Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   10   ...   100
Siyasetname

A.Bakıxanov. Gülüstani-Ġrəm,Bakı,l95l,səh.71 


19 
sakinlərini qılıncdan keçirərəm ". 
Həsən Səbbah isə cavabında yazır ki, o heç bir yeni din icad etməmiĢdir, 
əsl müsəlmandır. Xəlifəyə gəldikdə isə Əbbasiləri devirmək, onları Bağdaddan
qovmaq lazımdır. Çünki onlar xəlifəliyi zəbt etmiĢlər, həqiqi xəlifələr 
Fatimilərdir. Ölkədə olan qarıĢıqlıq, adamların öldürülməsi isə camaatın
narazılığı üzündəndir. Onun da səbəbkarı vəzir Nizamülmülkdür. Bunların hər 
ikisini aradan qaldır. Onda hər Ģey qaydasında olar. Əks halda bir baĢqası meydana 
çıxıb bu vəzifəni yerinə yetirə bilər.
20
Cavab ağır, söz kəskin, məzmun hədə-
qorxulu idi. Həsən Səbbah güclü rəqib olduğu kimi, geniĢ xalq təbəqəsi arasında 
hörməti az deyildi. Bu sahədə onların təĢviqatçıları da az fəaliyyət 
göstərməmiĢdilər. O dövrdə onsuz da avam, qara camaat dini məsələləri o qədər 
də dərindən baĢa düĢmür, əslinə qalsa, qarınlarını doydurmaq üçün gecə-gündüz 
çalıĢır, heç dinlə bir o qədər də maraqlanmırdılar. Kim onların bu ağır və 
dözülməz həyatını bir az yüngülləĢdirəcəyini vəd edirdisə, onun da ardınca 
gedirdilər. Onların ictimai Ģüur səviyyəsi də elə buna uyğun gəlirdi. Hər halda 
MəlikĢah qəti ölçü götürməli idi. Bunu arvadı Türkan xatun, vəziri
Nizamülmülk, kürəkəni xəlifə Müqtədi, rəqibi Həsən Səbbah, bunların 
hamısından çox ölkədə baĢlamaqda olan hərc-mərclik tələb edirdi. Çünki bu 
ziddiyyətləri az-çox zəiflətmək üçün, nisbətən asanı, dəqiq deyilmiĢ olsa,
ziyanın kiçiyi Nizamülmülkün hüquqlarını məhdudlaĢdırmaq idi. Həqiqətən də, 
tarixi məxəzlər 1091-ci illərdə Ģahın kəmiltifat olduğunu, onun mühüm dövlət 
iĢlərindən uzaqlaĢdırıldığını yazırlar. Bunu onun qocalığı ilə də 
əlaqələndirmək olardı. Hər halda, Nizamülmülk özünün mövqeyinin zəiflədiyini 
hiss edirdi, vəziyyətinin pisləĢdiyini duyurdu. Artıq bu dövrlərdə bəzi tarixçilər 
onun vəzirlikdən qovulduğunu, yerinə Türkan xatunun vəziri Tacülmülkün təyin 
edildiyini də yazırlar. Yuxarıda gördük ki, A.Bakıxanov da bu fikirdə idi. Lakin bir 
çoxları onun öldürülənə qədər vəzir qaldığını deyirlər. 
Tarixi mənbələrin verdiyi məlumata görə, Nizamülmülk bütün 
müdrikliyinə baxmayaraq, çox dindar, mövhumatçı, münəccim, rəmmal və bu 
qəbildən olan etiqadı ehkam və əlamətlərə inanan imiĢ. 
Nizami Əruzi Səmərqəndi tərəfindən yazılmıĢ və XII əsrin etibarlı 
mənbələrindən biri hesab edilən "Çahar məqalə" (Dörd məqalə) əsərində oxuyuruq: 
"Həkim Mousili NiĢabur münəccimlərindən biri idi. Böyük xacə Nizamülmülk 
Tusiyə xidmət edərdi. Mühüm iĢlərdə Xacə onunla məsləhətləĢər, onun rəyini və 
nə tədbir görmək lazım gəldiyini soruĢardı. Elə ki, Mousili qocaldı, qüvvəsi 
zəiflədi, bədəni taqətdən düĢdü, uzaq səfərlərə çıxmaq imkanı qalmadı, xacədən 
istefaya icazə istədi. Söz verdi ki, NiĢaburda qalacaq və hər il Xacə üçün təqvim 
göndərəcək, ilin nə üstdə təhvil olduğunu, nələr baĢ verəcəyini ona xəbər 
verəcəkdir. Xacənin özü də ömrünün qurtardığını, həyatının səna yaxınlaĢdığını 
20
Osman Turan. səh. 277 


20 
hiss etdiyindən dedi: bir rəml at, gör mənim təbiətim nə vaxt taqətdən düĢəcək, heç 
kəsin qaça bilmədiyi o qəza, o məcburi hökm nə zaman göydən yerə enəcəkdir. 
Həkim Mousili dedi: Mən öləndən altı ay sonra
23
Xacə onun rifah halını daha da 
yaxĢılaĢdırdı. O, NiĢaburda oturub rahat-farağat ömür sürür, hər il Nizamülmülkə 
təqvim göndərir və təhvil haqqında xəbər verirdi. Buna baxmayaraq, kim Xacənin 
yanına NiĢaburdan gəlirsə, birinci sualı bu olurdu: "Mousili necədir?". Nə qədər ki, 
onun sağ-salamat olduğunu eĢidirdi, kefi kökəlirdi, damağı çağ olurdu. Dörd yüz 
həĢtad beĢinci ilə qədər (1092) belə davam etdi. Bu vaxt NiĢaburdan bir adam 
gəldi. Xacə Mousilini soruĢdu. O adam baĢ əyib dedi ki, "Ġslam baĢçısının ömrü 
uzun olsun, Mousilinin ruhu göylərə pərvaz etdi‖. SoruĢdu: "Nə vaxt?". Dedi: 
"Rəbbiül-əvvəl ayının ortalarında ömrünü islamın baĢçısına (Nizamülmülkə-R.S.) 
bağıĢladı."
21
Nizamülmülk çoxdan qorxduğu bu xəbəri eĢitdikdən sonra Əruzi 
Səmərqəndinin dediyinə görə həddən artıq kədərlənir, öz iĢlərini qayda-qanuna 
salır, torpaqlarını paylayır, qullarını azad edir, borclarını qaytarır, vəsiyyətnamə 
yazır, dostlarını, düĢmənlərini razı salır, bir sözlə, bu dünyadan köçən adama nə 
lazımdırsa, hamısını edir. Görünür, onun o vaxta qədər Ģəriətdə olmayan "Məhzər" 
yazdırmaq rəvayəti də bu dövrə təsadüf edir. 
Tarixi məxəzlərin verdiyi məlumata görə
22
, xacə çox inanan, guya o 
dünyanın iĢinə bu dünyadan daha çox fikir verən bir adam imiĢ. Ona görə o, 
ölməmiĢdən əvvəl bütün adamlara müraciət edib onun haqqında nə fikirdə 
olduğunu bir dəftərə yazmalarını, o dövrün istilahı ilə demiĢ olsaq, "Məhzər", 
müasir terminlə söyləsək, "rəy sorğusu dəftəri" yazmalarını xahiĢ edir. Dəftər təĢkil 
edilir, hərə bir Ģey yazır, nəhayət, növbə gəlib Nizamiyyə mədrəsəsinin Müdərrisi 
Əbu Ġshaq Firuzabadiyə çatır. O qısa, üç sözdən ibarət aĢağıdakı kəlamı yazır: 
"Həsən xeyrüzzələmə". Yəni "Həsən zalimlərin insanlısıdır" (yaxĢısıdır) (Həsən 
Nizamülmülkün adıdır). 
Məhzəri Nizamülmülkün yanına apardıqdan sonra deyir: "Böyüklərdən 
heç kəs onun qədər düz yazmamıĢdır". 
Rəvayət edirlər ki, Nizamülmülk öldükdən sonra bir dostu onu yuxuda 
görür, o deyir: "Allah məni o kiĢinin düz sözünə görə bağıĢladı". 
Nizamülmülk haqqında rəvayətlər çoxdur. Onlar xacəni bir insan kimi 
səciyyələndirirlərsə də onların hamısından danıĢmağa ehtiyac yoxdur. Tarixi 
hadisələrə qayıdaq. 
Yuxarıda deyildiyi kimi, o zaman yaradılmıĢ tarixi Ģəraitdə qəti, cəsarətli 
tədbir görülməli idi. MəlikĢahla Nizamülmülk arasında əmələ gəlmiĢ soyuqluq isə 
buna böyük mane olurdu. MəlikĢah görünür, eyni zamanda bütün ziddiyyətləri 
aradan qaldırmaq qərarına gəlir, ordu göndərərək Ələmut qalasını alt-üst etmək 
istəyir. O, bu vəzifəni yerinə yetirmək üçün 1092-ci ildə əmir Arslan TaĢı Ələmuta 
21
Çahar məqalə, Məhəmməd MüĢinin redaktəsi ilə, Tehran,1343,səh 98-99 
22
Yenə orada 


21 
göndərir. Xəlifəni Bağdaddan qovmaq üçün isə özü Bağdada yollanır. Bu 
məsləhətin kim tərəfindən verildiyi tarixi məxəzlərdə çox qaranlıq və rəmzi halda 
eyhamla verilir. Lakin Türkan xatunun yaxın adamı Tacülmülk Qənaminin əli hər 
yerdə görünür. Bu səfərdə Nizamülümlk də iĢtirak edir. Amma onun nə əmrinin 
gücü, nə nəfəsinin təsiri hiss olunur. Əksinə, o bu səfərə çıxarkən özünün salamat 
qalacağına qətiyyən ümid etmir. Bu barədə "Siyasətnamə"nin müqəddəməsində 
çox aydın yazılmıĢdır. Bəlkə burada həkim Mousilinin də qabaqdan verdiyi 
xəbərin təsiri vardır. Lakin bu tədbirin kimin tərəfindən görülməsinə baxmayaraq, 
o, Nizamülmülk, MəlikĢahın öldürülməsi, Ələmut qalasında onun ordusunun 
məğlubiyyətə uğraması, xəlifənin Bağdaddan qaçması, Tacülmülkün vəzirliyə 
çatması ilə nəticələndi. 
Nizamülmülkün ölümü haqqında məxəzlərdə bəzi xırda ixtilaf olsa da, 
əsasən hadisə eyni Ģəkildə təsvir edilir. 485 Hicri-Qəməri (1092-ci) ildə MəlikĢahla 
Ġsfahandan Bağdada gedərkən yolda, bəzilərinin dediyinə görə, Brucird
23
, bəziləri 
Nəhavənd
24
yaxınlığında dərviĢ paltarında bir adamın ona yaxınlaĢaraq məktub 
verdiyini söyləyir. Xacə məktubu aldıqda həmin adam onu bıçaqla vurur. Bəzi 
məxəzlər onun adını yazmır, bəziləri, bunu Həsən Səbbahın fədailərindən olan Əbu 
Tahir olduğunu deyirlər. "Qisas xəncəri uzun olar"- məsəli doğru çıxır. 
Nizamülmülk yaralanarkən bəzi məxəzlər MəlikĢahın onun yanında, bəziləri 
Bağdadda olduğunu yazırlar. 
Bir sıra məxəzlərdə Nizamülmülkün öldürülməsində Türkan xatun, 
MəlikĢah və Tacülmülkün əlinin də olduğu qeyd edilir. Nizamülmülk 
bıçaqlanandan sonra, rəvayətlərə görə, hələ bir neçə gün yaĢayır, hətta, MəlikĢaha 
vəsiyyət edir ki, ölərsə, onun yerinə oğlunu vəzir təyin etsin. Həmin Ģerin bir 
misrasında Nizamülmülk özünün doxsan altı yaĢında olduğunu yazır. 
Ey bəxti cavan Ģah, bir müddət sənin xidmətində,
Sitəminin tozunu günlərin çöhrəsindən sildim. Qəzadan ömrüm gəlib doxsan altıya 
çatanda, Nəhavənd yaxınında bir bıçaqla öldüm. 
O köhnə vəzifəmi oğluma qoyub gedirəm,
Onu allaha, bir də sizə tapĢırıram 
25

ġəmsəddinin gətirdiyi bu qitədən elə çıxır ki, Nizamülmülk öldürülürkən 
doxsan altı yaĢı var imiĢ. Lakin fransız ĢərqĢünası "Siyasətnamənin" ilk naĢiri 
ġ.ġeferin 1897-ci ildə nəĢr etdirdiyi həmin adlı III cildində "Vəzirin tərcümeyi-
halı" bölməsində Nizamülmülkün öldürülərkən yetmiĢ yeddi yaĢında olduğu 
göstərilir 
26

23
Tərcümeyi-hali-vəzir,səh.37. 
24

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin