6
Arslana, sonra isə Məlik Ģaha böyük xidmətlər göstərir, ölkənin nizama
salınmasını, dövlətin möhkəmləndirilməsini, xəzinənin doldurulmasını da
unutmurdu. Bu xidmətlərin bir qismi hakimiyyət baĢında olan səlcuq sultanının
Ģəxsən özünə və ən yaxın adamlarına edilir, Nizamülmülk onları, necə deyərlər,
Ģəxsən özünə borclu vəziyyətə salırdı. Bu baxımdan Nizamülmülkün Alp Arslan
Ģikarda olarkən Rum qoĢunları tərəfindən tutulması, Nizamülmülkün tədbirləri
əsasında bundan saray adamlarının xəbərdar olmaması, on iki yaĢlı MəlikĢahın
Məryəm NeĢin Qalası alınarkən boğulmaqdan xilas edilməsi haqqında rəvayətlər
Alp Arslan öldükdən sonra MəlikĢahın taxta çıxarılması və s. çox səciyyəvidir.
Məxəzlərin göstərdiyinə görə, bir dəfə Alp Arslan Ģikarda olarkən Rum əsgərləri
tərəfindən əsir tutulur. Bir nəfər qaçıb sultanın tutulduğunu Nizamülmülkə xəbər
verir. Nizamülmülk dərhal öz yaxın adamlarından birinə əmr edir ki, müəyyən bir
dəstə ilə axĢamüstü, qaĢ qaralanda ovlaq tərəfindən ordugaha daxil olsun, elə etsin
ki, guya sultan Ģikardan qayıdır. Haman adam bu tapĢırığı sən dərəcə məharətlə
yerinə yetirir. O öz adamları ilə böyük hay-küylə axĢam ovlaq tərəfindən ordugaha
daxil olur, guya Alp Arslan Ģikardan qayıdır, sonra isə Nizamülmülk sultanın
özünü də əsirlikdən azad etdirməyə müvəffəq olur. Nizamülmülk bir tərəfdən
səlcuq sultanlarının Ģəxsən özlərinə etdiyi xidmətlər, hərbi qüvvələrə, fars
aristokrat təbəqələrinə göstərdi himayəçilik, digər tərəfdən öz yaxın adamlarının
böyük vəzifələrl təyin edilməsi, ölkədə apardığı bir sıra islahatlar, iqtisadi tərəqqi
hərbi qələbələr, daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlər onun qüdrət və
nüfuzunu xeyli artırmıĢdı. Əlbəttə Nizamülmülkün belə böyük bir siyasətlə
hakimiyyəti ələ alması onun əleyhdarlarını narahat etməyə bilməzdi.
Hələ Alp Arslan dövründə Nizamülmülkün rəqibləri onun əleyhinə iĢləyir,
müxtəlif Ģayiələr yayırdılar, onlar hətta namaz vaxtı belə Nizmülmülkün əleyhinə
ərizə və Ģikayətlərini sultana çatdırmaqdan çəkinmirdilər. Bir dəfə namaz qılarkən
Alp Arslanın önünə imzasız bir Ģikayət ərizəsi qoyulur. Alp Arslan Nizamülmülk
əleyhinə olan bu ərizəni oxuduqdan sonra guya Nizamülmülkə demiĢdir:
"Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftira deyirlərsə onları bağıĢla
və bu kimi Ģeylərlə uğraĢmağa vaxt tapmamaları üçün onları mühüm iĢlərlə məĢğul
et"
4
.
Nizamülmülk bütün bu xəbərdarlığa baxmayaraq, öz bildiyini edirdi. O
saray intriqalarını, xalqın vəziyyətinin ağırlığını, ölkənin daxili və xarici
siyasətindəki ziddiyyətləri, dini təriqətlər arasındakı ixtilaf və toqquĢmaları
hamıdan yaxĢı bildiyindən və gördüyündən belə Ģikayətlərin olacağını ehtimal
etməyə bilməzdi. Nizamülmüik öz dövründə möveud olan ictimai, iqtisadi, siyasi,
hərbi, dini və s. qüvvələrin nə vəziyyətdə olduğunu hamıdan gözəl anlayırdı. Ona
görə, ölkənin bütün sahələrdə qüdrətini artırmaq, öz mövqeyini daha da
möhkəmlətmək üçün təsirli tədbirlər görmək zərurəti qarĢısında qalmıĢdı. Səlcuq
4
Dostları ilə paylaş: