə, fars
aristokrat təbəqələrinə göstərdi himayəçilik, digər tərəfdən öz yaxın adamlarının
böyük vəzifələrl təyin edilməsi, ölkədə apardığı bir sıra islahatlar, iqtisadi tərəqqi
hərbi qələbələr, daxili və xarici siyasətdə əldə etdiyi
nailiyyətlər onun qüdrət və
nüfuzunu xeyli artırmıĢdı. Əlbəttə Nizamülmülkün belə böyük bir siyasətlə
hakimiyyəti ələ alması onun əleyhdarlarını narahat etməyə bilməzdi.
Hələ Alp Arslan dövründə Nizamülmülkün rəqibləri onun əleyhinə iĢləyir,
müxtəlif Ģayiələr yayırdılar, onlar hətta namaz vaxtı belə Nizmülmülkün əleyhinə
ərizə və Ģikayətlərini sultana çatdırmaqdan çəkinmirdilər. Bir dəfə namaz qılarkən
Alp Arslanın önünə imzasız bir Ģikayət ərizəsi qoyulur. Alp Arslan Nizamülmülk
əleyhinə olan bu ərizəni oxuduqdan sonra guya Nizamülmülkə demiĢdir:
"Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftira deyirlərsə onları bağıĢla
və bu kimi Ģeylərlə uğraĢmağa vaxt tapmamaları üçün onları mühüm iĢlərlə məĢğul
et"
4
.
Nizamülmülk bütün bu xəbərdarlığa baxmayaraq, öz bildiyini edirdi. O
saray intriqalarını, xalqın vəziyyətinin ağırlığını, ölkənin daxili və xarici
siyasətindəki ziddiyyətləri, dini təriqətlər arasındakı ixtilaf və toqquĢmaları
hamıdan yaxĢı bildiyindən və gördüyündən belə Ģikayətlərin olacağını
ehtimal
etməyə bilməzdi. Nizamülmüik öz dövründə möveud olan ictimai, iqtisadi, siyasi,
hərbi, dini və s. qüvvələrin nə vəziyyətdə olduğunu hamıdan gözəl anlayırdı. Ona
görə, ölkənin bütün sahələrdə qüdrətini artırmaq, öz mövqeyini daha da
möhkəmlətmək üçün təsirli tədbirlər görmək zərurəti qarĢısında qalmıĢdı. Səlcuq
4
Dostları ilə paylaş: