Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname

Osman Turan, səh. 140-141 



Əlbəttə, Nizamülmülkün düĢmənləri yeri düĢdükcə, MəlikĢahın diqqətini buna cəlb 
edir, vaxtında tədbir görülməzsə, sən dərəcə böyük bir ərazini əhatə edən Səlcuq 
dövlətinin aqibətinin necə olacağı ilə onu qorxudurdular. Həqiqətən, demək olar ki, 
vilayətlərin hamısının valiləri bu və ya baĢqa dərəcədə Nizamülmülk nəslinə yaxın 
olan adamlardan ibarət idi. Məxəzlərdə oxuyuruq: 
"Xacənin (Nizamülmülk nəzərdə tutulur.-R.S.) on iki oğlu, çoxlu 
kürəkəni, qohum əqrəbası var idi ki, oğlanlarının hərəsinə bir əyalət və hökumət 
vermiĢdi. Beləliklə, həm öz adamlarını mənsəb və sərvətə çatdırmıĢ, həm Səlcuq 
dövlətinin hökmran olduğu bütün ərazini öz möhürü, nüfuzu altına almıĢdı. Hökmü 
hər yerdə rəvan idi‖
8

Səlcuqlar dövlətinin bütün iqtisadi-siyasi, dövlət-inzibati aparatını əlinə 
keçirmiĢ, böyük bir vəchlə nəzarət altında saxlanıla bilməyən, ibarə cayizsə, bu 
Nizamülmülk sülaləsi yerlərdə öz bildiyini edir, vergiləri istədikləri kimi toplayır, 
bunlardan özləri üçün payı götürür, lazım gəldikdə, öz ata və qaynatalarına 
arxalanaraq ümumi xəzinəyə göndərmir, etiraz edənlərə divan tutur, hətta Ģaha 
yaxın olan adamları belə cəzalandırmaqdan çəkinmirdilər. MəlikĢah ordusunun 
qəbbəbrinə, bir-birinin ardınca baĢqa ölkəbri fəth etməsinə baxmayaraq bu zahiri 
qələbələr arxasında çox kəskin daxili mübarizələr qüvvətlənir, Nizamülmülk hələ 
lap qədimdən Toğrul dövründən dövlət məsələlərinə dəxalət edən, hətta xüsusi 
orduları olan, ərlərinə, oğullarına-Ģah və və sultanlara böyük təsir göstərən Səlcuq 
qadınlarına verilən hüquqları məhdudlaĢdırır, ümumiyyətlə, qadınların Ģəriətə görə, 
kiĢi iĢlərinə qarıĢmağa haqlı olmadıqları kimi bəhanələrlə onları nüfuzdan salır və 
hərəmxananın da böyük narazılığına səbəb olurdu. О biri tərəfdən də rəqibləri 
Nizamülmülkün MəlikĢahı aldatdığını, xəzinənin kifayət qədər təmin edilmədiyini, 
divan iĢlərinin qayada olmadığını, hesabların düzgün tərtib edilmədiyini, dövlət 
malı уеуən vali qohumlarının nalayiq iĢlərini ört-basdır etdiyini deməkdən 
çəkinmir, MəlikĢahı Nizamülmülk üzərində nəzarəti artırmağa təhrik edirdilər. 
Bu cəhətdən Həsən Səbbahın divanxanaya gəlməsilə Nizamülmülk 
arasında toqquĢma və bu toqquĢma nəticəsində onların düĢmənçiliyinin baĢlanması 
çox səciyyəvidir. Məxəzlərin verdiyi məlumata görə
9
, Həsən Səbbah vergi və 
maliyyə iĢlərilə tanıĢ olduqdan sonra orada hərcmərclik, yeyinti, mənimsəmənin 
olduğunu hiss edir, mənsəbpərəst, Ģöhrətsevən, vəzifə almaq istəyən olduğundan 
belə qərara gəlir ki, yoxlama olarsa, Nizamülmülkün nələr etdiyi meydana çıxa 
bilər və bu vəziyyətdən istifadə etməklə о, уəni Həsən Səbbah böyük rütbə əldə 
edə bilər. Həsən Səbbah çox istedadlı olduğundan tezliklə saray həyatının bütün 
sirlərinə vaqif olmuĢ, burada qarĢı-qarĢıya duran qüvvələrin münasibətini ölçüb-
8
MəĢhəd ədəbiyyat fakültəsinin əsərləri, IV il, # 1-2, səh.24 
9
А.Болотников. Омар Хайям. Сб. «Восток», II вып., М-Л, 1935,səh.l82-182 


10 
biçmiĢ, az müddət içərisində özünə çoxlu tərəfdar tapmıĢdı. O, ciddiyyətlə çalıĢır, 
özünün Nizamülmülk tərəfindən daha irəli çəkilməsini gözləyirdi. Lakin Həsən 
Səbbahdan heç də az istedadlı olmayan, üstəlik də vəzirlikdə böyük təcrübə 
qazanmıĢ Nizamülmülk, Həsən Səbbaha göz qoyur, öz inanılmıĢ adamları 
vasitəsilə onun nələr danıĢdığını, nə fikirdə olduğunu bilir, onu irəli çəkməkdə 
tələsmirdi. Bu iki köhnə dost arasında hələ aĢkara çıxmamıĢ gizli bir mübarizə 
gedirdi. Biri hakimiyyətə can atırdı, о biri hakimiyyəti əldə möhkəm saxlamağa 
çalıĢırdı. Həsən Səbbah səlcuq sultanlarının sarayına Nizamülmülkün təqdimilə 
gəldiyindən o, tezliklə böyük etibar və etimad sahibi olmuĢdur. Ona görə Alp 
Arslan (bu, MəlikĢah da ola bilirdi) ona inanır, hüsn-rəğbət bəsləyir, istedad və 
iĢgüzarlığına heyran qalır. Bunu deməkdən də çəkinmirdi. Bu isə Nizamülmülkü 
düĢündürməyə bilməzdi. Saray adamlarının da Həsən Səbbahla məhrəmanə rəftarı 
onu daha ehtiyatlı olmağa məcbur edirdi. Bir müddət keçdikdən sonra Həsən 
Səbbah Nizamülmülkün rəqibləri vasitəsilə Sultanın qulağına çatdırır ki, ölkənin
maliyyə-vergi vəziyyəti yaxĢı deyil. Mənimsəmə, yeyinti var, xəzinədə böyük 
çatıĢmazlıq əmələ gəlib və s. Hər halda, yoxlama və hesabata böyük ehtiyac vardır. 
Bu iĢlərin hamısı isə Nizamülmülkün ixtiyarında idi. Alp Arslan, nəhayət 
Nizamülmülkü çağırtdırıb vilayətlər üzrə bütün ölkə haqqında kamil və hərtərəfli 
hesabat hazırlanmasını və Ģəxsən ona təqdim etməsini tapĢırır. Nizamülmülk 
toplanmıĢ əlaqədar adamların yanında deyir ki, belə mühüm, məsuliyyətli iĢ üçün 
xeyli müddət lazımdır. Nizamülmülk yəqin ki, vəziyyətin necə olduğunu hamıdan 
yaxĢı bilir, sultanın gözlənilmədən belə hesabat istəməsinin yaxĢı niyyətlə 
olmadığını da gözəl duyurdu. Vaxt nə qədər çox ola bilsəydi о qədər əlveriĢli idi. 
Alp Arslan nə qədər vaxt lazım olduğunu soruĢur. Nizamülmülk deyir: altı ay. 
Orada iĢtirak edən Həsən Səbbah yerindən duraraq baĢ əyir, bu iĢ ona həvalə 
edilərsə iki həftə ərzində hazırlaya biləcəyini söyləyir. Bu təklif Nizamülmülkü 
sarsıdır. О aydın baĢa düĢür ki, Həsən Səbbahda hazır hesabat var. Çünki bu 
böyüklükdə ərazinin hesabatını iki həftəyə hazırlamaq о qədər də asan iĢ deyildi. 
Həsən Səbbah onun fikrini oxuyurmuĢ kimi əlavə edir ki, bu olduqca ağır, qızğın 
əmək tələb edən, gecə-gündüz çalıĢmaq nəticəsində meydana çıxa bilən bir iĢdir. 
Нəm də, əlavə ixtisaslı köməkçilərə ehtiyac var. Onun saydığı bu imkanlar əlbəttə 
vəzirdə var, əgər Alp Arslan ona etibar edib bu məsul vəzifəni ona tapĢırarsa, 
Nizamülmülkdə olan Ģəraiti də ona yaratmaq lazımdır. 
Alp Arslan ona etibar edib bu iĢi Həsən Səbbaha tapĢırır. Bu, artıq 
Nizamülmülkün, hesabat baĢ tutarsa, hüquqlarının alınmasının baĢlanğıcı demək 
idi. Bunu hamı, birinci növbədə Nizamülmülk çox gözəl baĢa düĢürdü. 
Nizamülmülk dərhal tədbir düĢünməyə baĢladı. Öz yaxın və inanılmıĢ adamlarını 
Həsən Səbbahın köməkçi qrupuna daxil edir və onlardan birinə tapĢırır ki, Həsən 
Səbbahın bütün hərəkətlərini izləsin, gördüyü iĢləri nəzarət altında saxlasın və 
hesabatın vəziyyəti haqqında ona məlumat versin. 
Hesabatın veriləsi gün təyin edildikdə Nizamülmülk öz adamına tapĢırır 


11 
ki, dəftərlərin içərisindəki vərəqlərin yerini dəyiĢdirsin, bəzi vərəqləri bu 
dəftərlərdən baĢqa dəftərə qoysun. Nəhayət, hesabat günü çatır. Lazım olan 
adamların hamısı toplanır. Hesabatın dəftərlər siyahısı, ya da о dövrün istilahı ilə 
demiĢ olsaq, Ģahın qarĢısına qoyulur. ġah maraqlandığı ölkə, vilayət və Ģəhərlərin 
adını çəkdikcə Həsən Səbbah dəftərləri götürərək oxumağa baĢlayır. Oxuduqca 
baĢa düĢür ki, hər Ģey alt-üst edilibdir, bu dəftərlər əsasında hesabat vermək 
rüsvayçılıqdan baĢqa bir Ģey deyildir. Alp Arslan buna qəzəblənir, onun hüzurunda 
belə hədərən-pədərən Ģeyləri oxumağa Həsən Səbbahın necə cəsarət etdiyini 
soruĢur. Məxəzlərin verdiyi məlumata görə
10
, bu zaman Nizamülmülk bir künedə 
oturub hesabatın nə ilə qurtaracağını müĢahidə edirmiĢ, sultanın qəzəbləndiyini 
gördükdə fürsəti əldən verməyib deyir: "Hökmdarım, görürsünüz ki, belə bir ciddi 
və məsul iĢin az bir vaxtda yerinə yetirilməsi və özü də belə bir istedadsız adama 
tapĢırılması nə deməkdir? ". 
Həsən Səbbah təhqir edilmiĢ, rüsvay olmuĢ bir halda Ģah hüzurundan 
qovulur, hesabatın yenidən hazırlanması Nizamülmülkə tapĢırılır. Həsən Səbbah 
əvvəlcə Bağdada, Bağdaddan isə Misirə qaçmalı olur ki, sonra Nizamülmülk və 
səlcuq xanədanından intiqam almaq üçün gizli terrorçu təĢkilat ismaili təriqətinin 
baĢçısı kimi Ġrana qayıda bilsin. 
Bütün bunlara baxmayaraq Ģah-vəzir problemi, bütün Ģərq tarixində 
olduğu kimi, MəlikĢahla Nizamülmülkün arasında da möveud idi. MəlikĢahla 
Nizamülmülk arasında kim-kimi məsələsi hələ öz yüksək nöqtəsinə çatmamıĢdı. 
Lakin onun get-gedə yaxınlaĢdığını hamı, о cümlədən Nizamülmülkün özü də 
yaxĢı hiss edirdi. 
Nizamülmülkün Ģəxsən MəlikĢaha, eləcə də, Səlcuq dövlətinə bütün 
xidmətlərilə, bunların müqabilində Nizamülmülkə etdiyi bütün hörmət və 
güzəĢtlərlə birlikdə onları ayıran və bir-birinə qarĢı qoyan çox amillər var idi. 
MəlikĢah fars mədəniyyətinə yiyələnməsinə baxmayaraq, bütün keçmiĢlə, əxlaq, 
tərbiyə, ənənə, bütün psixologiyası ilə türk-köçəri mühitinə bağlı idi. Hətta dini 
münaqiĢələrdə də о Nizamülmülklə düz gəlmirdi. Nizamülmülk dini mübahisə və 
münaqiĢələrdə nəinki mane olmur, bəzən özü də iĢtirak edirdi. Fanatik dərəcədə 
Ģafei məzhəbinin tərəfdarı olan Nizamülmülk baĢqa təriqət və məzhəb 
tərəfdarlarını təqib edir, onların yanlıĢ yolda olduqlarını sübut etmək üçün müxtəlif 
inzibati vasitələrə əl atırdı. MəlikĢah isə belə iĢləri xoĢlamır, onların dövlətə ziyan 
verəcəyindən qorxurdu. 
Biz Nizamülmülkün "Siyasətnamə" əsərində dönə-dönə dini təriqətlər, 
onların tərəfdarlarının darmadağın edilməsi zərurətindən danıĢdığını görürük. 
Bütün bunlara qarĢı etiraz edən MəlikĢah Bağdaddakı Nizamiyyə mədrəsəsinin 
rəisi Əbu Ġshaq ġitaziyə göndərdiyi məktubda yazırdı: "Nizamiyyə mədrəsəsi 
10

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin