Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname

A.Bolotnikov.Göstərilən əsəri,səh. 181-182 


12 
məzhəb münaqiĢələri üçün deyil, elmi inkiĢaf etdirmək üçündür‖
11

Orta əsrlərdə baĢqa yerlərdə olduğu kimi, səlcuqların qılınc və qələm 
gücünə zəbt etdikləri böyük bir ərazidə də daxili saray çarpıĢmaları, geniĢ 
zəhmətkeĢ təbəqələrin müxtəlif Ģəkildə təzahür edən sinfi mübarizələrlə yanaĢı, 
dini münaqiĢələr-ideoloji mübarizənin orta əsrlər üçün səciyyəvi olan bu forması, 
yerdə qalan bütün mübarizə formaları, siyasi, iqtisadi, hərbi və s. ilə elə 
calaqlanmıĢdı ki, əlbəttə, onu MəlikĢahın əmri, istəyi ilə dayandırmaq mümkün 
deyildi. Çünki F.Engelsin ifadəsilə demiĢ olsaq, feodalizm cəmiyyətindəki sinfi 
hərəkatların dini boyaları insan qəlbinin xüsusiyyəti və insanın dini 
ehtiyacları ilə deyil...yalnız bir ideologiya forması dini və teoloji forması 
tanıyan orta əsrlərin bütün əvvəlki tarixi ilə izah edilir.
Ölkə geniĢləndikcə, MəlikĢah yaĢa dolub kamilləĢdikcə, vəzir qocaldıqca, 
Səlcuq sülaləsi və xilafət arasında ziddiyyətlər kəskinləĢdikcə, zəhmətkeĢ xalqın 
vəziyyəti ağırlaĢdıqca, dini münaqiĢələr qızıĢıb siyasi mübarizələrə keçdikcə 
saray intriqaları daha da güclənirdi. MəlikĢah Nizamülmülkə qarĢı daha inamsız 
olur, onun hərəkətlərindən tez-tez əsəbiləĢirdi. Bu iĢdə hərəmxana və 
Nizamülmülkün rəqiblərinin də rolu az olmurdu. Yuxarıda qeyd edildiyi
kimi, Səlcuq dövlətində hərəmxana qadınları, xüsusən sultan arvadları dövlət 
iĢlərinə müdaxilə edirdilər, ərləri üzərində böyük nüfüz və təsirləri vardı. Ġndi isə 
Nizamülmülkün fəaliyyəti nəticəsində onlar siyasət və dövlət iĢlərindən 
uzaqlaĢdırılır, ərəb-fars hökmdarlarında belə bir adətin olmadığı göstərilirdi. 
Digər tərəfdən, Nizamülmülk tərəfindən incidilmiĢ saray adamları da harada 
xoĢagəlməyən bir hadisə baĢ verirdisə, onu Nizamülmülk və onun adamlarının 
ayağına yazırdılar, Ģahın ixtiyarını məhdudlaĢdırdığını deyir, ölkənin bütün 
iĢlərinin Nizamülmülk və onun adamları tərəfindən ələ keçirildiyi haqqında yalan-
doğru Ģayiələr yayıb MəlikĢahı qızıĢdırırdılar. Məxəzlərdə oxuyuruq: "Rəqibləri
hər gün sultanı xacədən daha ehtiyatlı olmağa təhrik edirdilər (deyirdilər) ki, bütün 
öz adamlarını, oz tərəfdarlarını vəzifəyə təyin etmiĢdir. Sultanın özünün heç bir 
ixtiyarı yoxdur". Bu sözlər isə yanlıĢ deyildi. YavaĢ-yavaĢ MəlikĢahın 
Nizamülmülkə olan hörmət və etimadı azaldı, onun tərəfdarları tədricən iĢdən
uzaqlaĢdırıldılar. Ara-sıra sultanın yanına Ģikayətə gələn olduqda MəlikĢah ona 
(haman adama) edilmiĢ zülmün səbəbini хасə və onun iradəsinin 
yarıtmazlığında görürdü
12

Həyat göstərir: ürəyə Ģübhə və inamsızlıq toxumu düĢdümü, о mütləq 
cücərib qol-budaq atacaqdır. Su tökən çox olduqca daha tez, qida verən bol 
olduqca daha böyük olacaqdır. Sarayda isə bunların hər ikisi istənildiyindən qat-qat 
çox idi. Hərəmxanada-xatunlar və xədimlər, divanxanada-xainlər və xadimlər. 
11
Osman Tııran, səh 233. 
12
MəĢhəd. Ədəbiyyat fakültəsinin əsərləri,IV il, # l-2,səh.25


13 
Ölkədə isə, müharibələr, mübarizələr bütün antaqonist sinfin cəmiyyətlərdə olduğu 
kimi, orta əsrin feodal-quldarlıq qarıĢılıqlı cəmiyyətində əsas iki-zalimlər və 
məzlumlar, istismar olunanlar sinifləri qarĢı-qarĢıya durmuĢdular. Lakin hər sinfin 
özünün daxilində ziddiyyətlər, ictimai təbəqələĢmə və mübarizələr gedirdi. 
Nizamülmülkün mənsub olduğu hakim təbəqədə ən azı üç qüvvə qarĢı-qarĢıya 
durmuĢdu: hakimiyyət baĢında duran əlisilahlı səlcuqlar və ona tabe olan bütün 
bürokratik-zadəgan dövlət dəstgahı, dinin baĢında əliquranlı, ağzıdualı xilafət, hər 
ikisi açıq fəaliyyətdə olan, zahirən bir-birinə hörmət edən qohumluq bağları ilə 
peyvənd edilmiĢ, zəhmətkeĢ xalqa qarĢı mübarizədə əlbir olan qüvvələr idisə, 
üçüncü qüvvə gizli fəaliyyətdə olan, hakimiyyəti ələ keçirməyə çalıĢan və hər iki 
qüvvəni daxildən dağıtmaq istəyən qüvvələrdən ibarət idi. Nizamülmülk bu 
istismarçılar sinfinə aid olan hər üç cəbhə ilə sıx əlaqə saxlayır, onların hər 
üçündən, Ģəraitdən asılı olaraq istifadə etməyə çalıĢırdı. O, bu məqsədinə bəzən 
nail olur, bəzən isə müvəffəqiyyətsizliyə uğrayırdı. Bu qruplarda dostlar da çox idi, 
düĢmənlərdə. Nizamülmülk öz təcrübəsindən gözəl bilirdi ki, dostlar köməyə 
çatana qədər düĢmənlər adamın axırına çıxa bilərlər. "Yaxın düĢmən daha qorxulu 
olar" məsələsi Nizamülmülkə çox tanıĢ idi. Ona ən yaxın MəlikĢah idi, onun 
düĢmən olması ən arzuedilməz və dəhĢətli idi. Ona görə Nizamülmülk ona yaxın 
vəzir kimi görünməyə çalıĢır, lakin xilafətlə aranı sazlamağı, ətrafına e'tibarlı 
adamlar yığmağı da unutmurdu. Bir-birinin ardınca əldə edilən qələbələr, 
vuruĢmalarda xüsusi qəhrəmanlıq göstərmiĢ, zəfər və fəthlərdə böyük rol oynamıĢ 
sərkərdələrə "iqta" (kəsik) adlanan torpaqların verilməsi, mədrəsələrin açılması, 
alimlərin himayə edilməsi, ölkədə abadlıq iĢlərinin aparılması onun adına çıxarılır, 
nüfuzunu artırırdı, bu isə MəlikĢahın sultanlıq Ģəninə, xudpəsəndlik hisslərinə 
müəyyən sədəmə gətirir, onun Nizamülmülkə qarĢı kin və nifrətini Ģiddətləndirirdi. 
Hər halda Nizamülmülk Ģöhrəti səlcuq sultanlarının Ģəxsi nüfuzunu kölgədə 
buraxırdı. Bütün tarixçilər, istər qədim, istərsə yeni, MəlikĢah dövründən 
danıĢarkən söhbət onun adı ilə bağlanırdı, misilsiz vəzir adlanırdı. "Bu dövrdə 
ölkənin abadlığı və millətin asayiĢi tam mənasında bərqərar və Nizamülmülk kimi 
misilsiz vəzir də ixtiyar sahibi idi
13
". 
XI əsrin sənlarına doğru ölkədə demək olar ki, daxili vəziyyət nisbətən 
"sabitləĢmiĢ", zahiri sakitlik yaranmıĢdı. MəlikĢah tacqoyma mərasimi keçirmək, 
vəliəhd seçmək qərarına gəlmiĢdi. Digər tərəfdən, Xəlifə Müqtədi qohum olmaq 
arzusunu bildirmiĢ, MəlikĢahın qızını alaraq onun kürəkəni olmaq istədiyi 
xəbərini öz vəziri Fəxrəddövlə vasitəsilə ona çatdırmaq üçün MəlikĢahın yanına 
göndərmiĢdi. Lakin xəlifə vəzirinin ayağı xeyirli deyilmiĢ. O, 1082-ci ildə 
Ġsfahana gələrkən MəlikĢahın iki yaĢlı Davud adlı oğlu ölmüĢdü. Ona türkmən 
qaydasında yas saxlayırdılar. ġəhər bütün matəmə batmıĢdı. Türkmənlər atlarının 
quyruğunu kəsmiĢ, yəhərlərini tərsinə çevirmiĢ, qara geyinmiĢ, qadınlar saçlarını 
13

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin