24
Nizamülmülk Səlcuq dövlətinin vəziri olduğu vaxt Azərbaycan da həmin
dövlətin tərkibinə daxil edilmiĢdi. Buna görə də "Siyasətnamə" XI əsr Azərbaycan
tarixini öyrənmək üçün də əhəmiyyətlidir. Eləcə də bu əsərdən bir ədəbi abidə kimi
də sonrakı əsrlərdə istifadə olunmuĢdur. O cümlədən Məhəmməd Qəzzali
"Nəsihətülmülk" əsərində "Siyasətnamə"yə nəzər salmıĢdır. "Siyasətnamə"də olan
bir rəvayət Nizami Gəncəvinin "Həft peykər‖indəki
mənzum bir hekayə kimi
verilmiĢdir. Bu hekayət Bəhramın ova gedib bir çobana rast gəlməsi və onun itinin
canavarla birləĢib sahibinə xəyanət etməsi üstündə cəzalandırmasıdır ki, həm
"Siyasətnamə"də həm də "Həft peykər"də təxminən eyni süjetdə nəql olunmuĢdur.
Fərq yalmz vəzirin adının "Siyasətnamə"də RastrəviĢ, "Həft peykər"də RaströvĢən
olmasındadır.
"Siyasətnamə" ilk dəfə fransız ĢərqĢünası ġ.ġefer tərəfindən 1892-ci ildə
nəĢr edilmiĢdir. Bundan bir il sonra ġ.ġefer onun fransızca tərcüməsini və nəhayət
1897-ci ildə Nizamülmülkün tərcümeyi-halını nəĢr etdirmiĢdir. "Siyasətnamə" rus
dilində B.N.Zaxoderin tərcüməsi, geniĢ izahları və əsər haqqında tədqiqatı ilə
1949-cu ildə Moskva-Leninqradda nəĢr edilmiĢdir. Ġranda "Siyasətnamə" Murtəza
Moddərresi Çahardəhinin tərtibi və müqəddiməsi, Məhəmməd Qəzvininin haĢiyə
və izahları ilə 1955-ci ildə çap olunmuĢdur.
Dostları ilə paylaş: