Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   60   61   62   63   64   65   66   67   ...   100
Siyasetname

Hekayət. Tarixdə yazılmıĢdır ki, Ġsgəndər Rumdan gəlib, əcəm Ģahı Dara 
oğlu Daranı məğlub etdikdən, Dara qaçmağa məcbur olduğundan və öz 
xidmətçiləri tərəfindən öldürüldükdən sonra ondan bir qız qalmıĢdı. Həddən artıq 
gözəl idi. Bacısı, eləcə də onun ailəsindən olan bir neçə saray qızının hamısı gözəl 
və qəĢəng idilər. 
Ġsgəndərə dedilər: "BəIkə Daranın ġəbistanına gedib oradakı pəri kimi 


130 
ayüzlülərə, xüsusilə gözəllikdə misli olmayan qızına tamaĢa edəsən?" Bunu 
deyənlərin məqsədi o idi ki, Ġsgəndər Daranın qızını görüb ona evlənsin. 
Ġsgəndər dedi:"Mən onların kiĢilərini məğlub etmiĢəm, yaxĢı olmaz ki, 
qadınları bizi məğlub etsin." 
Razılıq vermədi. Daranın ġəbistanına getmədi. 
BaĢqa bir hekayət. Xosrov, ġirin, Fərhad əfsanəsi gözəl və məĢhurdur. 
Xosrov ġirini çox sevdiyindən cilovunu ġirinin əlinə vermiĢdi, ġirin nə deyirdisə, o 
da yerinə yetirirdi. Nəticədə ġirin həddini aĢdı, elə bir Ģahdan üz döndərib, Fərhada 
meyl göstərdi. 
Hekayət. Büzürcmehrdən soruĢdular: "Nə səbəbə sasanilər sülaləsi 
darmadağın oldu, sən onun məsləhətçisi idin, hələ indi də ağılda, tədbirdə, bilikdə 
dünyada sənin tayın yoxdur?" 
Dedi: "Ġki səbəbi var idi. Biri bu idi ki, sasanilər böyük iĢləri uĢaq-muĢaq 
və nadan adamlara tapĢırmıĢdılar, ikincisi o idi ki, elm adamlarının, təcrübə 
sahiblərinin qədir-qiymətini bilmirdilər. ĠĢləri arvad və uĢaqların öhdəsinə 
buraxımĢdılar, bunların hər ikisində də ağıl və bilik olmaz. Elə ki, iĢ arvad və uĢaq-
muĢağa düĢdü, bil ki, Ģahlıq o xanədanın əlindən çıxacaqdır." 
Rəvayət. Arvadlar nə desə, əksini etmək lazımdır ki, düz olsun. Əgər 
arvadların ağlı kamil olsaydı, peyğəmbər ə.s.-in dilindən deməzdilər. Onlarla 
məsləhətləĢin, lakin əksini edin." 
Rəvayət. Hədisdə deyilir: xəstəlik peyğəmbər ə.s. elə zəiflədib əldən 
salmıĢdı ki, yeriməyə taqəti qalmamıĢdı. Camaat namazının vaxtı çatmıĢdı, 
əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib camaat namazını qılsın. 
AiĢə və Həfsə peyğəmbərin baĢının üstündə oturmuĢdular. AiĢə 
peyğəmbər ə.s. dedi: "Ey allahın peyğəmbəri, namaz vaxtı çatmıĢ, camaat məscidə 
yığılmıĢdır, sənin də ora getməyə taqətin qalmamıĢdır. Camaat qabağında durub 
imamlıq etməyi kimə tapĢırırsan?!" Dedi:"Əbubəkrə." Bir də soruĢdu:""Kimə 
tapĢırırsan?" Dedi :"Əbubəkrə." 
AiĢə Həfsəyə dedi:"Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkr 
zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza 
durub sənin yerini boĢ gördükdə ağlamağı tutacaq, namazı həm öziinə, həm də 
camaata haranı edəcəkdir. Bu Ömərin iĢidir, ürəyi bərk, özü də möhkəm adamdır, 
buyurunuz imamlığı o etsin, ziyanı olmaz." 
AiĢə və Həfzə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbər ə.s.-in qəzəbi 
tutdu, üzü qızardı və dedi: "Siz Yusif və Kərsif kimisiniz. Mən siz istəyəni 
etməyəcəyəm, onu edəcəyəm ki, müsəlmanlar xeyrinə olsun. Gedin Əbubəkrə 
deyin, camaat namazını baĢlasın." AiĢənin (allah ondan razı olsun) bu qədər böyük 
elmli, mömin və pak olmağına baxmayaraq, peyğəmbər ə.s. AiĢənin istədiyinin 
əksini etməyi buyurdu. Ġndi görünüz, baĢqa arvadların bilik və məsləhətləri nə 
dərəcədə olar. Yusif və Kəsrif haqqında hekayət belədir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin