131
qırx il özünü böyük günahlardan saxlasa, oruc tutsa, vaxtlı-vaxtında namaz qılsa,
heç
kəsi incitməsə, onun üç arzusu allah tərəfindən yerinə yetiriləcəkdir. O vaxt
Bəni-Ġsrail tayfasından olan Yusif adlı mömin, yaxĢı bir kiĢi var idi, onun özü kimi
mömin, həyalı, ismətli bir arvadı var idi, adı Kəsrif idi. Bu Yusif qırx il allah-
taalaya
ibadət etdi, bütün Ģərtləri yerinə yetirdi. Sonra öz-özünə düĢündü ki, bəs
indi mən allahdan nə istəyim, qərara gəldi, bir dost tapıb məsləhətləĢsin, ən yaxĢı
Ģey istəsin. Nə qədər fikirləĢdi, müvafiq bir dost tapa bilmədi. Evə gəldi, arvadını
görcək ürəyində dedi:"Dünyada mənə bundan daha yaxın bir dost ola bilməz. O
mənim arvadım, uĢaqlarımın anasıdır, mənim xeyrim onun xeyridir, onunla
məsləhətləĢsəm, hamıdan yaxĢıdır."
Sonra arvadına dedi: "Bil ki, mən qırx illik ibadətimi yerinə yetirmiĢəm,
indi mənim üç arzum yerinə yetməlidir, dünyada isə mənim səndən daha yaxın bir
xeyirxahım yoxdur. De görüm, indi mən allah-taaladan nə istəyim?"
Arvadı dedi: "Bilirsən ki, dünyada mənim səndən baĢqa
heç kəsim
yoxdur, sən mənim gözümün iĢığısan. Onu da bilirsən ki, qadın kiĢinin tamaĢasıdır,
mən də sənin tamaĢanam, könlün açılmaq üçün mənə baxırsan, kefin kökəlmək
üçün mənimlə söhbət edirsən. Allah-taaladan mənim üçün elə bir gözəllik istə ki,
onu heç bir qadına verməmiĢ olsun. Onda sən hər vaxt qapıdan içəri girəndə
mənim gül camalımdan zövq alar, ürəyin Ģadlıqla dolar, qalan ömrümüzü Ģənliklə
keçirərik."
Arvadın sözü kiĢinin döĢünə yatdı, dua edib dedi: "Ġlahi,
mənim bu
arvadıma elə bir hüsn-camal ver ki, onu heç bir qadına verməmiĢ olasan!" Böyük
yaradan Yusifin duasını müstəcəb etdi.
Sabahısı onun arvadı yuxudan ayılanda artıq dünən yatan arvad deyildi.
Elə gözəl idi ki, heç kəs onun mislini görməmiĢdi.
Yusif onu bu gözəllikdə gördükdə təəccüb etdi, sevincindən qanad açıb
uçmaq istədi. Hər gün arvadın gözəlliyi artırdı, həftənin axırında o dərəcəyə çatdı
ki, heç kəsdə ona baxmağa taqət qalmadı. Onun gözəlliyinin xəbəri dünyaya səs
saldı, kiĢili-arvadlı hamı ona tamaĢaya gəlməyə baĢladı,
adamlar uzaq yerlərdən
gəlir, ona baxıb geri qayıdırdılar.
Arvad bir gün aynaya baxdı, özünün gözəlliyni görüb heyran qaldı,
qəlbində qürur və təkəbbür hissləri baĢ qaldırdı. Dedi:"Bu gün dünyada mənim
tayım hanı? Məndə olan bu hüsn, bu camal kimdə vardır?
Mən gör kimə qismət
olmuĢam. Arpa çörəyi ilə dolanan, eyĢ-iĢrəti olmayan, qoca, dünya nemətindən
məhrum, yoxsul bir zavallıya! Ġndi yalnız Ģah mənim ərim olmağa layiqdir, o məni
qızıla, daĢ-qaĢa tutar, ipək-zərbaft geyindirib əzizləyə bilər."
Arvadın ürəyindən çox belə Ģeylər keçdi, arvad çox belə xəyallara düĢdü,
kiĢi ilə pis dolanmağa, söyüĢ söyməyə baĢladı, söz deyəndə qulaq asmadı, harınlıq
edib qudurdu, iĢ o yerə çatdı ki, ərinə əl qaldırdı.
ÇırtbaĢı sərki vurub deyirdi: "Mən necə
sənin xörəyin ola bilərəm ki,
doyunca yeməyə sənin heç çörəyin də yoxdur."
132
Bu Yusifın üç-dörd körpə uĢağı var idi. Arvad uĢaqlara baxmaqdan imtina
etdi. Arvadın yaramazlıqları o yerə çatdı ki, Yusifin canı boğazına yığıldı, səbri
tükəndi, nə edəcəyini bilmədi. Üzünü göyə tutub dedi: "Ġlahi, bu arvadı ayı elə!"
Arvad o saat çevrilib ayı oldu, qəzəbə gəldi. O bu Ģəkildə qapı, həyət və dam-
divarın baĢına fırlanır, lakin evdən uzağa getmirdi, həmiĢə gözlərindən yaĢ axırdı.
Bu Yusifə sözü deməyə özü də təəssüf edirdi. Çünki uĢaqların ucbatından ibadət və
itaətdən qalmıĢ, namazı fövtə vermiĢdi.
Çarəsi kəsildi, zərurət üzündən əllərini
yuxarı qaldıraraq dedi: "Ġlahi bu ayıya dönmüĢü yenə də əvvəlki kimi arvada çevir,
elə et ki, əvvəlki kimi mehriban olsun, uĢaqlara yaxĢı baxsın,
mən də ibadətlə
məĢğul olum."
Ayı dərhal həmin mehriban, uĢaqların qayğısına qalan, mərhəmətli arvada
çevrildi. Heç o halı yada da salmırdı, baĢına gələnləri sanki yuxuda görmüĢdü.
Lakin arvadın tədbiri və Ģıltaqlığı üzündən Yusifin qırx illik ibadəti bada getmiĢ,
puça çıxmıĢdı.
Ondan sonra bu hekayət məsəl oldu ki, dünyada heç kəs arvadın
hökmündə olmasın.
Dostları ilə paylaş: