Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   67   68   69   70   71   72   73   74   ...   100
Siyasetname

Qırx səkkizinci fəsil 
XORASAN VƏ MAVƏRƏNNƏHRDƏ BATĠNĠLƏRĠN XÜRUCU 
HAQQINDA 
Xorasanda Qiyas tərəfindən batini elan edilmiĢ Hüseyn Əli Mərvəzi 
ölümün yaxınlaĢdığmı hiss etdikdə bu vəzifəni Məhəmməd ibn Əhməd NəxĢəbiyə 
tapĢırdı, onu özünə caniĢin təyin etdi. O Xorasan filosoflarından hesab edilirdi, 
mütəkkəlim 
257
idi. Ona vəsiyyət etdi ki, yerində bir adam qoyub özü Ceyhundan
258
keçsin, Buxara və Səmərqəndə getsin, oranın əhalisini məzhəbə gətirsin, çalıĢsın 
ki, Xorasan əmiri bin Əhmədin xidmətində olan bəzi əyanlar da bu məzhəbi qəbul 
etsinlər. 
Elə ki, Hüseyn Əli öldü, Məhəmməd NəxĢəbi onun yerində oturdu. 
Xorasan əhalisinin çoxunu dəvət etdi, qəbul etdilər. Onların içərisində Səvada oğlu
259
adlı bir adam var idi. Reydən qaçıb Xorasana Hüseyn Əlinin yanına gəlmiĢdi, 
batinilərin baĢçılarından biri idi. Bu Məhəmməd NəxĢəbi 
260 
onu Nərvənrudda 
caniĢin təyin edib özü sudan keçdi və Buxaraya gəldi. Orada iĢinin yaxĢı 
getmədiyini gördükdə NəxĢəbə getdi, burada Əmir Xorasanın nədimi olan Bubəkr 
NəxĢəbini məzhəbə gətirdi. Bubəkr də xüsusi dəbiri və nədimlər arasında mövqeyi 
olan BaəĢəsi məzhəbə gətirdi. ƏnəĢin bacısı əri Bu-Mənsur Cəğanini də bu 
məzhəbə dəvət etdilər, razılıq verdi. AytaĢ xüsusi hacib idi, bunlarla dostluq edirdi, 
o da bu məzhəbi qəbul etdi. Sonra bunlar NəxĢəbiyə dedilər: "Sənin NəxĢəbidə 
qalmağına ehtiyac yoxdur. Qalx paytaxta, Buxaraya get, biz burada elə edərik ki, 
sənin iĢini göylərə qaldırarıq, böyük adamları bu məzhəbə gətirərik." 
Qalxıb Buxaraya getdi. Bu adamla əlaqə saxlayır, böyüklərlə oturub-
dururdu, onları məzhəbə dəvət edirdi. Sünniləri yoldan çıxarır və tədriclə məzhəbə 
dəvət edirdi. Sünniləri yoldan çıxarır və tədriclə Ģiəliyə gəlirirdi. Beləliklə, o, 
Buxara rəisini, sahibxəracı 
261
dehqanları, bazar adamlarını bu məzhəbə gətirdi. 
PadĢahın yaxın adamı, Ġlaqın 
262
, valisi Hüseyn Məliki və Əli Zərradı
263
bu 
məzhəbə gətirdi. Adlarını çəkdiyimizin çoxu böyüklər və Ģahın inanılmıĢ adamları 
idi. 
Elə ki ona beət gətirənlərin sayı çoxaldı, Ģahı da bu məzhəbə gətirmək 
fikrinə düĢdü. ġahın yaxın adamlarını məcbur etdi ki, istər ayıqlıqda, istərsə 
məstlikdə onun sözlərini xeyirxahlıqla Ģaha desinlər. 
Belə də dedilər, o qədər onun tərəfindən vəkillik etdilər ki, Nəsrdə onu 
görmək marağı əmələ gəldi. Sonra Məhəmməd NəxĢəbini Xorasan əmirinin yanına 
apardılar, onun alimliyini çox təriflədilər, Xorasan əmiri onu hörmətlə qəbul edib 
əzizlədi, yanında saxladı. 
O, əmirə nəyi danıĢır, nəyi izah edirdisə, nədimlər o saat bir səslə "afərin" 
deyirdilər. 
Gündən-günə Nəsr Əhməd onu daha çox əzizlədi. Axırda məzhəbini də 


151 
qəbul etdi, o qədər aludə olmuĢdu ki, necə deyirdisə, Ģah da elə edirdi. 
NəxĢəbinin iĢi o qədər yaxĢı gedirdi ki, öz məzhəbini açıq təbliğ etmək fikrinə 
düĢdü. 
ġahın qərmətliyi türklərin xoĢuna gəlmədi. Sonra alimlər yığılıb Ģəhər və ordu 
baĢçılarının yanına getdilər və dedilər: 
"Kömək ediniz, müsəlmanlıq əldən gedir." BaĢçılar dedilər: "Qayıdın gedin, hər 
Ģey düzələr." 
Sabahısı gün gəlib Ģaha nə qədər dedilərsə, faydası olmadı. Hay-küy qalxdı. 
BaĢçılar sözü bir yerə qoyub baĢ süpəhsaların yanına getdilər və dedilər: "Biz kafir 
Ģah istəmirik, sən Ģahlığı ələ al, biz sənə tabeyik." BaĢ sərkərdələr bir tərəfdən din, 
o biri tərəfdən tamah xatirinə razı oldular və dedilər: "Bir yerdə oturub fikirləĢmək 
lazımdır ki, Ģah xəbər tuta bilməsin." Böyük qoĢun baĢçıları içərisində bir qoca var 
idi, ona Tolon oka
264
(əkə) deyərdilər. O dedi: "Bu iĢin çarəsi belədir. Sən 
sərkərdəsən, Ģaha de ki, böyüklər məndən qonaqlıq istəyirlər. Hər halda "vermə" 
deməyəcəkdir. Deyəcək imkanın varsa, ver." Onda sən deyərsən: "Məndə yemək-
içmək tapılar, lakin bəzək-düzək, qızıl-gümüĢ, qab-qacaq, xalı-xalça yoxdur." O 
deyəcək:"Xəzinədən, Ģərabxanadan, fərraĢxanadan nə lazımsa götür." Onda baĢ 
əyib deyərsən:"Qulunuz yalnız o Ģərtlə qoĢuna qonaqlıq verər ki, yeyib-içdikdən 
sonra yaraqlanıb mənlə birlikdə kafirlərə qarĢı Balasaquna
265
qəzavat davasına 
getdilər. Bu kafir türklər vilayəti zəbt ediblər, məzlumların ahı həddi-hüdudu 
keçmiĢdir. Qoy səndən Ģübhələnib bədgüman olmasın. Bundan sonra qonaqlıq 
verməyə hazırlaĢ. Orduya xəbər ver ki, filan günə vədiniz alınmıĢdır. ġahın 
xəzinəsində, Ģərabxanasında, fərraĢxanasında qızıldan-gümüĢdən nə varsa, 
hamısını öz sarayına apar. Elə ki, hamı sənin sarayına gəldi, yerin darlığını bəhanə 
edib qapını bağla, böyükləri isə Ģərbət içmək üçün hücrəyə dəvət elə. Orada bu 
məsələni aç, onlar ki, əsldirlər, sənin tərəfində olacaqlar, onlar ki, əsldirlər ürəkdə 
sənin tərəfində deyildirlər, hərəmizdən bir söz eĢitdikdə yola gəlib bizimlə 
həmfikir olarlar, hamı and içib sənin Ģahlığına beət gətirəcəkdir. Hücrədən çıxıb, 
çörək yeyərik, oradan Ģərab məclisinə gedib hərəmiz üç-dörd piyalə mey içərik, 
qızıl-gümüĢ, xalça, yarağı bütün böyüklərə və ordu arasında paylayıb xaricə çıxar 
və gedib Ģahı taxtdan salarıq, Ģəhər və kəndləri gəzib, harada qərməti gördük 
öldürərik, səni taxta oturdarıq." 
Sərkərdə dedi: "Bu yaxĢı tədbirdir." 
Sabahısı gün Nəsr Əhmədə qoĢun böyüklərinin qonaqlıq istədiklərini və 
gününü təyin etməyi tələb eydiklərini dedi. Nəsr dedi: "Qonaqlıq vermək imkanın 
varsa, xəsislik etmə." Dedi: "Yemək, içmək imkanım vardır, lakin qab-qacaq, xalı-
xalça çatmaz." Dedi: "Nə lazımsa, xəzinədən götür." Xəzinədə, Ģərabxanada 
qızıldan, gümüĢdən, xalı-xalçadan nə varsa hamısını öz evinə göndərdi. Sonra elə 
bir qonaqlıq düzəltdi ki, heç kəs onun mislini o vaxt görməmiĢdi. Bütün ordu 
baĢçılarının öz köməkçiləri və dəstə baĢçıları ilə dəvət etmiĢdi. Onların hamısı 
toplandıqda sarayın qapısını bağlamağı əmr etdi. Böyükləri hücrəyə apardı, and 


152 
içdilər, beət gətirdilər, hücrədən çıxıb süfrəyə oturdular. 
Onlardan biri sıçrayıb sarayın damına çıxdı, qaçıb Nəsrin oğlu Nuha xəbər 
verdi ki, bu saat ordu baĢçıları nə etdilər. 
Nuh çapa-çapa atasının sarayına getdi və dedi: "Nə oturmusan, 
eĢitməmisən ki, ordu baĢçıları sərkərdəyə and içiblər, beət ediblər ki, çörək yeyib, 
üç piyalə Ģərab içdikdən sonra sənin xəzinəndən aparılan Ģeylərin hamısını 
paylasınlar, oradan çıxıb bizim saraya hücum etsinlər, səni, məni, kim əllərinə 
keçsə öldürsünlər?! Bu qonaqlıqdan məqsəd bizi məhv etməkdir." Nəsr Nuha dedi: 
"Bu iĢin çarəsi nədir?" Dedi:"Çarəsi odur ki, bu saat bir xidmətçi göndərəsən, nə 
qədər ki, onlar yemək-içməyə baĢlamayıb, sərkərdənin qulağına desin: ġah 
buyurur, bu gün böyük iĢ görübsən, misilsiz qonaqlıq hazırlatdırıbsan, lakin mənim 
daĢ-qaĢla bəzədilmiĢ elə qab-qacağım var ki, tayı heç bir Ģahda yoxdur. Onlar 
xəzinədən ayrı yerdə saxlanılırdı. Ġndi tez gəlsən, nə qədər ki, qonaqlar Ģərab 
məclisinə getməyiblər, o qızıldan olan məclis yaraĢığmı sənə verə bilərəm." 
Mala tamahı düĢəcək, mütləq gələcəkdir. Elə ki, bura gəldi, dərhal baĢını 
üzərik. Sonra deyərəm nə edərik." 
Nəsr dərhal iki xidmətçi ilə haman xəbəri göndərdi. Camaat çörək 
yeməklə məĢğul idi. Sərkərdə o adamlardan bir-ikisinə nə üçün çağrıldığını 
bildirdi. Dedilər: "Get onlan da gətir, bu gün hər Ģey bizim iĢimizə yarayar." 
Sərkərdə tələsik Ģahın sarayına getdi. O saat onu hücrəyə çağırdılar. Qulamlara əmr 
etdi, baĢını bədənindən ayırıb, torbaya saldılar. Nuh atasına dedi: "Ġndi dur, hər 
ikimiz onun sarayına gedək, torbanı da özümüzlə aparaq. Sən ordu baĢçıları 
qarĢısında Ģahlıqdan bezar olduğunu de, məni vəliəhd təyin et, mən onların 
öhdəsindən gələrəm, Ģahlıq da bizim dudmanın əlində qalar. Bu ordunun hamısı bir 
fikirdə ola bilməz.,, 
Hər ikisi ata minib, sərkərdənin sarayına getdilər. Böyüklər Ģahın oğlu ilə 
saray qapısından girdiklərini gördükdə qalxıb onlan qarĢıladılar. Heç kəs məsələnin 
nə yerdə olduğunu bilmirdi. DüĢünürdülər ki, bəlkə padĢah bu qonaqlığı görmək 
həvəsinə düĢmüĢdür. 
Nəsr Əhməd keçib öz yerində oturdu. Silahlı keĢikçilər keçib onun 
arxasında durdular. Nuh atasının sag tərəfindən ayaq üstündə dayandı və dedi: "Siz 
oturunuz, çörəyinizi yeyiniz, qurtardıqdan sonra süfrəni yığınız." Çörəklərini 
yedilər, qurtardıqdan sonra sürtəni yığıĢdırdılar: BaĢları ayıldıqdan sonra Nəsr 
Əhməd dedi: "Biliniz ki, sizin tutduğunuz iĢdən mənim xəbərim vardır. 
Qəsdinizdən xəbər tutduqda ürəyim sizdən bərk incimiĢdir. Ġndi bundan sonra nə 
mən sizə arxayın ola bilərəm, nə siz mənə. Əgər mən yoldan azmıĢ, pis məzhəb 
qəbul etmiĢ, günaha batmıĢam, buna görə sizin də sidqiniz məndən siyrilmiĢdir, 
Nuhun ki, bir eybi yoxdur?!" Dedilər: Yox." Dedi: "Belə isə bundan sonra sizin 
Ģahınız Nuhdur. Mən onu özümə vəliəhd təyin etmiĢəm. Mən düz yolda, əyri yolda 
olsam da, bundan sonra üzr və tövbə ilə məĢğul olacaq, allah-taaladan 
bağıĢlanmağımı xahiĢ edəcəyəm. Sizi bu iĢə sövq edən cəzasına çatmıĢdır." 


153 
Əmr etdi, baĢı torbadan çıxarıb onların qabağına atdılar. Nəsr taxtdan 
düĢüb, ibadət üçün canamazın üstünə diz çökdü. 
Nuh taxta çıxıb atasımn yerinə oturdu. 
QoĢun baĢçıları vəziyyəli belə gördükdə, belə eĢitdikdə, heç bir üzr tapıb 
bəhanə gətirə bilmədilər. Hamısı baĢlarını yerə qoyub Nuhıı təbrik etdilər, bütün 
günahı sərkərdənin boynuna yıxdılar və dedilər: "Biz hamımız sizin qulunuzuq
əmrinizə hazırıq." Dedi: "Bilin, siz yaxĢıdan-pisdən nə edibsinizsə, hansı səhvlərə 
yol veribsinizsə, mən onların hamısının xeyirxahlıq məqsədi ilə edildiyini 
düĢünürəm. Mən sizin arzularınızın hamısını yerinə yetirəcəyəm. Mənim sözümə 
qulaq asın, kefinizi davam etdirin." 
Sonra əmr etdi, atasının ayağına kündə vurdular, dərhal apanb 
"Köhəndez"
266
qalasında zindana atdılar. 
Dedi: "Ġndi durun, Ģərab məclisinə gedək." 
ġərab məclisində üç piyalə Ģərab içdikdən sonra dedi: "Siz sözü bir yerə 
qoymuĢdunuz ki, üç piyalə içdikdən sonra məclisdə nə varsa, hamısını talan 
edəsiniz. Talan etməyə icazə vermirəm, lakin sizə bağıĢlayıram. Götürün, öz 
aranızda bərabər bölüĢdürün." 
Hamısını götürüb çuvala doldurdular, ağzını möhürləyib inanılmıĢ bir 
adama tapĢırdılar. 
Sonra dedi: "Sərkərdə pis fikrə düĢmüĢdü, cəzasına çatdı, atam yolunu 
azmıĢdı, mükafatını aldı. Siz belə qərara gəlmiĢdiniz ki, qonaqlıq qurtardıqdan 
sonra Balasaquna türk davasına gedəsiniz. Kafirlə din davası lap bizim 
qapımızdadır. Ġndi durun qəzavatla məĢğul olaq, Mavərənnəhr, Xorasanda yoldan 
çıxıb atamın qəbul etdiyi bu məzhəbi kim götürübsə, onlarla vuruĢmaq, harada 
dinini azmıĢ, məzdəkiliyi qəbul etmiĢ bir adam görsək, hamısını öldürək. Onların 
mal-dövlətləri sizindir. Bu gün məclisdə qızıldan-gümüĢdən nə vardısa, hamısını 
sizə verdim. Xəzinədə olanları da sizə verəcəyəm, çünki batinilərin malları 
talandan baĢqa heç nəyə yaramaz. Bu iĢdən baĢımız ayıldıqdan sonra türk kafirlər 
üzərinə gedirik. Ġndi istəyirəm ki, Məhəmməd NəxĢəbinin və atamın nədimlərinin 
baĢını vurasınız." 
Sonra Ģəhərə, kəndə düĢdülər, NəxĢəbinin nədimləri və bu məzhəbi təbliğ 
edənlərin hamısını öldürdülər. Haman gün bir əmiri böyük ordu ilə Mərvruda 
göndərdi. Səvadə oğlunu, bu məzhəbi qəbul edənlərin hamısını öldürdülər. Sonra 
dedi: "Ayıq olun, vəsiyyət edirəm, səhv salıb heç bir müsəlman öldürülməsin: səhv 
olaraq müsəlman öldürülsə, qisasını alacağam." 
Bir neçə gecə-gündüz axtardılar, onları düz və səhv etmədən tapdılar, 
öldürdülər. Beləliklə, Xorasan və Mavərənnəhrdə bu məzhəbi təbliğ edənlərin 
kökü kəsildi, məzhəbin üstü örtüldü.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin