7
sultanlarının və xanlarının müharibə etmək təcrübələri vardısa da, böyük bir sahəni
tutan ölkəni idarə etmək, iqtisadi və ictimai Ģəraiti təhlil, əhalinin güzəranını təmin
etmək, külli yazıĢma və hesablama tələb edən maliyyə
və vergi sistemini nizama
salmaq, çox incə, lakin mürəkkəb dini və Ģəri məsələləri aydınlaĢdırmaq, təriqət
çarpıĢmalarını aradan qaldırmaq və mərkəzləĢmiĢ qüdrətli imperiya yaratmaq üçün
heç bir ənənə və təcrübəyə malik deyildilər. Bütün bu qəbildən olan iĢçiləri
hazırlamaq üçün ağıllı düĢünülmüĢ məktəb və təhsil sistemi yox idi. Bundan əlavə
bütün mülki iĢlərin fars, dini-Ģəri iĢlərin ərəb, xarici siyasi əlaqələrin fars-ərəb
dillərində aparılması bu dillərə çox da dərindən vaqif olmayan türk tayfalarının bu
və buna oxĢar sahələrdə fəaliyyət göstərməsini xeyli məhdudlaĢdırırdı.
Demək olar ki, ölkənin bütün divan iĢləri, yazı-pozu idarələri həmin
dillərə bələd olan fars zadəganlarının əlində idi. BaĢqa tərəfdən ərəb xəlifələrilə də
sıx dini Ģəri əlaqə yaratmaq ehtiyacı hiss olunurdu.
Nizamülmülk, sən dərəcə ağıllı, müdrik, siyasətçi, fars, ərəb, türk, ehtimal
ki, xarici dillərə də yaxĢı
bələd olan, təbii-ictimai, dini-fəlsəfi elmlərlə, yunan
təhsil sistemini də öyrənmiĢdi. Bu uzaqgörən vəzir dövrünün tələb etdiyi
mütəxəssislər və savadlılar ordusunu yaratmaq üçün sonralar "Nizamiyyə"
mədrəsələri adı altında Ģöhrət tapmıĢ və Nizamülmülk adını
hələ öz dövründə
"Siyasətnamə" əsəri yazılmamıĢdan çox-çox əvvəl əbədiləĢdirmiĢ və ona dünya
Ģöhrəti qazandırmıĢ təhsil sistemini icad etdi və onu ilk dəfə olaraq 1067-ci ildə,
Alp Arslan dövründə ərəb xilafətinin və islam dininin mərkəzi olan Bağdad
Ģəhərində açdırdı.
Bu mədrəsənin Bağdadda açılmasının sən dərəcə böyük əhəmiyyəti var
idi. Nizamülmülk bununla Ərəb xilafəti ilə çox sıx əlaqə saxlamaq imkanı əldə
etməklə bərabər haman tipli mədrəsələrin baĢqa Ģəhərlərdə açılması üçün də
hüquqi-Ģəri icazə ixtiyarı qazanmıĢdı. Bundan sonra artıq
bütün təhsil-ürfan
mərkəzlərini əlində saxlayan xəlifələr, məktəb və mədrəsələrdə nələr tədris
edildiyini nəzarət altında saxlayan Ģeyx və müftilər, Nizamülmülkün əl-ayağına
dolaĢa bilməzdi. Biz tezliklə həmin mədrəsələrin NiĢabur, Bəlx, Herat (xilafət
mərkəzlərindən uzaq) Bəsrə, Mosul və baĢqa mədəniyyət ocaqlarında
yarandıqlarını da görürük. Bu mədrəsələrdə dini-Ģəriət qayda-qanunlarını
öyrənməklə yanaĢı, iqtisadiyyat, fəlsəfə,
riyaziyyat, nücum, bəlağət, fəsahət,
katiblik, nədimlik, ümumiyyətlə Nizamülmülkün fikrinə gorə, dövrü üçün nə
lazımdısa, bütün fənnlər tədris olunurdu. Bu mədrəsələrin məzunları, əlbəttə ki,
özlərini ilk növbədə Nizamülmülkə borclu bilirdilər.
Təbii məsələdir ki, onlar
harada iĢləmələrindən asılı olmayaraq, Nizamülmülkün iradəsini yerinə yetirir və
onun nüfuzunun möhkəmlənməsinə səbəb olurdular. Onu da qeyd etmək lazımdır
ki, burada təhsil görmüĢ din və dövlət xadimləri arasında Nizamülmülkə qarĢı
çıxanlar da az olmamıĢdır. Bu, özünü xüsusilə dini münaqiĢələrdə göstərirdi ki,
bunların bəzilərində Nizamülmülkün Ģəxsən bilavasitə iĢtirak etdiyi ehtimal olunur.
Nizamiyyə mədrəsələri haqqında külli miqdarda ədəbiyyat
və tədqiqat əsərləri
8
yazılmıĢdır
6
.
Nizamülmülk Alp Arslanın ölümündən, MəlikĢah hakimiyyət baĢına
keçdikdən sonra daha sərbəst hərəkət etməyə baĢlayır. Buna onun tam əsası vardı.
l072-ci ilin payızında Alp Arslan Mavərənnəhrdə yürüĢə baĢlayır. Lakin bu hücum
uğursuz olur, yürüĢ, Alp Arslanın məğlub edilmiĢ bir qalanın ölümə məhkum
edilmiĢ komendantı tərəfindən öldürülməsilə dayandırılır
5
.
V.V.Bartold Alp Arslanı öldürən adamın adını çəkmir, lakin baĢqa
məxəzlərdə onun adının Yusif olduğu deyilir.
Alp Arslan öldürüldükdən sonra kimin onun yerinə keçməsi, kimin sultan
olacağı bu sülalənin ən qüdrətli vəziri Nizamülmülk üçün birinci dərəcəli
əhəmiyyətə malik olan məsələ idi.
Alp Arslan dövründə Səlcuq dövlətinin sərhəddi xeyli geniĢlənmiĢdi.
Əgər Alp Arslanın əmisi Toğrul bəy dövründə Səlcuq dövləti Amu-Dəryadan Fərat
çayına qədər uzanırdısa, Alp Arslan dövründə o daha geniĢlənmiĢ, Ermənistan,
Azərbaycan, Suriya, Fələstinə qədər gəlib çıxmıĢdı
6
.
Bu qədər böyük bir sahəni
əldə saxlamaq bəlkə daha da geniĢləndirmək,
Alp Arslanın ölümündən sonra dövlətin baĢqaları tərəfindən zəbt
edilməsinə imkan verməmək və özü vəzirlikdə qalmaq üçün məhz MəlikĢahı
hakimiyyət baĢında saxlamağı Nizamülmülk ən vacib məsələ hesab edirdi. Ona
görə də, Nizamülmülk bir tərəfdən MəlikĢaha qarĢı çıxan üsyankarları susdurur,
digər tərəfdən, MəlikĢaha daha böyük qayğı göstərirdi. Nəzərə almaq lazımdır ki,
MəlikĢah hakimiyyət baĢına çıxanda 17-18 yaĢında bir cavan idi (1055-1092). O,
1072-ci ildə atası Alp Arslanın yerinə keçmiĢdi. MəlikĢahın hökmranlığının lap ilk
ilində ona qarĢı üsyan etmiĢ Elbasanın arvadı Gövhər xatının Nizamülmülk
tərəfindən öldürülməsi, ya baĢqa üsyankar Fəzlullahın əsir alınması Nizamülmülkü
MəlikĢahın gözündə daha böyütmüĢ və onun vəzirlikdə qalmasını təmin etmiĢdi.
Bundan əlavə, MəlikĢah ona "çox üstün səlahiyyət və ixtiyarat" vermiĢdi
7
.
Bundan sonra Nizamülmülk daha geniĢ fəaliyyətə baĢlamıĢ, Səlcuq
dövlətində çoxdan qəbul edilmiĢ bir sıra qayda-qanunların aradan çıxması, xüsusilə
səlcuq qadınlarının dövlət iĢlərinə dəxalət etməsinin məhdudlaĢdırılması,
səlcuq
dövlət sisteminə Ġran-Fars dövlət sisteminin, Nizamülmülkün idealizə etdiyi
qəznəvilər, Samanilər və daha əvvəllər Sasanilərin mərkəzləĢmiĢ dövlət sisteminin
geniĢ tətbiq edilmə təĢəbbüsləri səlcuq xanədanının böyük etirazına səbəb olurdu.
Buna görə də Nizamülmülk öz məqsədinə çatmaq üçün ən həssas vəzifələrə öz
övladlarını, qohum qardaĢlarını, sədaqətli adamlarını təyin edir,
yerli fars
zadəganlarına, eləcə də, onu mühafizə edən səlcuq hərbi-feodallarına arxalanırdı.
5
В.В.Бартольд.Сочинение, том1 , М., 1983, səh.377
6
Н.В.Пигулевская.
7
Dostları ilə paylaş: