12
məzhəb münaqiĢələri
üçün deyil, elmi inkiĢaf etdirmək üçündür‖
11
.
Orta əsrlərdə baĢqa yerlərdə olduğu kimi, səlcuqların qılınc və qələm
gücünə zəbt etdikləri böyük bir ərazidə də daxili saray çarpıĢmaları, geniĢ
zəhmətkeĢ təbəqələrin müxtəlif Ģəkildə təzahür edən sinfi mübarizələrlə yanaĢı,
dini münaqiĢələr-ideoloji mübarizənin orta əsrlər üçün səciyyəvi olan bu forması,
yerdə qalan bütün mübarizə formaları, siyasi, iqtisadi, hərbi və s. ilə elə
calaqlanmıĢdı ki, əlbəttə, onu MəlikĢahın əmri, istəyi ilə dayandırmaq
mümkün
deyildi.
Çünki F.Engelsin ifadəsilə demiĢ olsaq, feodalizm cəmiyyətindəki sinfi
hərəkatların dini boyaları insan qəlbinin xüsusiyyəti və insanın dini
ehtiyacları ilə deyil...yalnız bir ideologiya forması dini və teoloji forması
tanıyan orta əsrlərin bütün əvvəlki tarixi ilə izah edilir.
Ölkə geniĢləndikcə, MəlikĢah yaĢa dolub kamilləĢdikcə, vəzir qocaldıqca,
Səlcuq sülaləsi və xilafət arasında ziddiyyətlər kəskinləĢdikcə, zəhmətkeĢ xalqın
vəziyyəti ağırlaĢdıqca, dini münaqiĢələr qızıĢıb siyasi mübarizələrə keçdikcə
saray intriqaları daha da güclənirdi. MəlikĢah Nizamülmülkə qarĢı daha inamsız
olur, onun hərəkətlərindən tez-tez əsəbiləĢirdi. Bu iĢdə hərəmxana və
Nizamülmülkün rəqiblərinin də rolu az olmurdu. Yuxarıda qeyd edildiyi
kimi, Səlcuq dövlətində hərəmxana qadınları, xüsusən sultan arvadları dövlət
iĢlərinə müdaxilə edirdilər, ərləri üzərində böyük nüfüz və təsirləri vardı. Ġndi isə
Nizamülmülkün fəaliyyəti nəticəsində onlar siyasət və dövlət iĢlərindən
uzaqlaĢdırılır, ərəb-fars hökmdarlarında belə bir adətin olmadığı göstərilirdi.
Digər
tərəfdən, Nizamülmülk tərəfindən incidilmiĢ saray adamları da harada
xoĢagəlməyən bir hadisə baĢ verirdisə, onu Nizamülmülk və onun adamlarının
ayağına yazırdılar, Ģahın ixtiyarını məhdudlaĢdırdığını deyir, ölkənin bütün
iĢlərinin Nizamülmülk və onun adamları tərəfindən ələ keçirildiyi haqqında yalan-
doğru Ģayiələr yayıb MəlikĢahı qızıĢdırırdılar. Məxəzlərdə oxuyuruq: "Rəqibləri
hər gün sultanı xacədən daha ehtiyatlı olmağa təhrik edirdilər (deyirdilər) ki, bütün
öz adamlarını, oz tərəfdarlarını vəzifəyə təyin etmiĢdir. Sultanın özünün heç bir
ixtiyarı yoxdur". Bu sözlər isə yanlıĢ deyildi. YavaĢ-yavaĢ MəlikĢahın
Nizamülmülkə olan hörmət və etimadı azaldı, onun tərəfdarları tədricən iĢdən
uzaqlaĢdırıldılar. Ara-sıra sultanın yanına Ģikayətə gələn olduqda MəlikĢah ona
(haman adama) edilmiĢ zülmün səbəbini
хасə və onun iradəsinin
yarıtmazlığında görürdü
12
.
Həyat göstərir: ürəyə Ģübhə və inamsızlıq toxumu düĢdümü, о mütləq
cücərib qol-budaq atacaqdır. Su tökən çox olduqca daha tez, qida verən bol
olduqca daha böyük olacaqdır. Sarayda isə bunların hər ikisi istənildiyindən qat-qat
çox idi. Hərəmxanada-xatunlar və xədimlər, divanxanada-xainlər və xadimlər.
11
Osman Tııran, səh 233.
12
MəĢhəd. Ədəbiyyat fakültəsinin əsərləri,IV il, # l-2,səh.25
13
Ölkədə isə, müharibələr, mübarizələr bütün antaqonist sinfin cəmiyyətlərdə olduğu
kimi, orta əsrin feodal-quldarlıq qarıĢılıqlı cəmiyyətində
əsas iki-zalimlər və
məzlumlar, istismar olunanlar sinifləri qarĢı-qarĢıya durmuĢdular. Lakin hər sinfin
özünün daxilində ziddiyyətlər, ictimai təbəqələĢmə və mübarizələr gedirdi.
Nizamülmülkün mənsub olduğu hakim təbəqədə ən azı üç qüvvə qarĢı-qarĢıya
durmuĢdu: hakimiyyət baĢında duran əlisilahlı səlcuqlar və ona tabe olan bütün
bürokratik-zadəgan dövlət dəstgahı, dinin baĢında əliquranlı, ağzıdualı xilafət, hər
ikisi açıq fəaliyyətdə olan, zahirən bir-birinə hörmət edən qohumluq bağları ilə
peyvənd edilmiĢ, zəhmətkeĢ xalqa qarĢı mübarizədə əlbir olan qüvvələr idisə,
üçüncü qüvvə gizli fəaliyyətdə olan, hakimiyyəti ələ keçirməyə çalıĢan və hər iki
qüvvəni daxildən dağıtmaq istəyən qüvvələrdən ibarət idi. Nizamülmülk bu
istismarçılar sinfinə aid olan hər üç cəbhə ilə sıx əlaqə saxlayır, onların hər
üçündən, Ģəraitdən asılı olaraq istifadə etməyə çalıĢırdı. O,
bu məqsədinə bəzən
nail olur, bəzən isə müvəffəqiyyətsizliyə uğrayırdı. Bu qruplarda dostlar da çox idi,
düĢmənlərdə. Nizamülmülk öz təcrübəsindən gözəl bilirdi ki, dostlar köməyə
çatana qədər düĢmənlər adamın axırına çıxa bilərlər. "Yaxın düĢmən daha qorxulu
olar" məsələsi Nizamülmülkə çox tanıĢ idi. Ona ən yaxın MəlikĢah idi, onun
düĢmən olması ən arzuedilməz və dəhĢətli idi. Ona görə Nizamülmülk ona yaxın
vəzir kimi görünməyə çalıĢır, lakin xilafətlə aranı sazlamağı, ətrafına e'tibarlı
adamlar yığmağı da unutmurdu. Bir-birinin ardınca əldə edilən qələbələr,
vuruĢmalarda xüsusi qəhrəmanlıq göstərmiĢ, zəfər və fəthlərdə böyük rol oynamıĢ
sərkərdələrə "iqta" (kəsik) adlanan torpaqların verilməsi, mədrəsələrin açılması,
alimlərin himayə edilməsi, ölkədə abadlıq iĢlərinin aparılması onun adına çıxarılır,
nüfuzunu artırırdı, bu isə MəlikĢahın sultanlıq Ģəninə, xudpəsəndlik hisslərinə
müəyyən sədəmə gətirir, onun Nizamülmülkə qarĢı kin və nifrətini Ģiddətləndirirdi.
Hər halda Nizamülmülk Ģöhrəti səlcuq sultanlarının Ģəxsi
nüfuzunu kölgədə
buraxırdı. Bütün tarixçilər, istər qədim, istərsə yeni, MəlikĢah dövründən
danıĢarkən söhbət onun adı ilə bağlanırdı, misilsiz vəzir adlanırdı. "Bu
dövrdə
ölkənin abadlığı və millətin asayiĢi tam mənasında bərqərar və Nizamülmülk kimi
misilsiz vəzir də ixtiyar sahibi idi
13
".
XI əsrin sənlarına doğru ölkədə demək olar ki, daxili vəziyyət nisbətən
"sabitləĢmiĢ", zahiri sakitlik yaranmıĢdı. MəlikĢah tacqoyma mərasimi keçirmək,
vəliəhd seçmək qərarına gəlmiĢdi. Digər tərəfdən, Xəlifə Müqtədi qohum olmaq
arzusunu bildirmiĢ, MəlikĢahın qızını alaraq onun
kürəkəni olmaq istədiyi
xəbərini öz vəziri Fəxrəddövlə vasitəsilə ona çatdırmaq üçün MəlikĢahın yanına
göndərmiĢdi. Lakin xəlifə vəzirinin ayağı xeyirli deyilmiĢ. O, 1082-ci ildə
Ġsfahana gələrkən MəlikĢahın iki yaĢlı Davud adlı oğlu ölmüĢdü. Ona türkmən
qaydasında yas saxlayırdılar. ġəhər bütün matəmə batmıĢdı. Türkmənlər atlarının
quyruğunu kəsmiĢ, yəhərlərini tərsinə çevirmiĢ, qara geyinmiĢ, qadınlar saçlarını
13
Dostları ilə paylaş: