İyirmi birinci fəsil
ELÇĠLƏRĠN GƏLMƏSĠNĠN MƏNASI VƏ
ONLARIN ĠġLƏRĠNĠ NĠZAMA SALMAQ HAQQINDA
BaĢqa ölkələrdən gələn elçilər dərgaha çatmayınca heç kəsin onlardan
xəbəri olmur, onların gəlib getməsi üçün heç kəs məsul olmur və bu barədə xəbər
vermir. Bunu sayıqsızlıq və iĢlərə xor baxılması kimi yoza bilərlər. Sərhəd valisinə
tapĢırmaq lazımdır: xaricdən kim gəlsə dərhal çapar göndərib xəbər verməlidir ki,
kimdir, haradan gəlir, neçə piyadədir, yaraq və təmtəraqları necədir, nədən ötrü
gəlir...
Məsul bir adam qoĢmalıdır ki, onları müəyyən Ģəhərə çatdırsın, orada
baĢqa bir inanılmıĢ adama tapĢırsınlar ki, onları o biri Ģəhər və qəsəbələrə qədər
müĢayiət etsinlər, bu minvalla aparıb dərgaha yetirsinlər.
Onları harada düĢsələr hörmətlə qəbul etməli, yaxĢı yedirdib-içirməli,
hörmətlə də yola salmalıdırlar. Qayıdanda da belə rəftar edilməlidir. Onlara yaxĢı,
82
pis nə etsalər, Ģahlarına edilmiĢ kimi sayılar. ġahlar isə həmiĢə bir-birinin
hörmətini yüksək tutmuĢ, elçilərini isə nəvaziĢlə qarĢılamıĢlar. Beləliklə, öz qədir-
qiymətlərini, Ģan-Ģövkətlərini də artırmıĢlar. ġahlar arasında düĢmənçilik olduqda
da elçilər vaxtlı-vaxtında gəlmiĢ, onlara tapĢırılan vəzifəni yerinə yetirərək
yazılanları vermiĢlər; heç kəs onları incitməmiĢ, adi vaxtlarda olduğundan az
hörmət göstərməmiĢlər, çünki belə iĢ məqbul sayılmaz. Quranda da deyilmiĢdir:
"Elçinin xəbəri çatdırmaqdan baĢqa heç bir vəzifəsi yoxdur". (atalar isə deyiblər:
"Elçiyə zaval yoxdur"- R.S.)
BaĢqa fəsil. Bilmək lazımdır ki, Ģahlar bir-birinə səfir göndərdikdə
məqsədləri yalnız məktub və peyğamlarda yazdıqları açıq sözlərdən ibarət olmur,
onlara yüzlərlə xırda və gizli iĢ tapĢırılır; məsələn: onlar yolların vəziyyətini,
keçidlərin yerini, su, otlaqların necəliyini, ordunun keçib-keçə bilməyəcəyini,
ələfin harada olub-olmamasını, valilərin kimi olduğunu, ölkədəki qoĢunun
sayını, silahların miqdar və sazlığını, süfrə və məclisinin dəstgahını, mənsəblərin
dərəcələrini, oturub-durmalarını, çövkən oyununu, ov qaydalarını, əxlaq və
xasiyyətlərini, görünüĢ və qədd-qamətlərini, iĢgüzarlıq və rəftarlarını, səxavət,
zülm və ədalətlərini, qoca və ya cavan, alim və ya cahil olduqlarını, vilayətinin
xarab və ya abad olduğunu, qoĢunun razı və ya narazı olduğunu, rəiyyətin varlı ya
yoxsul olduğunu, iĢdə sayıq ya baĢısoyuq olduğunu, xəsis və əliaçıq olduğunu,
vəzirlərin layiqli ya layiqsiz olduğunu, dindar, xoĢxasiyyət olduğunu, sərkərdələrin
təcrübəli, sınaqdan çıxmıĢ olub-olmadığını, nədimlərinin alim olub-olmadığını,
nəyi sevib, nəyi sevmədiklərini, Ģərab içdikdə rəhmli ya qəzəbli olduğunu,
qayğıkeĢ ya laqeyd olduğunu, zarafata, yoxsa ciddiliyə daha çox meyl etdiyini,
qulamlara yoxsa kənizlərə çox rəğbət bəslədiyini öyrənməlidirlər.
Bir gün onu ələ gətirmək və ya onunla düĢmənçilik etmək, yaxud ona irad
tutmaq lazım gəldikdə onun vəziyyətinə uyğun rəftar edib, yaxĢısını, pisini
bildikdən sonra lazımi tədbir görərlər.
Necə ki, xoĢtale Sultan Alp Arslanın dövründə mənim də baĢıma belə bir
hadisə gəlmiĢdi.
Dünyada iki yaxĢı məzhəb vardır: biri Bu-Hənifə, biri Ģafeidir. XoĢtale
sultan isə, allah ona rəhmət eləsin, öz məzhəbində möhkəm adam idi və dəfələrlə
ağzından qaçırmıĢdı ki: "KaĢ mənim vəzirim Ģafei məzhəb olmayaydı". O, çox
müstəbid, zəhmli, dinpərəst idi və Ģafei məzhəbini eyib hesab edərdi, ona görə
qorxumdan heç vaxt boynuma almaz və ondan ehtiyat edərdim.
Bir dəfə iĢ belə gətirdi ki, Ģəhid Sultan ġəmsülmülk Nəsr ibn Ġbrahim
122
ona tabe olmadığı, boyun əymədiyi üçün Mavərənnəhrə getmək qərarına gəldi,
qoĢun topladı, ġəmsülmülkün yanına elçi göndərdi. Mən də öz tərəfimdən alim
ƏĢtəri sultanın elçisinə qoĢdum və hər nə olsa mənə xəbər verməsini tapĢırdım.
Sultanın elçisi gedib məktub və pəyamı çatdırdı. Xan oradan öz elçisini
sultanın elçisi ilə bura göndərdi. Adət olduğu kimi, elçilər vaxtlı-vaxtsız vəzirlərin
yanına gəlib məqsəd və xahiĢlərini bildirər ki, vəzir onu Ģaha çatdırsın. Onlar
83
qayıdıb gedənə qədər bu qaydaya riayət edərlər. Təsadüfən bir neçə dostumla
evimdə oturub Ģahmal oynayırdıq. Biri Ģahmat da apamırĢdı, girov olaraq üzüyünü
almıĢdım, sol əlimin barmağına gen olduğundan, sağ əlimin baĢ barmağına
taxmıĢdım. Bu vaxt dedilər ki, Səmərqənd xanının vəziri qapıdadır. Dedim içəri
gətirsinlər, əmr etdim Ģahmatı yığıĢdırsınlar. Ġçəri girib oturdu, nə sözü vardı dedi.
Mən haman üzüyü barmağımda oynadırdım. Elçinin gözü ona sataĢdı, sozünü
deyib qurtardıqdan sonra durub getdi. Sultan əmr etdi, xanın elçisini yola salsınlar,
özü isə cavab aparmaq üçün baĢqa bir elçi təyin etdi, mən ikinci dəfə də cəld kiĢi
olan alim ƏĢtəri elçiyə qoĢdum.
Elçilər Səmərqəndə çatan kimi ġəmsülmülkün yanına gedirlər. Sözarası o
öz elçisindən soruĢur: "Sultanın ağlını, kamalını necə gördün, qoĢunu nə qədərdir,
onların silah və hərbi ləvazimatı nə vəziyyətdədir (onlann dərəcələri, dövlət
qanunları, divan qaydaları necədir?") Elçi deyir: "Ey ağam sultanın qiyafəsinə,
igidlik və siyasətinə, gözəlliyinə, zəhimli və tədbirliyinə söz ola bilməz, ordunun
sayını allah bilir, silah, hərbi ləvazimat, Ģan-Ģövkətinin həddi-hüdudu yoxdur,
divan, dərbar, məclis, dərgah qaydaları da yaxĢıdır, onların ölkələrində hər Ģey
qaydasındadır, lakin bircə eyibləri var, onların bu eyibləri olmasaydı, heç kəs
onlara çata bilməzdi.‖ ġəmsülmülk soruĢur: "Bu eyib nədir?" Deyir: "Sultanın
vəziri rafizidir
123
". Deyir: "Nədən bildin?" Deyir: "Ondan bildim ki, zöhr namazı
qılıb söhbət üçün onun yanına getdim, gördüm üzüyü sağ əlinin barmağına keçirib.
Mənimlə söhbət edə-edə hey barmağında fırladır. Alim ƏĢtər dərhal mənə yazdı:
"Burada ġəmsülmülkün yanında sənin haqqında belə deyildi, belə mən sultanın
qorxusundan çox təĢviĢə düĢdüm. Dedim: "ġafei məzhəbinə nifrət edir, onu baĢıma
vurur, qulağma çatsa ki, çikililər
124
mənə rafizi adı qoyublar, Səmərqənd xanı
qarĢısında belə bir söz deyilib, məni salamat qoymayacaqdır".
Mən otuz min dinar xərclədim, yalvar-yaxar elədim, çoxlu bəxĢiĢ, nə
mümkün idisə, hamısını etdim ki, bu xəbər sultanın qulağına çatmadı.
Bunu ona görə nağıl edirəm (biləsiniz ki,) elçilər nəhayət dərəcədə eyib
axtaran olurlar, hər Ģeyə fikir verərlər. ġahlıqda və ölkədə nəyin pis, nəyin yaxĢı
olduğunu yadda saxlayar, yeri gəldikdə isə Ģahların eybini söyləyərlər.
Buna görə ağıllı və sayıq Ģahlar əxlaqlarının təmizliyinə, xasiyyətlərinin
yaxĢı olmasına xüsusi diqqət yetirmiĢ, ləyaqətli və düz adamları iĢə götürərək
onlara vəzifə tapĢırmıĢ, çalıĢmıĢlar ki, elçilər ona eyib tuta bilməsinlər.
Elçiliyə o adam yarayır ki, Ģahlara xidmət etmiĢ olsun, hafizəli, uzaqgörən
olsun və hər bir elmdən xəbəri olsun, dilli-dilavər olsun, arlıq söz söyləməsin, çox
səfər etmiĢ, qədd-qamətli, yaraĢıqlı olsun, alim və qoca olsa, daha yaxĢı olar.
Bu iĢ üçün nədim göndərilsə etimadı çox olar. Əgər mərd, igid, qoçaq, at
çapmağı, qılınc oynatmağı yaxĢı bacaran adam göndərilsə, daha doğru olar, onlara
elə görünsün ki, guya bizim adamların hamısı belədir! Elçi Ģərafətli, əsl nəcəbli
olsa, daha yaxĢıdır, çünki belə adamın hörməti də çox olar.
ġahlar çox vaxt elçini hədiyyə, çoxlu nadir Ģey, silah, var-dövlətlə
84
göndərmiĢ, özlərini zəif və yumĢaq göstərmiĢ, fürsət əldə edərək qoĢun toplamıĢ,
təcrübəli sərkərdələri hücuma keçərək düĢmənə qələbə çalmıĢlar.
Elçi Ģahın xasiyyətinə və biliyinə dəlalət edir.
Dostları ilə paylaş: |