148
saxlamaq kifayətdir. Mehdi zühur edəndə bundan xəbəriniz olsa, yaxĢıdır."
O kəndin adamları bu məzhəbi öyrənməyə baĢladılar.
Günlərin birində Qolbon kəndinin böyüyü kəndin kənarından keçərkən,
xaraba bir məsciddən səs gəldiyini eĢitdi, ora yaxınlaĢıb qulaq asmağa baĢladı.
Xələf camaata məzhəb dərsi verirdi.
Kəndə qayıtdıqda dedi:"Ay avam camaat, onun sözünə aldanmayın, onun
baĢına toplanmayın. O sözləri ki, mən ondan eĢitmiĢəm, qorxuram bu kənd xaraba
qala".
Xələfın
dili pəltək idi, səlis danıĢmağı bacarmırdı, cavab verməkdə aciz
idi.
Xələf kələyinin üstünün açıldığını gördükdə o kənddən qaçıb Reyə getdi,
orada da öldü. O haman kənddə bəzilərini öz məzhəbinə gətirə bilmiĢdi. Onun oğlu
Əhməd ibn Xələf atasının yerində oturub onun dinini təbliğ etməyə baĢladı. Qiyas
adlı birisi bu Əhməd bin Xələfin yerinə keçdi. Qiyas sərf-nəhv qanunlarını
gözəl bilirdi. Ona görə Əhməd ibn Xələf onu özünə caniĢin təyin etdi, təbliği ona
tapĢırdı. Sonra bu Qiyas onların məzhəbinin əsasını Quran ayələri, peyğəmbər
ə.s. və s. hədisləri, ərəb məsələləri, hekayət və rəvayətləri ilə bəzədi. Bir kitab
yazdı, adını "Kitab əl-Bəyan" qoydu. Burada namaz, oruc, təharət, zəkat, Ģəriətə
aid sözlərin mənası izah edilirdi. Deyildiyi kimi, Qiyası ona görə caniĢin təyin
etmiĢ, təbliği ona tapĢırmıĢdı ki, o nəhvi və dili yaxĢı bilirdi. O, sünnilərlə
mübahisə edir, camaata məzhəb qaydalarını öyrədirdi. Ətrafa xəbər yayıldıqda ki,
xələfi dinini təbliğ edən, mübahisə etməyi bacaran, yaxĢı əhvalatlar danıĢan,
xalqa məzhəb qaydalarını öyrədən Qiyas adlı birisi meydana çıxıb, Ģəhərin əhalisi
axıĢıb onun yanına getməyə və bu məzhəbi öyrənməyə baĢladılar. Əbdullah
Zəfəranı bu iĢdən xəbər tutduqda camaat ikinci dəfə onlara qarĢı qəsd təĢkil etməyə
baĢladı. Bu məzhəbi qəbul etmiĢ adamları bəziləri xələfilər,
bəzilərini batinilər
adlandırırdılar. Hicrətdən iki yüz il keçdikdə bu məzhəb ifĢa edildi. Haman ildə
ġamda
251
Sahibi Cəbbal
252
adlı bir kiĢi xüruc edib ġamın böyük bir hissəsini ələ
keçirdi. Qiyas qaçıb Xorasana getdi, Mərvrudda məskən saldı, əmir Hüseyn ƏIi
Mərvəzini dinə dəvət etdi, o dinə gəldi. Xorasan, xüsusilə Taliqan, Meymənə,
Herat, Ğərcistan, Gur bu Əmir Hüseynin hakimiyyəti altında idilər. Əmir Hüseyn
bu məzhəbi qəbul etsək, bu ölkələrdə olanların hamısını bu dinə gəlməyə məcbur
etdi. Sonra Qiyas bir adamı Mərvrudda öz yerinə qoyub, təbliği ona tapĢırdı, özü
isə yenidən Reyə gedib camaatı dəvətə baĢladı. Tazi
253
Ģerini ərəb
hadisələrini gözəl bilən Bu-Hatəm adı altında Ģöhrət tapmıĢ, NiĢabur nahiyəsindən
olan birisini özünə caniĢin təyin etmiĢ, təbliği ona tapĢırmıĢdı. Xorasana gedərkən
vəd etmiĢdi ki, Mehdi bu yaxın zamanlarda filan ildə zühur edəcəkdir.
Qərmətilər haman vədin intizarını çəkirdilər. Sünnilər Qiyasın yenidən qayıtdığını
və camaatı təbliğ ilə məĢğul olduğundan xəbər tutdular, bu tərəfdən də Mehdinin
zühurunun vaxtı baĢa çatdı, Qiyas yalançı oldu, Ģiələr
ondan üz
döndərməyə baĢladılar, ona eyiblər tutur, əleyhinə gedirdilər. Qiyas qaçdı, heç kəs
149
onu tapa bilmədi.
Ondan sonra camaat Rey Ģəhərində xələfin övladlarından birinin baĢına
toplanmağa baĢladı, onunla günlərini bir yerdə keçirirdilər. Əcəli çatdıqda oğlunu
öz yerində qoydu. Onun adı Bu-Cəfər Kəbir kimi Ģöhrət tapmıĢdı. Onun baĢına
hava gəldikdə. Bu-Hatəmi Batini ona kömək etməyə baĢladı. O sağalanda artıq
rəyasət Batinin əlində idi. O, Bu-Cəfəri heç yaxına da buraxmadı, rəyasət
xələfzadələrin əlindən çıxdı.
Bu-Hatəm Təbəristan, Ġsfahan, Azərbaycan kimi yerlərə təbliğatçılar
göndərib camaatı öz məzhəbinə dəvət etməyə baĢladı. Reyin əmiri Əhməd ibn Əli
onun dəvətini qəbul etdi, batini oldu. ĠĢ elə gətirdi ki, deyləmilər Təbəristan
Ələvilərinə qarĢı xüruc etdilər və dedilər: "Siz yoldan azıbsınız, sübut etmək
istəyirsiniz ki, guya elm bizim xanədanımıza məxsusdur. Bu qəbul olunmaz. Elm
ümumidir. Əgər siz öyrədirsinizsə, deməli, bilirsiniz, baĢqası öyrətsə,
o da bilən
sayılar. Elm irsi ola bilməz. Ġzzət və cəlal sahibi olan allah peyğəmbər ə.s.-ı
hamıya eyni göndərmiĢdir. Heç bir tayfaya üstünlük verməmiĢdir. Ġndi bizim
hamımıza məlum oldu ki, siz hamınız yalançısınız."
Təbəristan ələvilərə kömək edirdi, ona da etiraz etdilər, dedilər ki,
Bağdad, Xorasan Ģəhərlərindən fitva və məktub gətiriblər: "Sizin məzhəbiniz təmiz
deyildir, siz allah, peyğəmbər deyən kimi etmirsiniz. Dağlı və peĢə adamları olan
biz, Ģəriət iĢindən az-maz baĢ çıxarırıq."
Qəzadan Bu-Hatəmi Batini də bu zaman Reydən Təbəristana gedib
deyləmilərə qoĢuldu.
Deyləmilərin baĢçısı ġərvin binvərdavəndi
254
idi. Onun yanına gedib
onlarla əlbir oldu. Ələviləri pisləyir, onların dalınca
qiybət edir, hey deyirdi:
"Onlar etiqadı olmayan bədməzhəblərdir; bir də deyirdi: "Bu yaxın zamanlarda
deyləmilər arasında bir imam zühur edəcəkdir, mən onun nə deyəcəyini, nə
məzhəb gətirəcəyini bilirəm." Deyləmilər onun bu dediklərinə böyük həvəslə
inanırdılar. Mərdavicin dövründə giləklər və deyləmilər yağıĢdan qaçıb yağmura
düĢdülər, hamısı azdılar, əyri yolla getdilər.
Bir müddət belə dolandıqdan sonra imamın zühuranu vəd etdiyi gün gəlib
çatdı. Dedilər: "Bunun əsli yoxdur, bu qondarma məzhəbdir, Məzdək məzhəbidir!"
Dərhal ondan üz döndərib peyğəmbər ə.s övladları məzhəbinə qayıtdılar.
Bu-Hatəmi öldürmək istədilər. Bu-Hatəm qaçdı və öldü. Onların iĢi axsamağa
baĢladı, çox adam o məzhəbdən əl çəkib tövbə etdi. Bir müddət Ģiələr tərəddüd və
iztirab içində yaĢadılar, gizlində yığıncaqlar təĢkil etdilər, nəhayət, məzhəb iki
adamın öhdəsinə düĢdü:
biri Əbdullah Kövkəbi
255
, o biri Ġshaq
256
idi ki, Reydə
yaĢayırdılar.